Facebook Twitter WhatsApp

Dəstəmaz alarkən diqqət edilməli xüsuslar

Zərurət, məcburiyyət olmadıqca aşağıdakı on şeyə riayət edilməlidir:

  1. İki əli şikəst olan təharətlənməz. Qolları torpağa, üzünü divara sürtərək təyəmmüm edər. Üzündə də yara varsa, namazı dəstəmazsız qılar və namazlarını tərk etməz.
  2. Xəstə olana zövcəsi, cariyəsi, uşaqları, qardaşları dəstəmaz aldırar.
  3. Daş və bənzəri ilə təharətlənmək su yerinə keçər.
  4. Dəli olan və ya huşunu itirən kimsə iyirmi dörd saatda ayılmazsa, özünə gəlincə namazlarını qəza etməz. İçki, tiryək, dərman ilə huşunu itirən, hər namazı qəza edər. Yatarkən başı ilə ima edə bilməyəcək qədər ağır xəstəliyi iyirmi dörd saatdan çox davam edən kimsədən ağlı başında olsa belə, namaz azad olar.
  5. Tualetə girmək üçün xüsusi şalvar istifadə etmək və başı örtülü girmək müstəhabdır.
  6. Tualetə girərkən əlində Allahü-Təalanın adı və Qurani-Kərim yazılı bir şey olmamalıdır. Bir şey ilə sarılmış və ya cibdə olmalıdır.
  7. Tualetə sol ayaqla girib, sağ ayaqla çıxmalıdır.
  8. Tualetdə övrət yerini çöməlincə açmalı, danışmamalıdır.
  9. Övrət yerinə və nəcasətə baxmamalı, tualetə tüpürməməlidir.
  10. Heç bir suya, məscid divarına, qəbiristana və yola dəstəmaz pozmamalıdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину