Dəstəmazın ədəbləri iyirmi səkkizdir:
Ədəb- edilməsi savab olub, edilməzsə günah olmayan şeylər deməkdir. Halbuki sünnəti yerinə gətirmək savab olub, tərk etmək tənzihən məkruhdur. Ədəblərə məndub və müstəhəb də deyilir. Dəstəmazın ədəbləri bunlardır:
- Dəstəmazı namaz vaxtı girmədən öncə almaq. (Üzr sahiblərinin vaxt girdikdən sonra alması lazımdır).
- Tualetdə təharətlənərkən qibləni sağ və ya sol tərəfə almaq. Dəstəmaz pozarkən qibləyə önünü və arxasını dönmək tahrimən məkruhdur.
- Nəcasət bulaşmamış isə su ilə təharətlənmək.
- Təharətləndikdən sonra parça ilə qurulanmaq.
- Təharətləndikdən sonra övrət yerini dərhal örtmək.
- Başqasından kömək istəməyib, dəstəmazı özünün alması.
- Qibləyə qarşı dəstəmaz almaq.
- Hər üzvu yuyarkən, kəlmeyi-şəhadət oxumaq.
- Dəstəmaz dualarını oxumaq.
- Ağzına sağ əl ilə su vermək.
- Burnuna sağ əl ilə su vermək.
- Burnu sol əl ilə təmizləmək.
- Ağzı yuyarkən dişləri “Misvak” ilə təmizləmək. Misvak olmazsa, fırça da istifadə edə bilər.
- Ağzı yuyarkən oruclu deyilsə, ağzı çalxalamaq. Boğazında yüngül qarqara etmək, dəstəmazda da, qüsldə də sünnətdir. Oruclu ikən məkruhdur.
- Burnu yuyarkən suyu sümüyə yaxın yuxarı çəkmək.
- Qulağı məsh edərkən bir barmağı qulaq dəliyinə soxmaq.
- Ayaq barmaqlarını tahlil edərkən sol əlin kiçik barmağı ilə tahlil etmək.
- Əlləri yuyarkən geniş olan üzüyü oynatmaq. Dar, sıx üzüyü oynatmaq isə lazımdır, fərzdir.
- Su bol olsa da israf etməmək.
- Suyu yağ sürtmək kimi az istifadə etməmək (üç dəfədə də, yuyulan yerdən, ən az iki damcı su dəyməlidir)
- Bir qabdan dəstəmaz aldıqdan sonra o qabı dolu buraxmaq.
- Dəstəmaz bitincə və ya ortasında “Allahümməc-alni minəttəvvabin...” duasını oxumaq.
- Dəstəmazdən sonra “Sübha”, yəni iki rükət namaz qılmaq.
- Dəstəmazlı ikən dəstəmaz almaq, yəni namaz qıldıqdan sonra dəstəmazlı ikən, yəni namaz üçün bir daha dəstəmaz almaq.
- Üzü yuyarkən göz qapağlarını silmək və təmizləmək.
- Üzü, qolları, ayaqları yuyarkən yuyulması fərz olan yerlərdən bir az artığını yumaq. [Qolları yuyarkən ovuca su doldurmalı, bunu dirsəyə doğru axıtmalı.]
- Dəstəmaz alarkən, istifadə edilən sudan, paltara, üstünə, başa sıçratmamaq.
- Öz məzhəbində məkruh olmayan bir şey başqa məzhəbdə fərz isə, bunu etmək müstəhəbdir.