Sual: Borcu olan bir kimsənin sədəqə verməsi caiz olar?
CAVAB
Borc alınan və təcilli verilməsi lazım olan borclar isə sədəqə vermək caiz olmaz. Fəqət kreditli borcları olarsa zərəri olmaz.
Sual: Kreditli borclarım var. Müntəzəm ödəyirəm. Borclunun əvvəl borcunu ödəməsi lazım olduğu üçün az miqdarda da olsa sədəqə versəm olar?
CAVAB
Bəli, qəbul olar.
Sual: Hədiyyə yoxsa sədəqə daha savabdır?
CAVAB
Əvvəl ailənin ehtiyacı, sonra sədəqə, sonra hədiyyə.
Sual: Sədəqə niyyəti ilə edilən pul yardımları vəkalət ilə də olar?
CAVAB
Olar.
Sual: Sədəqə verərkən savabını Peyğəmbər əfəndimizə göndərməyə də niyyət etmək caizdirmi?
CAVAB
Sədəqə verənin sədəqə savabını Rəsulullah əfəndimizə və bütün möminlərə göndərməyə niyyət etməsi yaxşı olar. Çünki öz savabından bir azalma olmadığı kimi hamısına da ayrı-ayrı, həmişə o qədər savab verilər. (Rədd-ül Muxtar)
Siqaret istəmək
Sual: Dilənmək haram olduğuna görə birindən bir tək siqaret və ya atəş istəmək caizdir?
CAVAB
Caizdir. O qədər az şey dilənmək olmaz.
Sədəqə və qürur
Sual: Bir yoldaş şəkər və vafli kimi bir hədiyyə verərkən “Tut!” deyərək uzaqdan atır. Bu, qürur əlaməti deyilmi?
CAVAB
Bəlkə, səmimi olduğu üçün və ya hədiyyəyə önəm vermədiyi üçün ola bilər, çünki İslam Əxlaqı kitabında, “Sədəqə verənin qürurlu görünməsi, kasıba qarşı deyildir. Verdiyi malı kiçiltməkdir. Mala qiymət vermədiyini göstərər” deyilir. Hədiyyə verən də hədiyyəsinə önəm vermədiyi üçün elə etmiş ola bilər, amma aralarında səmimiyyət yoxsa, elə etmək doğru deyildir.
Xeyir cəmiyyəti
Sual: Məscid üçün verilən pulu daha önəmli bir xeyir cəmiyyətinə vermək caizdir?
CAVAB
Daha önəmli isə daha yaxşı olar.
Heyvan bəsləmək
Sual: Evdəki pişiklərə və ya küçədəki itlərə verdiyimiz yeməklər sədəqə hökmünə girər?
CAVAB
Əlbəttə girər. Hətta pişik, it, donuz kimi heyvanlar, evimizdəki, bağçamızdakı tapdıqları şeyləri yesələr, məsələn qurd qoyunumuzu, tülkü toyuğumuzu, qartal ev quşlarını yesə hamısı sədəqə olar. Bir hədisi-şərif:
“Müsəlmanın əkdiyi ağacdan yeyilən şey sədəqədir. O ağacdan oğurlananlar, vəhşi heyvanların və quşların yedikləri sədəqə olar.” (Müslim)
В корзине: 0 шт.
на сумму: 0