Facebook Twitter WhatsApp

Qüslün fərzləri

Sual: Dörd məzhəbə görə qüslün fərzləri nələrdir?
CAVAB

Hənəfi məzhəbində qüslün fərzləri üçdür:

1- Ağzın içini yumaqdır. Ağzın içində iynə ucu qədər islanmayan yer qalarsa, dişlərin üstü və diş oyuqları islanmazsa qüsl olmaz.

2- Burnu yumaqdır. Burnundakı quru kirin altına və ağızdakı çeynənilmiş çörəyin altına su keçməzsə, qüsl olmaz. Hanbəli məzhəbində, ağzı və burnu yumaq, dəstəmaz alarkən də, qüsldə də fərzdir.  Şafii məzhəbində də qüsl edərkən niyyət etmək fərzdir.

3-  Bədənin hər yerini yumaqdır.  Göbək içini, bığ, qaş, saqqalı və altlarındakı dəriləri və başdakı saçları yumaq fərzdir. Dırnaqlarda, dodaq, göz qapağı və ya bədənin hər hansı bir yerində su keçirməyən maddələr olarsa, [dırnaqda lak olarsa], qüsl alınmış sayılmaz. 

Maliki məzhəbində:
1- Niyyət

2- Bədənin hər yerini yumaq
3- Delk (ovmaq)
4- Muvalat (ara verməmək)
5-Barmaqları saçların arasında gəzdirmək

Şəfii məzhəbində:
1- Niyyət

2- Bədənin hər yerini yumaq
[Bəzi kitablarda Şəfiidə qüslün fərzinin üç olduğu deyilir, bədəndəki nəcasəti təmizləməyi də əlavə edirlər. Bədən yuyulanda nəcasət də təmizlənmiş olacağı üçün, qüslün fərzinə iki deyilməsinin zərəri yoxdur.]

Hənbəli məzhəbində:
Qüslün fərzi birdir, bu da bütün bədəni yumaqdır. Bu, qüslün rüknüdür. Yəni qüslün içindəki fərzdir. Qüslə başlayarkən niyyət etmək və bəsmələ çəkmək də fərzdir. Ağızın və burunun içi bədənin çölü sayıldığı üçün, buraları da yumaq fərzdir. Bunlar da əlavə edildikdə qüslün fərzi 5 olur:

1- Niyyət etmək
2- Bəsmələ çəkmək
3- Bədənin hər yerini yumaq
4- Ağızın içini yumaq
5- Burunun içini yumaq

Qüsldə qarqara
Sual:
Qüsldə qarqara şərtdirmi? Buruna çox su çəkib içinin acışdığını hiss etmək lazımdırmı?

CAVAB
Xeyr, elə bir şərt yoxdur. Qarqara etmək dəstəmazda da, qüsldə də fərz deyil, sünnədir. Oruclu ikən qarqara etmək isə məkruhdur. (Ə. Səadət)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину