Facebook Twitter WhatsApp

Yara və Sarğı üzərinə məsh

   Yaranın, çibanın, dəridəki çatlaq və yarıqların üzərinə və ya içinə qoyulan məlhəm, pambıq, fitil, plastır, sarğı bağı kimi şeylərin açılması, çıxarılması yaraya zərər verərsə, üzərinə məsh edilir.

  Üzr sahibi olan istədiyi zaman dəstəmaz alar. Alınan dəstəmaz ilə istədiyi qədər fərz və nafilə qılar və Qurani-Kərim oxuyar. Namaz vaxtı çıxınca dəstəmazı pozulmuş olar. Hər namaz vaxtı girdikdən sonra, yəni dəstəmaz alıb bu vaxt çıxana qədər hər ibadəti edər.
  Üzr sahibi ola bilmək üçün dəstəmazı pozan şeyin davamlı olaraq mövcud olması lazımdır. Yəni hər hansı bir namaz vaxtı içində dəstəmaz alıb yalnız fərzi qılacaq qədər bir zaman dəstəmazlı qala bilməyən kimsə üzr sahibi olar. Üzr sahibinin üzrü sonrakı hər namaz vaxtında bir dəfə, bir az axarsa, üzrü davam edir sayılır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину