Facebook Twitter WhatsApp

Qüsllə əlaqədar müxtəlif bilgilər

1- Cünub ikən xanımla birlikdə olmaq günah deyil, caizdir. Dəstəmazlı olmaq yaxşı olar.

2- Tualetdə qüsl almağın zərəri yoxdur. Hamama sağ ayaqla girilir.

3- Şəfiidə dəstəmaz alarkən tərtib fərzdir. Cünub bir Şəfii qüslə niyyət edərək dənizə girib çıxsa, belə namaz qıla bilər. Çünki qüsldə bədən tək orqan sayılır.

4- Qüsldə övrət yerləri örtülü ikən qibləyə dönmək məkruh deyil.

5- Qüsl almadan namaz vaxtını keçirməmək şərtiylə yatmaq olar.

6- İnsan bir gecədə iki dəfə ihtilam olsa, hətta on dəfə də cünub olsa, hamısı üçün bir dəfə qüsl kifayətdir.

7- Gecə cünub olan oyanınca sübh namazının vaxtının çıxmasına çox az bir vaxt olduğunu görsə, vaxt çıxıb çatdırmasa da, günaha girməmək üçün dərhal qüsl almağa çalışar. Çata bilməyəcəyini düşünüb günəşin çıxmasını gözləmək uyğun olmaz.

8- Qadınların qüsl alarkən ön və arxalarını barmaqlarıyla təmizləmələri lazım deyil. Belə uydurma şeylərin əsli yoxdur. Bədənin içində onsuz da nəcasət vardır. Görünməyən yerlər deyil, yalnız görünən qisimlər yuyulur.

9- Süni mayalanma surətiylə uşaq sahibi olmaq istədikdə şprislə döllənmiş yumurta ana bətninə qoyularkən qadın hamilə qalsa, qüsl almalıdır. Fərcdən başqa yerə sürtməklə çıxan kişi mənisi bətnə girsə, qadın qüsl almaz. Bu surətlə hamilə qalsa, qüsl alar və o gündən bəri qıldığı namazları qəza edər.