Facebook Twitter WhatsApp

Ruzinin mahiyyəti

Ruzinin mahiyyəti

 

Sual: Ruzi nədir? İnsanın yediyi şeylərdir, yemədikləri çoxalarmı? Çalışmadan ruzi gələ bilərmi?

CAVAB

1- Ruzi dedikdə yemək və içki nəzərdə tutulur. Cəm şəkildə ərzaq deyilir ki, ruzilər deməkdir. İnsanlar ruzi dedikdə bunu başa düşür.
2- Ruzi, sadəcə yeyib içilən və istifadə ediləndir. Yeyib içilməyən və istifadə edilməyənlər ruzidən sayılmaz. Artıq qazanc malı artırar, amma ruzini artırmaz. Ruzi müqəddərdir. İki hədisi-şərif məalı:

“Heç kimsə ruzisini bitirmədən ölməz” [Hakim]

“Heç kimsə nəsibindən artıq ruziyə qovuşa bilməz. Ruzisinə qovuşub yemədikcə də ölməz. İstəməsə də ruzisi ona verilər” [Hakim]
3- İnsana faydası olan maddi və mənəvi hər şey ruzidir. Bir ayəti-kərimə məalı:

“Dünya həyatında onların təminatlarını [maddi, mənəvi ruzilərini] aralarında biz bölüşdürdük”. [Zuhruf 32]

İnsanlar İslamiyyəti tərk etdikləri üçün, yəni Allahu təalanın əmrlərinə və qadağalarına riayət etmədikləri üçün və İslam dininin göstərdiyi rahat və hüzur yolundan ayrıldıqları üçün dünyada bərəkət qalmadığı kimi maddi və mənəvi ruzilər də azaldı. Bir ayəti-kərimə məalı:

“Məni unutsanız [maddi və mənəvi] ruzilərinizi azaldaram. [Taha 124]
Bunun üçün iman, elm, qəlb, mal, rütbə, övlad, səhhət, qida, insanlıq və mərhəmət ruziləri və digər ruzilər azaldı. Bu ruzilərin hamısı dünya yaradılmadan əvvəl əzəldə bölünmüşdü. Qəlbin ruzisi dini elmdir. Namaz mənəvi ruzidir.  
İnsanların və heyvanların əcəlləri və nəfəslərinin sayısı bəlli olduğu kimi, hər insanın bədəninin və ruhunun ruzisi də bəllidir. Ruzi heç dəyişməz, azalıb çoxalmaz. Kimsə kimsənin ruzisini yeyə bilməz, kimsə öz ruzisini yemədən, bitirmədən ölməz. Ruzi, maaşa, mala, çalışmağa bağlı deyil. Amma yenə ruzi üçün çalışmaq dinimizin əmridir.


İnsanlar beş yerə bölünür

İnsanlar ruzi qazanmaqda inanc nəzərindən beşə bölünür:

1- Ruzinin yalnız çalışmaqla gəldiyinə inanır. (Kafirlər)

2- Ruzinin həm Allahdan, həm də çalışmaqla gəldiyini zənn edir. (Müşriklər)

3- Ruzinin Allahdan gəldiyini bilir, amma ruzini verərmi, verməzmi deyə narahat olur. (Münafiqlər)

4- Ruzinin Allahdan gəldiyinə inanır, amma çalışarkən Allaha qarşı çıxır. (Fasiqlər)

5- Ruzinin Allahdan gəldiyinə və çalışmağın səbəbə sarılmaq olduğuna inanır. Çalışarkən Allahu təalaya qarşı gəlməz, haram işləməz. (Saleh möminlər)

Haqq təala buyurdu ki:

“Ey Musa, bir şəxs ona verdiyim neməti məndən bilib, özündən bilməzsə, nemətlərimin şükrünü yerinə yetirmiş sayılar. Əgər ruzisini öz çalışması ilə bilib, məndən bilməzsə, nemətin şükrünü yerinə yetirməmiş deməkdir”.

Allah ruziyə zamindir

Sual: Allah ruziyə zamindirmi? Zamindirsə niyə ruzi üçün çalışılır?

CAVAB

Allahu təala hər kəsin ruzisinə zamindir. Bir ayəti-kərimə məalı belədir:

“Allahu təalanın ruzi vermədiyi heç bir canlı yoxdur”. [Hud 6]


Bir hədisi-şərif məalı:

“Ruzi üçün narahat olma” Təqdir edilən [əzəldə ayrılmış olan] ruzi səni tapar”. [İsfəhani]

Bir hədisi-qüdsi də belədir:

Xaləqtükə li-nəfsi fəla təl-ab,

Və təkəffəltü bi rızqıkə fəla tət-ab.


Mənası: Səni özüm üçün yaratdım, başqa şeylə məşğul olma! Zamin olduğum ruzi üçün narahat olma!

Allahu təala ruziyə zamin, amma çalışmağı da əmr etmişdir. Çalışmaq ruzinin gəlməsinə səbəbdir. Çalışmadan ruzi gözləmək Allahu təalanın əmrinə ziddir.

Yer altı zənginlikləri

Sual: İmam Beyhəqı nəql etdiyi, “Ruzini yerin dərinliklərində axtarın!” hədisi əcaba mədən axtarmağı bildirir?

CAVAB

Bilmirik, mədən, neft və təbii qaz ola bilər. Kənd təsərrüfatında torpaqdan yaxşı istifadə etmək ola bilər. Hamısı da ola bilər. Bilmədiyimiz başqa bir şey də ola bilər. Dəqiq olaraq budur demək yanlış olar.

Halal və haram ruzi

Sual: Ruzi nədir? Haram olan şeylər də ruziyə aiddir?

CAVAB

Yeyib içilən, istifadə edilən və faydalanılan şeylərin hamısı ruzidir. Yeyib içilməzsə, istifadə edilməzsə və faydası görülməzsə, bizim malımız və mülkümüz olsa da ruziyə daxil deyil. Deyək ki, iki çörək aldıq, birini yedik, birini yemədən öldük. Sadəcə yediyimiz ruzidir. Bir ev aldıq, içində yaşamadıq və ya kirayə verib pulunu almadıq, hətta pulunu alsaq da o pulu xərcləyib faydalanmadıqsa, o bizim ruzimiz deyil.

Ruzi deyildikdə ümumiyyətlə qida başa düşülür. Ev, geyim əşyası, istifadə etdiyimiz və faydalandığımız hər mal ruzidir. Hətta haramdan qazanılsa belə ruzidir.

Ağlı əsas alan zay Mutəzilə firqəsi, “Haram şey ruzi deyil” demişsə də Əhli-sünnət alimləri, “Halal da, haram da ruzidir” buyurur. Bir hədisi-şərif belədir:

“Əlbəttə, heç bir qul təqdir edilən ruzisinə qovuşmadıqca ölməz. O halda ruzinizi axtararkən gözəl bir yol tutun, halalı axtarın, haramdan çəkinin!” [Hakim]

Ruzini düşünmək

Sual: Allah ruziyə zamin olduğuna görə çalışmadan ruzi gözləmək caizdirmi?

CAVAB

Allahu təala ruziyə zamindir, amma çalışmağı da əmr etmişdir. Çalışmaq ruzinin gəlməsinə səbəbdir. Çalışmadan ruzi gözləmək Allahu təalanın əmrinə ziddir. Ruzi üçün çalışmağı səbəb qılmışdır. Çalışmadan ruzi gözləyən acından ölə bilər. Bu vəziyyət qarşısında bəlkə, “Bəs Allah ruziyə zamin idi, ruzilər əzəldə təqdir edilmişdi” deyən ola bilər. Bu vəziyyəti Allahu təala əzəldə bilirdi. Bu qul çalışmayacaq və aclıqdan öləcək deyə qədərinə yazılmışdır. Çalışmaq ruzini artırmaz, amma ruzinin gəlməsinə çalışmağı səbəb qıldığı üçün bu əmrə tabe olmaq şərtdir.

İmam Əhməd həzrətləri nəsihət istəyən bir nəfərə buyurdu ki:

“Haqq təala sənin və bütün aləmin ruzisinə zamindir. Ruzi üçün [əmrə tabe olaraq çalışıb tədbir aldıqdan sonra] düşünməyə heç ehtiyac yoxdur, çünki Cənabı-Haqq tərəfindən bütün ruzilər bölünmüşdür. Çalışaraq, payına düşən ruzinə qovuşacaqsan. Bir sədəqəyə on misli savab verildiyinə görə, çalışana qarşılığı veriləcəyinə heç şübhə yoxdur. Cəhənnəmdə əzab verildiyini bilən günah işləməyə necə cəsarət edə bilər? Bütün işlər Haqq təalanın təqdiri ilədir. Kasıbam deyə zənginlərə həsəd etməyin, canını sıxmağın heç bir faydası olmaz. Bir hədisi-şərif məalı:
“Haqq təala çalışan bir quluna az ruzi versə, o qul da üsyan etməyib, kasıb halına səbr etsə, Haqq təala bu qulla iftixar edib, mələklərinə, “Şahid olun, bu qulumun hər tikəsinə Cənnəti-alada bir imarət və bir dərəcə ehsan edərəm” buyurur” (İslam Əxlaqı)

Ruzilər əzəldə təqdir edilmişdir

Sual: Maddi və mənəvi ruzilər insan daha dünyaya gəlmədən öncə təqdir edilmişdirmi?

CAVAB

Allahu təala hər insanın və hər heyvanın ruzisini əzəldə təqdir etmiş, ayırmışdır. İnsanların və heyvanların əcəlləri və nəfəslərinin sayısı bəlli olduğu kimi, hər insanın bədəninin və ruhunun ruzisi də bəllidir. Ruzi heç dəyişməz, azalıb çoxalmaz. Kimsə kimsənin ruzisini yeyə bilməz, kimsə öz ruzisini yemədən, bitirmədən ölməz. Bir şəxs Allahu təala əmr etdiyi üçün çalışıb ruzusini halal yoldan axtararsa, əzəldə bəlli olan ruzisinə qovuşar. Bu ruzi ona bərəkətli olar. Bu çalışmaları üçün də savab qazanar. Əgər ruzisini Allahu təalanın qadağan etdiyi yerlərdə axtararsa, yenə əzəldə ayrılmış olan o bəlli ruzisinə qovuşar. Lakin bu ruzi ona xeyirsiz, bərəkətsiz olar. Ruzisinə qovuşmaq üçün qazandığı günahlar da onu fəlakətə aparar. 

Dövrümüzdə zəmanəyə, modaya tabe olmadan olmur, deyərək uşaqlarını pul qazanmaq üçün haram yerlərə göndərənlər çoxalır. Ac qalmaqlarından qorxaraq onlara dinlərini öyrətmirlər. Qurani-kərim oxutmur, balalarını cahillərin əllərinə tərk edirlər. Uşaqları dinsiz, imansız böyüyür. İstiqballarını, gələcəklərini qazansınlar deyərək namuslarının, həyalarının yox edilməsinə hansı vicdan razı olar? Çətinliklər çəkərək əzəldə ayrılmış olan ruzilərinə qovuşurlar. “Namaz qarın doyurmur, qızların ev işlərini öyrənməsi çörək pulu gətirmir. Zəmanə ilə ayaqlaşmasaq, dinə bağlı qalsaq sürünərik” kimi axmaqca söyləyənlər də olur. Halbuki, oğullarına kiçik ikən dinləri, imanları öyrədilər, Qurani-kərim oxudular və bundan sonra da Allahu təalanın əmrlərinə uyğun olaraq pul qazanmağa çalışdırılarsa, yenə eyni ruziyə, həm də asan və rahat çəkildə qovuşarlar. Anaları, ataları və uşaqlar həm savab qazanar, həm də qazanclarının xeyrini görərlər. Dünyada və axirətdə məsud olarlar. Bu səbəblə ağlımızı başımıza toplaıyb, ruzimizi halal yoldan axtarmalıyıq.

 

Taha surəsinin 124-ci ayəti-kəriməsində məalən buyuruldu ki: "Məni unutsanız ruzilərinizi qısaram!"

 

Sual: Dövrümüzdə hər insanın bir dərdi, bir sıxıntısı var. Sıxıntısız, dərdsiz insan yox kimidir. Bunun səbəbi nə ola bilər?

Cavab: İnsanlar İslamiyyəti tərk etdikləri üçün, yəni Allahü təalanın əmrlərinə və qadağalarına riayət etmədikləri üçün, İslam dininin göstərdiyi rahatlıq və hüzur yolundan uzaqlaşdıqları üçün dünyada bərəkət qalmadı, ruzilər azaldı. Taha surəsinin 124-cü ayəti-kəriməsində məalən:

“Məni unutsanız, ruzilərinizi qısaram” buyuruldu.

Buna görə də, iman ruzisi, səhhət ruzisi, qida ruzisi, insaniyyət və mərhəmət ruzisi və daha neçə-neçə ruzilər azaldı. “Haşa, zülüm etməz quluna Xudası, hər kəsin çəkdiyi öz cəzası” sözü “Nəhl surəsi”nin 33-ci ayəsindən götürülmüşdür. Bu günkü küfür, inkar qaranlıqları və Allahü təalanı, Peyğəmbəri, İslamiyyəti unutmağın bərəkətsizlikləri və sıxıntıları içində insan, gecə-gündüz qadınlı-kişili işləyib bir ailənin nəfəqəsini, rahat yaşayışını təmin edə bilməyəcək vəziyyətə düşmüşdür. Allahü təalaya inanmadıqca, Onun bildirdiyi İslam dininə riayət etmədikcə, Onun Peyğəmbərinin gözəl əxlaqı ilə bəzənilmədikcə, beş vaxt namazı vaxtında qılmadıqca, dəlalət, fəlakət cərəyanını durdurmaq imkansızdır. Hər əsrdə olduğu kimi, dövrümüzdə də, insanlığı bürüyən sıxıntıların birinci səbəbi Haqqa qarşı üsyan və inkardır...

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину