Sual: Qadınların hörülmüş saçlarını dəstəmaz və qüsldə açması lazımdırmı? Maliki və ya Şəfiini təqlid edənlərin vəziyyəti fərqlidirmi?
CAVAB
Hənəfi məzhəbində belədir:
Dəstəmazda hörükləri açmadan saçlara məsh edilə bilər. Sallanan saçlar məsh edilməz.
Qüsldə saçı hörülmüş qadının təkcə saçlarının dibini islatması fərzdir. Hörülmüş saçın dibləri isladılsa, hörüyü yumaq lazım deyil. Saçların dibi islanmazsa, hörüyü açmaq lazımdır. Hörülməmiş saçların isə hər tərəfini yumaq fərzdir. (Rəddül-muxtar)
Maliki məzhəbində belədir:
Dəstəmazda hörülmüş saç açılmaz. Sallanan saçlar məsh edilər.
Qüsldə saçların dibi islanmazsa, hörüyü açmaq lazımdır. Hörülməmiş saçların hər tərəfini yumaq fərzdir. Əgər sıx hörülən saçların dibinə su getməzsə, açıb hər tərəfini ovmaq fərzdir. (Əl-müqəddəmətül-izziyyə)
Şəfii məzhəbində belədir:
Dəstəmazda hörük açılmadan məsh edilər.
Qüsldə hörüyü açıbarasını islatmaq fərzdir. (İslam əxlaqı)
Hənbəli məzhəbində belədir:
Dəstəmazda hörüyü açmaq lazım deyil.
Qüsldə hörüyü açmaq cənabət üçün sünnə, aybaşı üçün fərzdir. (Məzahibi-ərbəa)
В корзине: 0 шт.
на сумму: 0