Facebook Twitter WhatsApp

Dəstəmazın alınma qaydası

Namaz qılmaq üçün əvvəlcə sünnətə uyğun olaraq dəstəmaz almaq lazımdır. Sevgili Peyğəmbərimizin dəstəmazı necə aldığı kitablarda belə bildirilməkdədir:

1-Əvvəlcə əllər biləklərə qədər üç dəfə yuyulur. Barmaq araları hilallanır.

Desdemaz_almaq

2-Sağ əllə üç dəfə ağıza su verilib, dişlər misva1la və ya barmaqla ovulur. Sonra buruna üç dəfə su verilib, sol əllə təmizlənir.

Desdemaz_almaq

Desdemaz_almaq

3-Ovuclara su alıb, alından çənə altına və gicgahlara qədər üç dəfə üz yuyulur. Suyu üzə çırpmamaq lazımdır.

Desdemaz_almaq

4-Əvvəlcə sağ qol, sonra sol qol dirsəklə birlikdə üç dəfə ovularaq yuyulur.

Desdemaz_almaq

5-Qollar yuyulduqdan sonra başın dörddə biri məsh edilir. Hamısını qaplama məsh etmək sünnətdir və çox savabdır.

[Qaplama məsh: Başı, qulaqları və ənsəni birlikdə məsh edə bilmək üçün iki əl isladılıb, iki əldə də üç bitişik uzun barmaq bir-birinə yapışdırılıb, iç tərəfləri başın önündə, iki əl saçların çıxdığı yerdən başa qoyulur. İki əlin bu üç barmağının ucları bir-birinə toxunmalıdır. Baş və şəhadət barmaqları və ovuc içləri havada qalıb başa toxunmaz. İki əl arxaya doğru çəkilərək, üç barmaq başı məsh edər. Əllər arxadakı saçın kənarına çatdıqda üç barmaq başdan ayrılıb iki əlin ovuc içləri başın yan tərə­findəki saçlara yapışdırılıb, arxadan önə çəkilərək başın yan tərəfləri məsh edilir. Sonra şəhadət barmaqları qulaqların iç hissəsinə və baş barmaqların iç üzü qulağın arxasına qoyulur, qulaqlar yuxarıdan aşağı məsh edilir. Sonra boş qalmış olan digər üç barmağın üst tərəfləri ənsəyə qoyulub, ənsənin ortasından iki tərəfinə doğru çəkilərək məsh edilir.]

Desdemazda_basi_qaplama_mesh

6-Sağ və sol əlin şəhadət barmaqları ilə iki qulağın dəlikləri məsh edilir. Baş barmaqlarla da qulaqların arxası, sonra da əllərin üst hissəsi ilə ənsə məsh edilir. Bu məshlər bir dəfə olunur.

Desdemazda_qulaqlari_mesh

7-Boyun məsh edildikdən sonra, sol əlin kiçik barma­ğı ilə sağ ayağın kiçik barmağından başlayaraq, ayaq barmaqlarının arasını hilallayaraq topuqlarla birlikdə əvvəlcə sağ ayaq, sonra sol ayaq üç dəfə yuyulur. Sol ayaq yuyularkən hilallamaq bu dəfə baş barmaqdan kiçik barmağa doğru olur.

Desdemazda_ayaqlari_yumaq

Hər üzvü yuyarkən dəstəmaz dualarını oxumaq lazımdır. Bilməyənlər Kəlməyi-Şəhadətoxuya bilərlər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину