Təyəmmümün fərzi üçdür: Dəstəmaz almaq və qüsl etmək üçün təyəmmüm eynidir. Yalnız niyyətləri fərqlidir. Dəstəmaz üçün edilən təyəmmüm ilə qüsl edilmiş olmaz. Eyni təyəmmümün qüsl üçün də səhih olması üçün qüsl üçün də niyyət etmək lazımdır.
1- Niyyət etmək. 2- İki əlin içini təmiz torpağa sürtüb, üzün hər yerini məsh etmək. 3- Əlləri təmiz torpağa vurub, öncə sağ və sonra sol qolu məsh etmək.
Təyəmmümün fərzi ikidir, deyənlər də vardır. İkinci və üçüncü fərzi bir fərz olaraq söyləyirlər. İki şəkli də doğrudur.
В корзине: 0 шт.
на сумму: 0