Facebook Twitter WhatsApp

Sədəqəyi-cariyə

Sual: Sədəqəyi-cariyə nə deməkdir?

CAVAB

            Öldükdən sonra da əməl dəftərimizə savab yazdıran sədəqədir. Sədəqəyi-cariyə məscid, bulaq, yol çəkdirmək, ağac əkmək, faydalı elmi əsər buraxmaq kimi insanlara faydası toxunan hər növ yaxşı işlərdir. Bir hədisi-şərif məali:

            “İnsan ölüncə üç şey xaric əməli kəsilər: Sədəqəyi-cariyə, faydalı elmi əsərqoymaq və ya ona dua və istiğfar edəcək saleh övlad.” (Müslim)

          Hər kəs cari sədəqə olaraq məscid tikdirə bilməz, elmi əsər yaza bilməz. Amma asanı var. Faydalı bir əsərin paylanmasına səbəb olmaq da o kitabı yazmaq kimi savab gətirər. Bir hədisi-şərif məali:

          “Möminə öyrənib yaydığı elmin savabı ölümündən sonra da davam edər.” (İbni Macə)

          Faydalı əsərdən məqsəd dinimizə, dünyamıza faydalı olan hər əsər buna daxildir. Fiqh kitabı, təfsir kitabı, elmihal kitabı, tibb, fizika, kimya kitabı faydalı kitablardandır. Kasetlər, CDlər, filmlər faydalı olmaq şərti ilə hamısı Sədəqəyi-cariyə hökmündədir. Faydalı olmaq şərti ilə bir radio, bir televiziya, bir qəzet, bir jurnal, bir internet saytı kimi hər cür nəşr, Sədəqəyi-cariyəyə daxildir. Hədisi-şərifdə buyuruldu ki:

            “Unudulmuş bir sünnətimi meydana çıxarana yüz şəhid savabı vardır.” (Hakim)

(Ya da bir fərzi və ya vacibi meydana çıxarmanın savabının nə qədər çox olduğu buradan aydın olmalıdır.)

            Əhli sünnət alimlərinin yazdıqları həqiqi din kitablarına uyğun gələnlərə yüzlərlə şəhid savabı verilər. Sünnətə yapışmaq, sünnəti ortaya çıxarmaq Əhli sünnət alimlərinin kitablarını öyrənməklə olar.

            Bayramlarda, xüsusi günlərdə hədiyyə olaraq bir kimsə, əhli sünnət alimlərinin kitablarından bir kitab, məsələn bir İslam Əxlaqı kitabı hədiyyə versə, yüz şəhid savabı alar. Çünki unudulmuş sünnətlərin yanında, fərzlər və vaciblər də yayılmış olur. Yanlış din kitabı vermək də bunun əksi olub, çox günah bir işdir, bu səfər işlənən günaha da ortaq olmuş olar.

Savabını hədiyyə etməli

Muhamməd Məsum həzrətləri buyurur ki:

            Sədəqə (və QuranI-Kərim oxumanın) savabını əvvəl Peyğəmbər əfəndimizin mübarək ruhuna hədiyyə etməli, sonra ölülərin ruhlarına göndərməlidir.  Beləcə qəbul olma ümidi çox olar. Savabını bütün  möminlərin ruhlarına da hədiyyə etmək yaxşı olar. Hər birinə savabın hamısı çatar. Öz savablarından bir azalma olmaz. (2/36)

Məscidə veriləcək pul

Sual: Atam, “Bu pulu al, bir məscidə ver!” dedi. Bu pulu İslam alimlərinin kitablarını paylayaraq əmri-məruf edən yerlərə vermək caiz olar?

CAVAB

            Əlbəttə olar. İslamiyyəti yaymaq üçün verilmiş olar, daha önəmlidir.

Məscid tikdirmək

Sual: Bir kimsənin etdirdiyi kiçik bir məscid yıxılıb yerinə başqası böyük bir məscid tikilərsə, əvvəlkinin savabı kəsilər?

CAVAB

Kəsilməz. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину