Sual: Bank krediti ilə ev və avtomobil almaq caizdirmi?
CAVAB
Zərurət olmasa da ev nəfəqəyə aid olduğu üçün evi olmayanın kreditlə ev alması caiz olar, lakin zərurətsiz avtomobil və ya ticarət üçün kredit götürmək olmaz. Komissiya haqqı adlanan bir miqdar pul alınaraq, faizsiz kredit verilərsə, belə verilən krediti də götürmək caizdir.
Sual: Hər növ alış-verişdə kredit kartından istifadə etmək caizdirmi?
CAVAB
Kredit kartından istifadə etmək caizdir. Kredit kartı ilə bir malı taksitlə daha bahasına almaq da caizdir. Zərurətsiz kredit kartından nəğd çəkib, faiz ödəmək caiz deyildir. Bir də, zərurət olmadıqca kredit kartı borcunu vaxtında ödəməyib, qalanı üçün cərinə ödəmək caiz deyil. Həmçinin, kommunal ödənişləri də ödəməyib, cərimə ödəmək caiz deyildir. Pul olmayıbsa və ya unudaraq gecikdirilibsə, günah olmaz.
Faizlə kredit götürmək
Sual: Ev və qida kimi nəfəqəyə daxil olan şeylər istisna olmaqla, zərurətsiz kredit götürüb, faiz ödəmək caiz deyil. Nəfəqəyə daxil olmayanların caiz olması üçün bir yol, bir çarə yoxdurmu?
CAVAB
Zərurət olduqda faizlə də kredit pul götürmək caizdir, çünki “Zərurət haramları mübah qılar” buyurulur. Elə bir iş var ki, zərurətə girərmi-girməzmi bilinmirsə, belə hallarda faizsiz pul almağın bir neçə yolu belədir:
1- Dövrümüzdə kredit kartıyla alış-veriş etmək mümkündür. Bir mal taksitlə, kredit kartıyla 500 manata alınıbsa, bu malı başqasına 450 manata sata bilərik.
2- Kredit kartıyla bir qızılı taksitlə 500 manata almışıqsa, başqa zərgərə nəğd pulla 450 manata sata bilərik.
3- Əmələ gələcək faizə xidmət haqqı, komissiya haqqı kimi bir şey deyilirsə, yenə faizsiz alınmış sayılır, çünki alış-verişdə, hədiyyədə, and içməkdə, nikahda, nəzirdə niyyətə, məqsədə deyil, sözə baxılır.
4- Avtomobil, iş yeri, avadanlıq kimi bir şey alarkən, kredit təşkilatı və ya hər hansı bir bank almaq istənilən şeyi özü alıb vədəli olaraq daha bahalı satarsa, məsələn, 3 min manatlıq malı 4 min manata satarsa faiz olmaz, caiz olar.
Yəni dinimizə tabe olmaq istəyənə, bir çarə tapılar.
Nəfəqə və faiz
Sual: Din kitablarında, “Nəfəqə, qida, geyim və məskəndir” deyə bildirilir. Bunların birini təmin edə bilməyən bir kimsə zərurət qarşısında faizsiz borc tapa bilməsə, nəfəqəsini təmin edə biləcək miqdarda faizlə borc pul alması caiz olarmı?
CAVAB
Bəli, zərurət olduqda nəfəqə üçün caiz olar. (Əşbah şərhi, Uyunül-bəsair)
Avtomobil almaq
Sual: Müasir dövrün şərtlərində bank krediti ilə avtomobil almaq caizdirmi?
CAVAB
Müasir dövrün şərtlərində Bakı kimi böyük şəhərlərdə, Müsəlmanın özünü və ailəsini günahdan qorumaq üçün avtomobil almaq şərt olub, çünki haramdan qurtulmaq üçün çalışmaq fərzdir. Haram işləmə təhlükəsi yoxdursa, avtomobil almağa ehtiyac yoxdur. Zərurət olduqda bankdan kredit götürmək də caiz olar. Əsas odur ki, avtomobilin zərurət olub-olmadığını müəyyən etməkdir.
Kredit kartındakı ballar
Sual: İki və ya daha artıq ortaqlı şirkətlərdə aktiv olaraq çalışan və ya arxa planda olan ortaqlar şirkətin müəyyən etdiyi hissədə maaş alırlar. Şirkətin qazanc və zərərinə ortaq olurlar. Ortaqlardan biri şəxsi adına və ya şirkət adına qurulmuş olan bank və ya şirkətin kredit kartını şirkətə mal tədarükü üçün istifadə edir. Bu kartlarla xərclərə görə bal adı altında, nəğd pul və ya müəyyən bir alış-veriş qarşılığında yenə bal indeksli təyyarə bileti və ya bu qədər bu məkanda tətil kimi müxtəlif mənfəətlər verir. Bu alınan mənfəətlər şirkətə aiddir, yoxsa kredit kartı sahibinə aiddir? Həmçinin, şirkətin ortaqlarından birinə və ya işçilərindən birinə firmalardan müxtəlif hədiyyələr gəlir. Bu hədiyyələr şirkətə aiddir, yoxsa hədiyyə göndərilən şəxsə aiddir?
CAVAB
Kredit kartıyla şirkətə alınan mallardan əldə edilən mənfəətlərin və şirkəti təmsilən aldığı hədiyyələrin hamısı şirkətin haqqıdır. İşçi və ya ortaqlardan biri, mən şəxsi kredit kartımla aldım və ya hədiyyə mənim adıma gəldi deyərək bu hədiyyələri özü götürərsə, şirkətə xəyanət etmiş olar. Bir hədisi-şərif məalı belədir:
“Allahü təala buyurur ki: Ortaqlardan biri digərinə xəyanət etmədiyi müddətdə Mən iki ortaqdan üçüncüsüyəm. Xəyanət edərsə aralarından çəkilərəm.” [Əbu Davud]
Bir ortaqlıqdan ki, Allahü təala çıxarsa, oraya şeytan girər və o şirkətdə narazılıqlar başlayar. Bu hədiyyələr mənim səylərimlə gəldi, bu ballar mənim kredit kartıma aiddir deyərək sahiblənməyə çalışmaqdan çox çəkinmək lazımdır.
Kredit kartının hədiyyələri
Sual: Kredit kartından istifadə etdikdə verilən hədiyyə ballarını, telefon konturlarını istifadə etmək caizdirmi?
CAVAB
Bəli, bir zərəri yoxdur.
Kreditlə ev tikmək
Sual: S. Əbədiyyədə, “Heç bir ölkədə, heç kimdən, bankdan və kooperativdən, zərurət olmadıqca, heç bir səbəblə borc pul alıb, faiz ödəmək caiz deyildir” deyilir. Heç bir ölkə qeyd olunduğuna görə, Fransa, Almaniya kimi qeyri-müsəlman ölkələrdə də kreditlə ev almaq caiz olmur?
CAVAB
Qida, geyim və qalmaq üçün yer [ev] nəfəqəyə daxildir. Bunun üçün evi olmayan şəxsin Fransa, Almaniya kimi qeyri-müsəlman ölkələrdə kreditlə [faizlə] ev alması caizdir. Çünki yenə S. Əbədiyyədə deyilir ki:
Fransa, Almaniya darül-hərbdir. Mültəqada bildirilir ki, “Darül-hərbdə Müsəlmanla kafir arasında faiz olmaz.” Məcmaul-ənhürdə deyilir ki, hədisi-şərifdə, “Darül-hərbdə Müsəlmanla kafir arasında faiz yoxdur” buyuruldu.
Görüldüyü kimi, evi olmayanın kirayə ev tuta bilsə də, ev nəfəqəyə aid olduğu üçün əksəriyyət Müsəlmanların yaşadığı bir məhəllədən kreditlə ev almaq caiz olur. “Caiz olmaz” demək, bu mötəbər kitabları qəbul etməmək sayılır.
Tələbə krediti
Sual: Ehtiyacı olan bir tələbə verilən tələbə kreditini götürə bilərmi?
CAVAB
Ehtiyac olduqda caiz olar.
Ev nəfəqəyə daxildir
Sual: S. Əbədiyyədə, “Kirayə ev tutmaq varkən, ev satın almaq zərurət deyildir” deyilir. Bu ifadə, “Kirayə ev tutmağa gücü çatanın faizli kreditlə ev alması caiz deyildir” mənasına gəlməzmi?
CAVAB
Bəli, o mənadadır, amma bu hissəni S. Əbədiyyə kitabını hazırlayan mərhum Ustadımızdan soruşmuşduq. Bu hökmün qeyri-müsəlman ölkələr üçün keçərli olmadığını, məsələn, Avropadakı bir Müsəlmanın, ev nəfəqəyə daxil olduğu üçün kreditlə ev ala biləcəyini bildirmişdilər. Yəni kirayə ev tuta bilən də kreditlə ev ala bilər.
В корзине: 0 шт.
на сумму: 0