Dəstəmazın sünnətləri on səkkizdir:
- Dəstəmaza başlayarkən Bəsmələ oxumaq.
- Əlləri biləkləri ilə bərabər üç dəfə yumaq.
- Ağzı ayrı-ayrı su ilə üç dəfə yumaq. Buna “Mazmaza” deyilir.
- Burnu ayrı-ayrı su ilə üç dəfə yumaq. Buna “İstinşak” deyilir.
5.Qaşların, saqqalın, bığların altındakı görünməyən dərini, üzü yuyarkən islatmaq.
- Üzünü yuyarkən iki qaşın altını islatmaq.
- Saqqalın uzun qismini məsh etmək.
- Saqqalın uzun qisminin içinə, sağ əlin yaş barmaqlarını daraq kimi daramaq (hilallamaq).
- Dişləri, bir şey ilə oymaq, təmizləmək. [Misvak istifadə etmək, mühüm sünnətdir.]
- Başın hər tərəfini bir dəfə məsh etmək.
- Iki qulağı bir dəfə məsh etmək.
- Boyunu üç bitişik barmaqla bir dəfə məsh etmək.
- Əl və ayaq barmaqlarının arasını tahlil etmək.
- Yuyulacaq yerləri üç dəfə yumaq.
- Üzü yuyacağı zaman qəlb ilə niyyət etmək.
- Tərtib. Yəni sıra ilə yumaq.
- Dəlk. Yuyulan yerləri ovmaq.
- Müvalat. Hər üzvu bir-biri arxasından cəld-cəld yumaq.