Facebook Twitter WhatsApp

Bir yerini yumağı unudan

Sual: Dəstəmaz və ya qüsl alarkən bir üzvü yumağı unudan, dəstəmaz və qüsldən sonra və ya bir neçə gün sonra xatırlasa, nə edər?
CAVAB
Xatırlayınca yalnız yuyulmayan yeri yumaq bəsdir. Malikini təqlid edən isə yumağı unutduğu yeri xatırlayınca dərhal yumalıdır. Qıldığı namazları iadə etməsi lazım deyil. “Yudummu, yumadımmı” deyə şübhə etsə, bu, vəsvəsədir. Yumaq lazım deyil.


Qüsl aldıqdan sonra bir yerində yapışqan kimi su keçirməyən bir maddə görən təmizləyib altını yusa, kifayətdir. Yenidən qüsl almağa ehtiyac yoxdur. Malikidə də belədir.

Yuyulmayan yer qalsa
Sual:
Malikini təqliddən bəhs edilərkən “Qüsl və ya dəstəmazda yuyulmayan yerin qaldığını bir ay sonra belə xatırladıqda təkcə həmin yeri yumaq kafidir. Dərhal yuyulmazsa, qüsl və ya dəstəmaz batil olar. Lakin bir aydan bəri qılınan namazları qəza etmək lazım deyil” deyilir.Bu vəziyyət Hənəfinin başına gəlsə, bir aylıq, hətta bir vaxt namazı qılmaq çətin olacağı üçün, Malikini təqlid edərək namazlarını qəza etməməsi caiz olarmı?

CAVAB
Bəli, caiz olar. Malikidə olduğu kimi, o şəkildə qıldığı namazları qəza etməsi lazım deyil.