Facebook Twitter WhatsApp

Dəstəmazı pozan şeylər

Yeddi şey dəstəmazı pozar ki, bunlar aşağıdakılardır:

  1. Öndən və arxadan çıxan şeylər:
  2. a) Böyük və kiçik dəstəmaz pozmaq,  yel qaçırtmaq.
  3. b) İhtiqan, yəni imalə alətinin ucu və insan barmağı, arxadan soxub çıxarılınca, ətrafı yaş olarsa pozar. Quru isə, yenə dəstəmazı təzələmək yaxşı olar.
  4. c) Kişilərin və qadınların sidik qaçırmamaq üçün önlərinə qoyduqları pambıq fitilin çöldə qalan qismi islanınca pozulur.
  5. Ağızdan çıxan nəcs şeylər:
  6. a) Qusmaq ağız dolusu olarsa.
  7. b) Tüpürdüyündə qan tüpürcəkdən çox olarsa.
  8. c) Mədə və ciyərdən gələn maye qan, İmamı-azama görə az olsa belə, dəstəmazı pozar.
  9. d) Qulağa tökülən yağ ağızdan çıxarsa, dəstəmaz pozulur.
  10. Dəridən çıxanlar:
  11. a) Qan, irin və sarı su yalnız olaraq çıxarsa.
  12. b) Çiçək xəstəsindən və hər hansı bir çibandan çıxan qan, sarı su, qüsldə yuyulması lazım olan yerə yayılarsa, məsələn, burundan gələn qan sümükləri keçərsə, qulaqdan gələn qulaq dəliyindən çıxarsa.
  13. c) Çiban və yaradakı qanı, sarı suyu, pambıqla əmərsə.
  14. d) Misvak və dişqurdalayan üzərindəki qan ağıza bulanıbsa .
  15. e) Qulaq, göbək və döşdən ağrı və ya xəstəlik ilə maye gələrsə.
  16. f)  Zəli çox qan əmərsə, dəstəmaz pozulur.
  17. Yatmaq:

Arxası üstə yataraq və ya dirsəyinə, yaxud bir şeyə dayanıb yatarsa, dəstəmaz pozulur.

  1. Huşunu itirmək, dəli olmaq, sara (epilepsiya) xəstəliyi və ya gəzərkən aşacaq qədər sərxoş olmaq dəstəmazı pozar.
  2. Rükü və səcdələri olan namazda qəhqəhə ilə gülmək, namazı da, dəstəmazı da pozar. Lakin uşağınki pozulmaz. Namazda təbəssüm namazı da, dəstəmazı da pozmaz. Yanındakılar eşidərsə “Qəhqəhə” deyilir. Özü də eşitməzsə, “Təbəssüm” deyilir.
  3. Mübaşərəti fahişə, yəni çılpaq olaraq çirkin yerlərini sürtünmək, kişinin də, qadının da dəstəmazını pozar.

Dəstəmaz aldığını bilib, sonra pozulduğunda  şübhə edərsə, dəstəmazı var qəbul edilir. Dəstəmazı pozulduğunu bilib, sonra dəstəmaz aldığında şübhə edərsə, dəstəmaz alması lazım olar. 

Sual: Namazda dişi qanayan şəxs bu qanı udsa, namazı pozulacaqmı?

Cavab: Bu mövzuda Hələbiyi-kəbirdə deyir ki:

“Dişləri arasından axan qanı udanın, ağız dolusu olmadıqca, namazı pozulmaz.” Ağız dolusu udsa da dəstəmazı pozulmaz.

Sual: Dəstəmazlı halda saç, saqqal, dırnaq kəsilsə dəstəmaz pozulurmu?

Cavab: Saç, saqqal, bığ, dırnaq kəsmək dəstəmazı pozmaz. Kəsilən yerləri yumaq da lazım olmaz. “Fiqhi-Gidani” şərhində:

“Dırnaq kəsdikdə, dəstəmaz pozulmur. Əlləri yumaq müstəhəbdir” buyurulur. Yaranın qabığının düşməsi ilə də pozulmaz.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину