Facebook Twitter WhatsApp

Qazanc zərər ortaqlığı

Sual: Maliyyə təşkilatlarına qazanc və zərərə ortaq olmaq şərtilə pul yatırılır.  Yatırılan pulun hara sərf edildiyini bilmək və qurğulara da ortaq olmaq lazımdırmı?

CAVAB

Lazım deyildir. Şirkətin yalnız qazanc və zərərinə ortaq olmaq üçün pul yatırmaq caizdir. Yatırılan pulun hara sərf edildiyini bilmək lazım deyildir. Bu ortaqlıq şirkətinə müdarəbə şirkəti deyilir.

Mudarəbə şirkətində ortaqların bir qismi sərmayə verir, bir qismi də iş görür. Qazanc əvvəlcədən bəlli edilmiş nisbətdə pay edilir. Məsələn, “Sərmayə verənlərə qazancın %45-i, iş görənlərə %55-i verilir” deyilmişsə və şirkət də o il 100 min manat qazanc etmişsə, 45 mini sərmayə verənlər, 55 mini də iş edənlər alar. Sərmayə iş görənlərə əmanətdir. (Məcəllə şərhi)

Sual: Maliyyə təşkilatları təxminən banklar qədər qazanc verir. Bu təşkilatlar heç zərər etmirmi? Niyə həmişə yüksək qazanc verirlər? Bir maliyyə təşkilatı zərər etsə, müştərisinə qazanc etmiş kimi çox pul versə günah olmazmı?

CAVAB

Maliyyə təşkilatı 60% qazanc etsə, müştərisinə 70% versə günah olmaz. Hər kəs istədiyi kimsəyə istədiyi qədər hədiyyə verə bilər. Bir maliyyə təşkilatı 60% qazanc etsə, müştəriyə 59% versə günah olar, qul haqqı keçər. Yəni aşağı verə bilməz, lakin daha yüksək mənfəət verə bilər.

Bir şəxs pulunu onda bir hissə olaraq qazanc və zərərə ortaq olmaq üzrə bir baqqala və ya bir əczaçıya  versə, qazancın onda birini almalı, zərərin onda birini verməlidir. Maliyyə təşkilatları da belədir. Bank zərər etsə də verir. Lakin maliyyə təşkilatları zərər edəndə, “Zərər etdik. Qazanc vermirik” deyə bilər. Zərər etmədikləri üçün demirlər. Zərər etdikləri halda, bankların verdiyi qədər, bir qazanc versə, yenə caiz olar. Hər kəs istədiyinə istədiyi qədər hədiyyə verə bilər.

Sual: Bir də belə bir problem var: Pullarını bu şəkildə yatıranlar, şirkət mənfəət edəndə gözəl-gözəl pullarını alırlar, lakin şirkət zərər edəndə qiyamət salırlar. Belə edənlər yalnız mənfəətə ortaq oldularınımı düşünürlər və bu niyyətlə pul yatırırlar?

CAVAB

Dinimizdə bəzi şeylər niyyətə bağlı, bəziləri də sözə bağlıdır. Alış-verişdə isə sözə baxılır. Şirkət zərər edəndə fəryad edilməz. Çünki qazanc və zərər ortaqlığını başdan qəbul edirlər.

Sual: Pulumu qazanc və zərərə ortaq olmaq üzrə əczaçıya verdim. 1/5 hissəsi mənim. Qazancın 1/5-ini almaq, zərərin  1/5-ini vermək caizdirmi?

CAVAB

Bəli.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину