Facebook Twitter WhatsApp

Adağın şərtlərə uyğun olması

Sual: Yerinə yetirmək üçün adağın şərtlərə uygun olması lazımdır?
CAVAB
Bəli, adanan şeyin yerinə yetirilməsinin lazım olması üçün, adağın şərtlərə uyğun olması lazımdır. Misallarla izah edək:
1- Bir farzı-ayn və ya vacib  olması  lazımdır.  Məsələn; oruc, namaz, sədəqə kimi. “Bu işim alınsa, yüz metr qaçacam” şəklində bir adaq səhih olmaz.
2- Öz-özlüyündə bir ibadət olması lazımdır. Dəstəmaz almaq öz-özlüyündə bir ibadət olmadığı üçün adaq olmaz.
3- Özü günah olmamalıdır. Haram bir şeyi adamaq and içmək kimidir. Bunu etməsi günah olar. Məsələn; birini öldürməyi adayan onu öldürməz, and içmək kəffarəti verər. Hədis-i şərifdə buyuruldu ki:
“Günah işləmək üçün adaq olmaz. Kəfarəti də and içmək kəfarətidir.” [Nəsai]
Bayram günü oruc tutmaq haramdır.  Lakin orucun özü haram olmadığı üçün Qurban bayramı günü oruc adamaq caizdir. Başqa gün tutması lazımdır. [Beləcə, nafilə namazı camaatla qılmağı adayan kimsə, məkruh işləməmək üçün, bu namazı tək  başına qılar. “Təsbih namazını camaatla qılanları görrsəm, məkruh işlədikləri üçün döymək nəzirim olsun” deyə adarsa, dediyini etməz. And içmək kəfarəti verər.]
4- Yerinə yetirməsi özünə fərz olan bir şeyi adamaq səhih olmaz. Məsələn; bu ilki Ramazan orucunu tutacam demək adaq olmaz.
5- Adanan şeyin mal olması, mülkündən çox olmaması və başqasının malı olmaması lazımdır. Məsələn; bir kimsənin gözünü flan kimsəyə vermək üçün adaması səhih olmaz. Bir manatı olan, min manat sədəqə vermək üçün adaq adasa, bir manat verər. “Oğlum sağalarsa, onun maaşından bir heyvan kəsəcəm” deyə adamaq səhih olmaz. Öz malından adaması lazımdır. Hədis-i şəriftə buyuruldu ki:
“Allaha masiyət (günah) olan və ya malik olmadığı şeydə adaq olmaz.” [Müslim]
6- Adaq qurbanını bəlli üç gündə kəsilməsi lazımdır. Bu günlər gəlmədən  əvvəl kəsilərsə, qurban olmaz və adaq yerinə yetirilmiş olmaz. Adaq qurbanı bəlli üç gündə kəsilmədi isə, qızıl və ya gümüş olaraq dəyəri və ya diri olaraq özü kasıblara verilir. Bilinən üç gündən sonra kəsilib əti kasıblara dağıdılarsa, ətin dəyəri diri qurban dəyərindən az olmamalıdır. 

7- Adaq qurbanını kəsməyib, qiymətini ödəmək etmək caiz deyildir. Çünki adağı yerinə yetirmək vacib olduğu üçün bədəli verilə bilməz. Əgər, Qurban bayramında kəsiləməyibsə, bədəli verilər. Qurban deyilməmişsə, adaq heyvanı hər zaman kəsilə bilər. Geciksə də, yenə bədəli verilməz, kəsmək lazımdır.
8- Qurban demədən adanırsa, məsələn, bir qoyun kəsəcəm, deyilirsə, gün və yer desə  də, Qurban bayramı günləri daxil olmaqla, istədiyi zaman və istədiyi yerdə kəsə bilər.
9- Savabını ölüyə göndərmək üçün kəsiləcək qurban da hər qurban kimi yalnız Allah rızası üçün kəsilir. Kəsilən qurbanın savabı bütün ölülərə göndərilə bilər. Ölü üçün, varisi və ya başqaları hər zaman öz malından heyvan kəsib, savabını o ölüyə hədiyyə edə bilər. Bunların ətindən kəsən də yeyə bilər. çünki adaq deyildir.
10- Adaq qurbanını Qurban bayramında kəsə bilməyən qiymətini qızıl olaraq kasıblara verəndə, “Bu qurban adağımın əvəzi” deməyə ehtiyac yoxdur. “Hədiyyə” desə də caizdir. 

11- Qurban adayan (nəzir edən) bayramdan əvvəl kəssə, sonra da bayramda kəsməli olduğunu öyrənsə, bayramda da kəsəcəyi üçün, birinci kəsdiyi heyvanın ətindən özü yeyə bilər.