Facebook Twitter WhatsApp

Bir şeyi adamaq necə olur

Sual: Bir şeyi adamaq necə olur? 
CAVAB
Bir şeyi adamaq iki cür olur: Mütləq adaq, şərtlə olan adaq.
1- Mütləq adaq: 
“Allah üçün bir il oruc tutacam” demək kimidir. Bir şərtə bağlı deyildir. Bunu söyləyərkən istəməsə də söz arasında dilindən çıxmışsa, yerinə yetirməsi vacib olar. Çünki adaqda niyyətsiz, düşünmədən söyləmək ciddi, istəyərək söyləmək kimidir. Hətta, “Allah üçün bir gün oruc tutmaq üzərimə borc olsun”, deyəcəyi yerdə, “bir ay oruc tutmaq” deyə ağzından çıxsa, bir ay tutması lazım olar.
Adaq, and içməyə bənzəyir. Bir kimsə “Adağım olsun” desə, nəyi adadığını söyləməsə və niyyət etməsə, and içmə kəffarəsi verməlidir. Bir kimsə, Allah rizası üçün oruc tutum desə, neçə gün olduğunu söyləməsə və bir şey niyyət etməsə və ya yalnız adaq üçün niyyət etsə, bu orucu adaq olur və üç gün oruc tutar. Bunu söyləyərkən adaq olmayıb, and içmə olduğunu niyyət etsə, and içmək olar. Orucu pozarsa, and içmək kəffarəsi lazım olar. Həm adaq, həm and içmək olmasını niyyət edərsə, bu oruc, həm and içmək, həm də adaq olur. Bu orucu bozarsa, həm qəza, həm də and içmə kəffarəsi lazım olur.
İbadət olması lazımdır
Adaq edilən şeyin farz və ya vacib olan bir ibadətə bənzəməsi və başlı başına bir ibadət olması lazımdır. Məsələn, dəstəmaz almaq, ölü kəfənləmək başlı başına ibadət olmadıqlarından adaq ola bilməzlər. Xəstə ziyarət etmək, cənazə aparmaq, qüsl etmək, məscidə girmək, Qurani-kərimi əlində tutmaq, azan oxumaq, məscid inşa etmək də ibadət isə də, başlı başına ibadət deyildir.
Şərtə bağlı olmayan adağı kasıb olsa da dərhal yerinə yetirməsi lazımdır.
2- Şərtə bağlı olan adaq: 
Arzu olunan şərt baş verdikdə, adağı yerinə yetirməsi lazım olar. Yerinə yetirməyib, and içmək kəffarəsi verməsi caizdir.
Adaq etmək, istənilən bir şeyin baş verməsinə bağlanırsa, şərt etdiyi şey baş verdikdə, adaq etdiyi şeyi etməsi lazımdır. Baş verməsini istəmədiyi bir şeyi şərt edərsə, istəmədiyi şey hasil olarsa, həcc, oruc, sədəqə, nafilə namaz kimi adaqlarını istərsə yerinə yetirər, istəməzsə etməz, and içmə kəffarəsi verər. Məsələn, Əli ilə danışsam, Allah üçün yüz manat sədəqə adağım olsun deyib və Əli ilə danışarsa, istərsə sədəqəni verər, istərsə verməyib, and içmə kəffarəsi verər.
Şərtə bağlı olan adağı şərt baş vermədən əvvəl yerinə yetirmək caiz deyildir. Məsələn, xəstəm yaxşılaşarsa, Allah üçün bu qədər sədəqə vermək və savabını seyid Əhməd Bədəvi həzrətlərinə bağışlamaq adağım olsun desə, xəstə yaxşılaşmadan əvvəl adağı yerinə yetirmək caiz olmaz. Xəstə yaxşı olduqdan sonra yerinə yetirməsi lazımdır. Şərtə bağlı olan adağı yerinə yetirərkən də yeri, kasıbın şəxsini və kasıbların saylarını və pulun cinsini də söylədiyi kimi etməsi lazım olmaz.
Qurban demək, bayramın ilk üç günündə varlı üçün vacib, kasıb üçün isə nafilə olaraq kəsilən qoyun, mal və ya dəvə deməkdir. Buna görə adaq adananda, qurban deyilmişsə, Qurban bayramında kəsilir. Qurban demədən, məsələn bir qoyun kəsəcəm, deyilsə, gün və yer desə də Qurban bayramı günləri daxil, istədiyi zaman və istədiyi yerdə kəsə bilər.
Adağı yerinə yetirmək lazımdır
Adağı yerinə yetirmək lazım olduğu, Qurani-kərimdə və hədis-i şərifdə bildirilmiş və icmayi-ümmət hasil olmuşdur. Həcc surəsi, 29-cu ayəti-kəriməsində məalən, “Adaqlarını yerinə yetirsinlər” buyurulmuşdur. Bunun üçün adağı yerinə yetirmək vacibdir. Fərz deyən alimlər də olmuşdur.
Qəlbdən and içmək və adaq
Sual:
 Dillə söyləmədən, qəlbdən edilən adaq və and keçərli olarmı?

CAVAB
Xeyr. Qəlbdən keçirməklə adaq və ya and olmaz. Dillə söylənməsi lazımdır.
Fərz olan bir şeyi adamaq
Sual:
 Bu imtahanı geçsəm, Eyyub Sultanda bir vaxt ikindi namazı qılacam deyə adansa, evdə və ya başqa məsciddə qılınsa caiz olarmı?

CAVAB
Edilməsi özünə fərz olan bir şeyi adamaq səhih olmaz. İkindiyi qılmaq zatən fərzdir. Yəni, bu adaq səhih deyildir. Nafilə namaz adanmış olsaydı, adaq səhih olardı; lakin Eyyub Sultanda qılmaq lazım gəlməzdi, başqa yerdə də qılına bilərdi.
Şükür üçün qurban
Sual: Şükür niyyəti ilə, “Xəstəlikdən sağalan atam üçün bir qurban kəsim” demək adaq olarmı?
CAVAB
Bəli, olar.
Xoruzdan adaq olar
Sual:
 Toyuqdan, xoruzdan qurban olmaz, amma adaq da olmazmı?

CAVAB
Adaq əlbəttə olar. Qurban olmaz demək, adaq da olmaz demək deyildir. Adaqda edilməsi adanan şeyin fərz və ya vacib olan bir ibadətə bənzəməsi və başlı başına bir ibadət olması lazımdır. Məsələn, sədəqə vermək nafilə bir ibadətdir, amma fərz olan zəkata bənzədiyi üçün adaq ola bilər.
Canlı toyuq, xoruz adamaq caiz olduğu kimi, kəsib ətini kasıblara yedirmək də nəzir edilə bilər. Hətta bir yumurta belə nəzir etməyin zərəri yoxdur. Adaq kasıblara verilir.