Sual: Alış-verişdə bazarlıq etmək etmək şərtdirmi?
CAVAB
Şərt deyil. Ehtiyac varsa bazarlıq edilir. Bazarlıq sünnətdir. Alış-verişdə müsəlmanın aldanması caiz olmadığı kimi, aldatması da caiz deyil. Üç hədisi-şərif məalı belədir:
“Müsəlmanı aldadan bizdən deyil” [İ. Rafii]
“Bizi aldadan bizdən deyil” [Tabərani]
“Aldadan Cənnətə girə bilməz” [Tirmizi]
Kasıbların malını baha almaq, onları sevindirmək lazımdır. Lakin zəngindən mal alarkən aldanmaq savab deyil, pisdir, malı zay etməkdir. Mümkünsə bazarlıq edib ucuz almaq lazımdır. Həzrəti Həsən və Həzrəti Hüseyn hər aldıqları malı bazarlıq edər, ucuz almağa çalışırdırlar. Onlara, “Bir gündə çox sədəqə verirsiniz, bir şey alanda niyə bu qədər uzun bazarlıq edirsiniz” deyə sual ediləndə, onlar “Verdiklərimizi Allah rizası üçün veririk. Nə qədər çox versək yenə azdır, lakin alış-verişdə aldanmaq ağlın və malın nöqsan olmasındandır” buyururdu. (Kimyayı-səadət)
Bazarlıq etmək
Sual: Bazarlıq sünnət olduğu üçün biz, bu qiymətə verərsənmi, desək, satıcı razı olmasa nə edək?
CAVAB
Bazarlıq etmək demək, mütləq ucuz almaq demək deyil. Bu qiymətə verərsənmi, deməklə bazarlıq etmiş, sünnətə tabe olmuş oluruq.
В корзине: 0 шт.
на сумму: 0