Facebook Twitter WhatsApp

Adaq ətindən kimlər yeyə bilməz

Sual: Adaq ətindən kimlər yeyə bilməz?
CAVAB
Kasıb və ya varlı adaq adayarsa, adaq heyvanın ətindən yeyə bilməz və zəkat verilməsi caiz olmayana, anasına, atasına, babasına, övladına, nəvəsinə, ərinə və ya arvadına kasıb olsalar belə yedirə bilməz. Yeyərsə və ya bunlara yedirərsə, yeyilən ətin qiymətini kasıblara sədəqə verər. Yenidən heyvan kəsməyi lazım gəlməz. Qohumlarından və evində olanlardan zəkatını verməsi caiz olan böyük-kiçik hamı yeyə bilər. Qardaş, bacı, qaynana, qayınata, gəlin, ögey ana, ögey ata, ögey övlad, süd anası, süd atası, süd övladı, süd qardaşı və süd bacısı da yeyə bilər. Bunlardan varlı olanlar yeyə bilməz. Yeyərlərsə adaq adayan bunların yediklərinin qiyməti qədər kasıblara sədəqə verər.   (Hindiyyə)    
Sual:
Kasıb qadın aldığı adaq ətini varlı ərinə yedizdirə bilərmi?

CAVAB
Bəli, yedizdirə bilər. Çünki aldıqdan sonra öz malı olur. Başqa varlı olanlara da verə bilər.

Sual: Adak hayvanını kesip, etini dağıtmak için vekil olan fakir, bu etten yiyebilir mi?
CEVAP
Yiyebilir.

Sual: Adaq heyvanını kəsib ətini paylamaq üçün vəkil olan kasıb bu ətdən yeyə bilərmi?
CAVAB
Yeyə bilər.
Sual:
“İşə girsəm qoyun kəsib dost-tanışla yeyərəm demək” adaq olarmı?

CAVAB
Adaq olar. Ətdən özü, xanımı, uşaqları, ata- anası və varlı olan dost-tanışı yeyə bilməz.
Sual: Bir dostuma adağımı kəsmək və ətini adlarını dediyi kasıblara vermək üçün vəkil etdim. O da başqa kasıblara verib. Bir sıxıntı olarmı?

CAVAB
Vəkil adağı hansı kasıba verərsə versin səhih olar. Zəkat belə deyil. Zəkatı, zəkatı verən varlının bildirdiyi kasıblara vermək lazımdır. Əgər başqa kasıblara verdikdən sonra varlıya bunu deyər o da qəbul edərsə, bir qövlə görə bu da caiz olar.

Adaq ətindən yemək

Sual: Adaq heyvanın ətini bir kasıba verdikdən sonra, kasıb bu ətdən varlılara və adaq sahibinə verə bilərmi?
CAVAB
Mal özünündür. İstədiyinə verə bilər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину