Facebook Twitter WhatsApp

Cünubun, qılmadığı namaz vaxtı çıxana qədər qüsul etməməsi günah olmaz.

Sual: Bir insan, qüsul lazım olan bir vəziyyətdə qüsul almağa tələsməlidirmi, yoxsa, nə qədər bunu gecikdirə bilər?

Cavab: Cünub olan qılmadığı namaz vaxtı çıxana qədər qüsul etməsə, günah olmaz. Daha artıq geciktirmək böyük günahdır. Hədisi-şərifdə:

“Kirləndikdə dərhal qüsul alın! Çünki kiramən katibin mələkləri cünub gəzən adamdan inciyərlər” buyuruldu. İmam Qazali həzrətləri buyurdu ki:

“Bir nəfər yuxuda mənə dedi ki; ‘Bir müddət cünub qaldım. İndi mənə atəşdən köynək geyindirdilər. Hələ də alovun içindəyəm.”

Peyğəmbər əfəndimiz buyurur ki: “Qüsul almağa qalxan bir Müsəlmana, üzərindəki tük qədər, yəni çox savab verilər. O qədər də günahı əfv olar. Cənnətdəki dərəcəsi yüksələr. Qüslu üçün ona veriləcək savab dünyada olan hər şeydən daha xeyirli olar. Allahü təala mələklərə, “bu quluma baxın! Gecə, ərinmədən qalxıb, mənim əmrimi düşünərək, cünublükdən qüsul alır. Şahid olun ki, bu qulumun günahlarını əfv və məğfirət etdim” buyurur.”

 

Sual: Cünub olan qüsul almadan bir şey yeyib-içə bilərmi?

Cavab: Cünubun əlini və ağzını yumadan yeyib-içməsi tənzihən məkruhdur. Çünki ağzına, əlinə dəyən su müstaməldir. Müstaməl suyu içmək isə məkruhdur. Heyz görən qadın belə deyildir. Çünki heyz halında qüsul almaq əmr olunmadı.

 

Sual: Cünub halda yatmağın dinən zərəri vardırmı?

Cavab: Cünub halda yatmaq günah deyildir.

 

Sual: Bir kişi xanımı ilə birlikdə eyni qabdan su götürərək qüsul ala bilərmi?

Cavab: Zövcəsi, xanımı ilə birlikdə bir tasdan, bir qabdan qüsul alması caizdir.

 

Sual: Namaz qılmağa başlamaq üçün niyyəti nə vaxt etmək lazımdır?

Cavab: İftitah təkbirini deyərkən niyyət edilir. Daha əvvəl də niyyət etmək caizdir. Hətta, camaat ilə namaz qılmaq üçün evindən çıxan adam, niyyət etmədən imama uysa, caiz olar. Lakin yolda namazı pozan şeylərdən birini etmək olmaz. Yerimək və dəstəmaz almaq zərər verməz.

 

Sual: Heyzli qadın uşağını əmizdirə bilərmi?

Cavab: Heyzli qadın sinəsini yumadan uşağını əmizdirə bilər. Cünub qadının isə sinəsini yumadan əmizdirməsi məkruhdur.

 

Sual: Dəstəmazlı qadının uşağını əmizdirməsi dəstəmazını pozurmu?

Cavab: Uşaq əmizdirən qadının dəstəmazı pozulmaz.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину