Facebook Twitter WhatsApp

Şərtli satış və hədiyyə

Sual: Bir şəxs bir nəfərə pul hədiyyə edib “Bu pulu meyvə almaq şərtiylə sənə hədiyyə etdim. Həmin pulla qazlı içki alsan haram olsun!” desə, o da bu pulla qazlı içki alsa haram olarmı?

CAVAB

Xeyir, haram olmaz. Hədiyyə səhihdir, hədiyyə verərkən söylənən şərtlər isə əsassız olar. Yəni, meyvə alması lazım deyildir. O pulla təvəvəz də, qazlı içki də ala bilər.

 

Keçərsiz şərtlər

Sual: Alış-veriş edərkən, borc və ya hədiyyə verərkən bir şey şərt qoyulduqda, edilməsi mümkün olan və şərtə uyğun olmayan şeylər nələrdir?

CAVAB

Bəziləri aşağıdakılardır:

Xidmət etmək şərtiylə verilən borc səhihdir, şərti keçərsizdir. Yəni borc pulu alan şəxsin xidmət etməsi lazım olmaz.

Xidmət etmək şərtiylə verilən sədəqə keçərlidir, sədəqəni alanın xidmət etməsi lazım olmaz.

Balasını verməmək şərtiylə bir heyvanı hədiyyə etmək səhihdir, balası da hədiyyə edilmiş olar.
Mehir verməmək şərtiylə edilən nikah doğru olar, daha sonra kişi mehrini xanımına vermək məcburiyyətindədir.

Heç kimlə evlənməmək şərtiylə arvadını boşaması səhih olar, şərtə əməl etmək lazım gəlməz, yəni, qadın boşandıqda iddət müddətindən sonra istədiyi ilə evlənə bilər.
Alıcı və ya satıcıya faydası olmayan şərtlə alış-veriş doğru olar, şərt edilən şey edilməz. Məsələn, bu meyvəni xanımınla yemək şərtiylə satıram desə, alıcı istədiyi adamla yeyə bilər. Şərt keçərsiz olar.
Müştərinin başqasına satmaması və ya hədiyyə etməməsi, yaxud minməməsi şərtiylə bir heyvanı satmaq, müştərinin özü geyinməməsi şərtiylə paltar satmaq, müştərinin özü yeməməsi və ya başqasına satmaması şərtiylə ərzaq satmaq, başqasına satmamaq şərtiylə bir şey almaq kimi edilən alış-verişlərin hamısı səhih olub, şərtlərin hamısı keçərsizdir, şərtlərə əməl edilməz.
Kəsmək şərtiylə heyvan almaq səhihdir və şərt keçərsizdir.
Bir malı o şəhərdə satmamaq şərtiylə  almaq səhih olub, şərt keçərsizdir. O şəhərdə də sata bilər.
Kiməsə faydası olmayan və ya zərəri olan şərtlə satış da səhih olub, şərt keçərsizdir.
Alıcı və satıcıdan başqasına faydası olan şərt keçərsiz olub, satış səhih olar. Məsələn, müştərinin başqa birinə borc verməsi şərtiylə satmaq kimi, satış səhih olub, borc vermək lazım olmaz.

Müştəridən başqasının satıcıya borc və ya hədiyyə verməsi şərtiylə satış səhih olub, bunları verməsi gərəkməz. (Bu məlumatların hamısı S. Əbədiyyədən alınmışdır).


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину