Sual: Kasıbın qürurunu qırmamaq üçün sədəqəni gizli vermək lazımdır, yoxsa başqalarına da örnək olsun deyə bir təşviq üçün açıqdan verilməsi daha yaxşı olar?
CAVAB
Sədəqəni, yardımları bəzən açıq vermək lazımdırsa da ümumiyyətlə gizli vermək daha yaxşıdır. Qurani-Kərimdə məalən buyurulur ki:
“Sədəqəni açıq verərsəniz gözəl olar, gizli verərsəniz sizin üçün daha xeyirlidir.”(Bəqara 271)
Hədisi-şəriflər də buyuruldu ki:
“Qiyamətdə başqa himayə olunmayan gündə Allahu təalanın himayəsindəki 7 adamdan biri verdiyi sədəqəni gizləyən, sağ əlinin verdiyindən sol əlinin xəbəri olmayan kimsədir.” (Buxari)
“Gizli (sədəqə, xeyir hasənat və ibadətlər) açıq olmasından üstündür. Ancaq, yaxşı örnək olacaqsa, açıq olması gizlidən üstündü.” (Deyləmi)
“Sədəqəni gizli vermək Cənnət xəzinəsindəndir.” (Hatib)
“Gecə qılınan namazın gündüz qılınan namaza görə üstünlüyü, gizli verilən sədəqənin aşkar verilən sədəqəyə olan üstünlüyü kimidir.” (Tabərani)
“Quranı aşkar oxuyan, aşkar sədəqə verən kimi, gizli oxuyan da gizli sədəqə verən kimidir.” (Tirmizi)
“Gizli sədəqə Rəbbin qəzəbini söndürər.” (Beyhəqı, Tabərani, İbni Əsakir)
Göstəriş etmək
Hədisi-şərifdə də buyuruldu ki:
“Yaxşı bir əməl edənin əməl dəftərinə gizli edilmiş saleh əməl olaraq yazılar və savabı 70 qat artırılar. Adam bu əməli açıqlayarsa, aşkar əməl savabı yazılar. Artırılan savabları silinər. Bu əməlini təkrar hər kəsə söyləyər, adının xatırlanmasından və təriflənməkdən xoşlansa, aşkar əməl savabı da silinər, göstəriş, riya olaraq yazılar.”(Beyhəqı)
İstəməni məslək halına gətirənlər istisna, bir kasıba hər kəsin gözü önündə kömək etmək sədəqə vermək onun qüruruna toxuna bilər. Möhtacların könül rahatlığı ilə edilən köməyi ala bilmələri üçün xeyirlər gizli verilməlidir.
İslam böyükləri sədəqəni gizlicə kora verər və ya kasıb yatarkən cibinə qoyar və ya bir uşaq vasitəsiylə kasıba göndərərdilər. Məqsəd riya və ya minnətdən çəkinməkdir. Kasıb verəni görərsə, riya və minnət qarışa bilər. “Göstərişə və minnətə səbəb olan xeyir qəbul olunmaz” buyurulmuşdur. Fərz olan zəkatın açıq olaraq verilməsi üstündür. Bunda riya ola bilməz. Zəkatın belə açıqca verilməsi, zəkatını verməyib töhmətindən qurtarar, başqalarına da örnək olar. İbni Abbas həzrətləri gizlicə verilən nafilə sədəqənin savabı, açıq olaraq veriləndən 70 qat çoxdur buyurdu. Zəkatın savabı isə gizlicə verilənlərinə görə 25 qat çoxdur.
Gizli sədəqənin üç faydası:
1- Xalq, kasıbın sədəqəni ehtiyacsız aldığını zənn edərək sui-zənnə düşə bilər. Kasıb pislənər, xalq da qeybət edə bilər.
2- Hədisi-şərifdə, “Verən əl, alan əldən üstündür” buyurulur. Sədəqə açıqdan veriləndə kasıb zillətə düşə bilər. Müsəlmanı zillətə salmamaq lazımdır.
3- Sədəqə bir növ hədiyyədir. Hədisi-şərifdə, “Birinə gələn hədiyyəyə yanında olanlar ortaqdır” buyurulmuşdur. (Hakim)
Kasıb yanında olanlara ondan bir şey verməzsə xoş olmaz. Buna səbəb olmaq da xoş deyildir.
В корзине: 0 шт.
на сумму: 0