Facebook Twitter WhatsApp

Dəstəmazın fərzləri

Dəstəmazın fərzi hənəfi məzhəbində 4-dür:

1- Üzü bir dəfə yumaq.

2- Iki qolu dirsəklər ilə birlikdə bir dəfə yumaq.

3- Başın dörddə bir hissəsini məsh etmək, yəni yaş əli başa sürtmək.

4- Iki ayağı, iki yandakı topuq sümükləri ilə birlikdə bir dəfə yumaqdır. Şafii məzhəbində niyyət və tərtib (ardıcıl) də fərzdir və üzü yuyarkən niyyət etmək lazımdır. Su üzə dəymədən öncə niyyət edərsə, dəstəmazı səhih olmaz. Üz və çənə üzərindəki saqqalı yumaq fərzdir. Maliki məzhəbində, dəlk [ovmaq] və muvalat [üzvləri bir-biri ardınca ara vermədən yumaq] fərzdir.  Bəziləri kimi ayaqlarını yumayıb, çılpaq ayaq üzərinə məsh etmək düzgün deyildir.