Facebook Twitter WhatsApp

Adaqla əlaqədar müxtəlif sual-cavablar

Sual: Qurban bayramında oruc tutmağı adaq etdim. Bayramda oruc tutulmadığına görə başqa gün oruc tutmalıyam?

CAVAB

Bəli, başqa gün tutulmalıdır.

Sual: Hər hansı bir şəxs Allahu təalanın rizası üçün oruc tutum dedikdə, neçə gün tutacağını söyləməsə, oruc tutmalıdırmı?

CAVAB

Bəli, bu oruc adaq sayılır və üç gün oruç tutmalıdır.

Sual: İki ay əvvəl bir oğlumuz dünyaya gəldi. Bu uşaq üçün yaşlı nənəsi deyirdi ki, uşaq sağ-salamat doğulsa, üç gün oruc tutacam, indi də xəstə olduğu üçün oruc tuta bilmir, nə etməlidir?

CAVAB

Sağalana qədər gözləyər. Əgər sağalmaq imkanı heç yoxdursa, and içmə kəffarəsi verməlidir.


Sual: İki nəfərin bir qoyun nəzir etməsi caizdirmi?

CAVAB

İki nəfərin bir qoyun nəzir etməsi caiz deyil. İki nəfər bir qoyunu qurban da kəsə bilməz. Bir nəfər bir toyuq və ya bir yumurta belə nəzir edə bilər. Amma qurban kəsəcəksə, qurbanlıq bir heyvan kəsməlidir.

Sual: Ürəyimdə “Anam xəstəlikdən sağalsa, Allah rizası üçün bir qoyun kəsərəm” dedim. Belə demək adaq sayılırmı?

CAVAB

Ürəkdə deməklə adaq sayılmır. Bunu dillə söyləmək lazımdır.


Sual: Zəngin insanın kəsmək niyyətində olduğu heyvanı həyatının nemətinə şükür olaraq kəsməsi vacibdirmi?

CAVAB

Bəli, vacibdir.

Sual: Adağımızı kəsməyib pulunu bacımın oğluna verə bilərikmi?

CAVAB

Adağı kəsmək şərtdir. Bacıoğlunuz zəngin deyilsə, ətini ona verə bilərsiniz. Adağın yerinə yetirilməsi vacib olduğu üçün onun qiyməti də verilmir. Əgər Qurban bayramında kəsilməmişdirsə, dəyəri sədəqə kimi verilər. Qurban deyilməmişsə, adaq heyvanı hər vaxt kəsilə bilər. Geciksə belə, yenə də dəyəri verilmir, kəsmək lazımdır.

 

Sual: Bu işim alınsa, 3 Yasini şərif  oxuyub savabını imam Rəbbani həzrətlərinə bağışlamaq üzrə nəzir edirəm, dedikdə Yasini-şəriflərin üçünü də ard-arda, heç ara vermədən oxuyacağıq, yoxsa ayrı-ayrı vaxtlarda da oxusaq olarmı?

CAVAB

Bir-birinin ardınca oxunmaq yaxşıdır. Ayrı-ayrı vaxtlarda da oxumaq caizdir.

Sual: Bu işim alınsa, filankəsə bunu verəcəm dedikdə, yəni ad söyləyərək adaq adandıqda həmin adama deyil, başqasına vermək caizdirmi?

CAVAB

Həmin adam yoxsul olmalıdır. Yoxsulu dəyişdirmək olarsa da, pulun miqdarını və veriləcək şeyi dəyişdirmək olmaz.

Sual: Əgər yenə siqaret çəksəm bir kasıba qızıl verməyi nəzir, yəni adaq etdim, dedim. Siqaret çəksəm, kasıba qızıl verməliyəmmi?

CAVAB

Adaq istənilən şey üçün edilir. Məsələn, “Filankəslə evlənsəm, kasıba bir qızıl verməyi nəzir edirəm” deyilərsə, evlənərkən adaq yerinə yetirilməlidir. Siqaret çəkməmək üçün and verilə bilər. Məsələn, “Əgər yenə siqaret çəksəm kasıba bir qızıl verərəm” deyə and içsəniz, siqaret çəkdiyiniz zaman kasıba qızıl verməlisiniz.


Sual: On nəfərlə nafilə namaz qılmağı adadıq. Bu namazı ayrı-ayrı qılmalıyıq?

CAVAB

Bəli.


Sual: Bir nəzrim var, lakin bu nəzrim hələ həyata keçməyib. Nəzrimi indidən versəm, nəzrim həyata keçdikdən sonra yenidən verməliyəmmi?

CAVAB

Nəzir həyata keçmədən onu yerinə yetirmək olmaz. Yerinə yetirilsə belə, təzədən yenilənməlidir.

 

Sual: “Sağalsam bunu zənginə verəcəm” demək, adaq sayılırmı?

CAVAB

Sayılmır.


Sual: Qurban bayramında yoxsulun kəsdiyi heyvn adaqdırmı?

Tam Elmihal  Səadəti Əbədiyyədə buyurulur ki:

“Hindiyyə” də deyilir ki, “Bayramdan əvvəl Allah rizası üçün bir qoyun və ya bu qoyunu qurban kəsim deyən zəngin və ya yoxsul şəxsin, Qurban bayramında qoyun kəsməsi vacibdir və nəzir sayılır. Bayramdan əvvəl nəzir edərkən yoxsul olub, ancaq bayram günlərində zəngin olarsa, həmçinin bayram qurbanı da kəsməsi vacibdir. Zəngin insan bayramda bunu deyərkən bayram qurbanını kəsməyi niyyət edərsə, bir qoyun kəsər, bayramdan əvvəl desə, mütləq iki qoyun kəsər. Yoxsul insan isə, mütləq bir qoyun kəsər. Nəzir qurbanını satmaq olmaz. Səfəri olanın və nəziri olmayıb qurban niyyəti ilə alınmayan yoxsulun bayramda kəsdikləri qoyun nafilə qurban sayılır. Zəngin və ya yoxsul mövcud qoyunlarını, ya da qurbanlıq niyyəti ilə almadıqları qoyunları qurban kəsmək niyyətində olsalar, qurban kəsmələri vacib deyil, kəsərlərsə, nafilə olar. Varlı adam aldığı heyvanı bayram qurbanı kəsməyi niyyət etməyib, həyatının bərəkətinə şükr olaraq kəsməyi niyyət etdiyi qurbanı kəsməsi vacibdir.”

Sual: “ Məkkədə oruc tutacağam” deyib nəzir edən, Məkkədə oruc tutmalıdır?

CAVAB

Xeyir. Bu şərtə uymaq əsas deyil. İstədiyi yerdə tuta bilər.

Sual: İşim alınsa, bir toyuq kəsib kasıba verəcəyəm” demək adaq sayılırmı?

CAVAB

Bəli.
Sual: Bir qoyun adamışdıq. Onun əvəzinə inək kəssək, adağımız yerinə yetirilmiş sayılarmı?


CAVAB

Bəli.

Sual: İki qoyun adayan şəxs onun əvəzinə iri bir qoç qurban kəsə bilərmi?

CAVAB
İki orta boy qoyun qurban kəsməyi adayan şəxs, ikisinin qiymətində böyük bir qoçu qurban kəsə bilməz. İki qurban kəsməlidir. Qoyun əvəzinə eyni sayda keçi, dəvə əvəzinə isə eyni sayda iribuynuzlu heyvan qurban kəsilə bilər. Köklüyü, dəyəri eyni olması şərt deyil. Lakin iki orta boy qoyunu sədəqə verməyi adayan şəxs, ikisininin qiymətində bir qoç sədəqə verə bilər.

 

Sual: “İnşallah onun əvəzinə həcc ziyarətinə gedərəm” demək adaq sayılırmı?

CAVAB

Bu adaq sayılmır, arzudur.


Sual: “Yemək varmı, sabah oruc tutacağam ” demək adaq sayılırmı?

CAVAB

Xəbər vermək olur, adaq sayılmır.

Sual: “Xəstəm sağalarsa, bu qədər şaftalı verəcəyəm” deyə adaq adansa, xəstə sağaldıqda şaftalı vermək vacibdirmi?

CAVAB

Bəli.

Sual: Adaq heyvanın hamısını kasıb qonaqlara yedirtmək caizdirmi?

CAVAB

Bəli.

Sual: “Bu işim alınsa, başımı kəsərəm” demək adaq sayılarmı?

CAVAB

Sayılmaz.

Sual: Mövlud oxumağı adamışdım. Quran oxusam caizdirmi?

CAVAB

Qurani kərim oxumağa üstünlük verilməlidir.

Sual: Pul olmayan vaxtlar qoyun kəsəcəm deyə nəzir etdim. Mənə bir qoyun hədiyyə etdilər. Onu kəsmək lazımdırmı?

CAVAB

Nəzir səhih deyil. Səhih olmayan nəzri bilərəkdən etmək günahdır. Nəzir deməmişdən əvvəl onun şərtlərini öyrənmək lazımdır.


Sual: Başıma gələcək bəlalardan qurtulmaq niyyəti ilə “qoyun kəsib müsəlmanlara yedirəcəm” demək adaq sayılarmı?

CAVAB

Əgər Allah rizası üçün niyyət etsə, adaq sayılar.

 

Sual: Evimin qabağında məscid tikilsə, evdəki xalçamı məscidə sərəcəyimi nəzir etmişəm. Məscid tikildi. Bu xalçanı yoxsula verə bilərəmmi?

CAVAB

Məcsidin ehtiyacı yoxdursa, yoxsula verilə bilər.

Sual: Nəzrimi zəkat kimi verə bilərəmmi?

CAVAB

Qadıxanda deyilir ki: Bir şəxs nəzir edib sonra bu malı zəkat olaraq vermək istəsə, bu zəkat qəbul olumaz, həmin malı nəzir kimi verməlidir.


Sual: “Xəstəm sağalarsa, bir qoyun kəsməyi və ya yüz min manatı sədəqə kimi verməyi nəzir edirəm” deyərkən, ikisindən birini etmək kifayətdirmi?

CAVAB

Və ya deyiləndə biri kifayətdir.


Sual: “Hər dəfə sübh namazını gecikdirsəm, üç gün oruc tutmağı nəzir edirəm” dedim. Nəzrimi yerinə yetirməliyəmmi?

CAVAB

Mümküm olmayan bir işi nəzir etmək and içmək sayılır. And içmə kəffarəsi verilməli və namazı da qəza etməlidir.

Sual: Pulu olarkən heyvan kəsməyi adayan şəxsin sonradan pulu olmasa, buna görə borc almalıdırmı?

CAVAB

Xeyir, pulu olanda kəsər.

Sual: Üç il əvvəl adadığım qoyunu indi kəsməyim caizdirmi?

CAVAB

Bəli.

Sual: Nəziri bir neçə il gecikdirmək günahdır?

CAVAB

Günah deyil, lakin savabı azalar.

 

Sual: Adaq kəsərkən, yanlışlıqla vacib qurban deyilsə, caizdirmi?

CAVAB

Bəli.

Sual “Quranı bir həftəyə xətm edəcəm” deyib nəzir edəndə, bir həftəyə bitirmək lazımdır?

CAVAB

Xeyir, daha az və ya daha çox vaxtda da tamamlana bilər.

Sual: Bu günahı işləsəm, qoç kəsəcəyəm” demək nəzir sayılırmı?

CAVAB

Xeyir, arzulanan şey üçün nəzir edilir.

Sual: “Sübh namazına dura bilmədiyim hər dəfə üçün bir gün oruc tutacam” deyib nəzir etmək caizdirmi?

CAVAB

Xeyir.

Sual “Şükür, sağaldım. Bir qurban kəsim” dedim. Bu adaqdırmı?

CAVAB

Bəli.

Sual: Yuxumda “Qurban kəsin” dedilər. Oyananda yoldaşıma danışdım. “Yaxşı, kəsərik” dedi. Belə deməsi adaq sayılırmı?

CAVAB

Xeyir.

Sual “Oğlum sağalarsa, min manat sədəqə verəcəyəm” deyib nəzir etdim. Pul əvəzinə eyni qiymətə əşya vermək caizdirmi?

CAVAB

Bəli.

Sual: Sabah zəngin olacam. İndi mülkümdən artıq nəzir etsəm səhih olarmı?

CAVAB

Səhih deyil.


Sual: Üç baş qoç adadım. Bunun əvəzinə bir inək kəsməyim caizdirmi?

CAVAB

Xeyir.


Sual: Bir qoyun adamışdım. Soruşanlara eyni heyvanı nəzərimdə tutub kəsəcəyəm dedim. Hansı etibarlıdır?

CAVAB

Alarkən nə niyyət edilmişsə, o da etibarlıdır.

Sual: Qurbanlıq vəsfi olmayan quzu, sədəqə olaraq adanarmı?

CAVAB

Bəli, haram olmayan hər bir mal sədəqə adlanır.


Sual: Bir şəxs beş günahın adını sadalayıb “Mən bu günahları etsəm, bu pulu sədəqə kimi verərəm” deyib nəzir etsə, həmin günahlardan birini ya da hər ikisini də etsə, nəziri, yəni adağı yerinə yetirməlidirmi?

CAVAB

Bu nəzir sayılmır. Arzu edilən şey üçün nəzir edilər.


Sual: Anamın adaq qurban borcu var. Artıq vaxtı da keçib. Dəyərini necə hesablaya bilərik? Oğluna və ya kürəkəninə verə bilərmi?

CAVAB

Bu gün bazara gedib orta hesabla bir qurban neçəyə alınırsa, o dəyərdə də qızıl verilər. Kasıbdırsa, kürəkəninə verə bilər, oğluna verə bilməz.

Sual: Adaq qurbanının içalatı daxil olmaqla, hər yeri paylanır, düzdürmü?

CAVAB

Bəli, paylanır.

Sual: Bir insan adaq adayır və “ Əgər nəvəm məktəbi bitirsə, Allah rizası üçün bir qurbanlıq qoyun kəsərəm” deyir, nəvəsi də məktəbi bitirir. Qurban adanan adamın, yəni nəvənin, qurban kəsilərkən adaq qurbanının başında olmasına ehtiyac varmı?

CAVAB

Xeyir, nə qurban adayanın, nə də nəvənin qurbanın başında olması lazım deyil.

Sual: Adaq qurbanın qanını adanan şəxsin alnına vururlar, bu düzgündürmü?

CAVAB

Səhvdir, düzgün deyil.

Sual: Mənim adaq borcum var. Üstəlik qurban da mənə vacib olarsa, bu halda üstünlüyü vacib qurbana verməliyəmmi?

CAVAB

Adaq hər vaxt kəsilər, Qurban bayramını gözləmək lazım deyil. Əlinizdə pul olanda kəsə bilərsiniz. Qurban sizə vacibdirsə, bayramda qurbanınızı kəsməlisiniz.


Sual: Mənim adaq borcum var. “Keçən il bir işim alınsaydı, bir neçə qurban kəsib müəyyən yerlərə göndərəcəkdim”. Allahu təala həmin işimin alınmasını nəsib etdi. Yalnız neçə qurban və hara olduğunu heç xatırlaya bilmirəm. Nə etməliyəm?

CAVAB

Qurban deyiləndə qurban bayramında kəsilməlidir. Əgər üstündən bir Qurban bayramı keçmişdirsə, artıq kəsməməlisiniz, dəyərini, yəni qiymətini qızıl olaraq bir yoxsula verməlisininz.
Hara olması əsas deyil. Yəni deyilən yerə vermək vacib deyil. Lakin qurbanın sayı vacibdir. Fikrinizə nə gəlirsə, ona görə hərəkət etməlisiniz, bir dediniz, yoxsa iki dediniz, yadınızda qalan nədirsə, ona görə hərəkət etməlisiniz.

Sual: Yoldaşım, arzum yerinə yetdiyi vaxt Silsiləyi-aliyyə böyüklərinin ruhuna hədiyyə etmək üçün 3 qurban kəsməyi söz verdi. Bu adaqdır, yoxsa arzudur?

CAVAB

Bu adaqdır. Yerinə yetdiyi vaxt Qurban bayramında kəsməyiniz və ya kəsdirməyiniz lazımdır. Adaq yoxsulun haqqıdır. Yoldaşınız da, siz də yeyə bilməzsiniz. Ancaq bir yoxsula verdiyiniz zaman o yoxsul, zəngin və ya yoxsul kimə istəsə yedizdirə bilər, bu zaman siz də yeyə bilərsiniz.

Sual: Məktəbi bitirsəm bir heyvan kəsəcəyəm dedim. Bu heyvan adaq sayılırmı?

CAVAB

Bəli, adaq sayılır. Siz və ailəniz onun ətindən yeyə bilməzsiniz. Zənginlər də yeyə bilməz. Bacı-qardaşınız isə yeyə bilər.


Sual: Şəkili bir dostumuz var. İllər əvvəl onun bir çətinliyi var idi. Bu çətinlik getsə, bir öküz kəsib Şəkidə yemək verəcəyəm deyə adaq adamışdı. Hal-hazırda isə Bakıda işləyir. İstəyəndə öküzü Bakıda kəsir və yeməyi də Bakıda verir. İndi isə ağlı başına gəlib deyir ki, bunu Şəkidə kəsmək lazım idi.  Dostumuzun bu adağı yerinə yetirilmiş sayılırmı?

CAVAB

Şəkidə kəsmək lazım deyil, istədiyi yerdə kəsə bilər. Adağı yerinə yetirmişdir.

Sual: Qaynımın hər tikintiyə başlamazdan əvvəl kəsməyi adət halına gətirdiyi heyvanın ətini zənginlərin yeməsi caizdirmi?

CAVAB

Zənginlər, xanımı və uşaqları yeyə bilməz. Adi işçilərin yeməsi üçün kəsilmişsə, yəni qəssabdan ət almış kimi daha ucuz olar deyə, daha münasib olduğu üçün almışsa, adaq sayılmır, hər kəs yeyə bilər.

Sual: Oğlum əskərlikdən gələndə qurban kəsməyi adadım. Əskərlikdən gələndə kəsməliyəm, yoxsa Qurban bayramında kəsməliyəm?

CAVAB

Qurban bayramında kəsmək lazımdır.


Sual Dostum ev alıb, cənabı Haqqa şükür üçün, qurban kəsmək yaxşıdır, yoxsa bir neçə yoxsula bunun dəyərində sədəqə olaraq versək daha yaxşıdır. Hansı daha yaxşıdır, deyə soruşur.

CAVAB

Vacibin savabı nafilə savabından daha çox artıqdır, müqayisə belə olunmaz. Alınan avtomobilə, evə şükür üçün heyvan kəsməyə niyyət edəndə adaq olur.
“Qurban” sözü işlədilirsə, Qurban bayramında kəsilməlidir, daha əvvəl kəsilsə, adaq əvəzinə keçməz. “Qurban” sözü işlədilməsə, istənilən vaxt kəsilə bilər. Adaqla adaq qurbanı fərqlidir. 
Dəyərini vermək daha asan ola bilər. Bunun üçün üç-beş yoxsula bu qədər pul verəcəyəm deyib adayar və verər.

Sual: Yazdıqlarınız sayəsində yeni öyrəndik ki, zənginlər adaq qurbanının ətindən yeyə bilməz. İllər əvvəl yeznəm maşınla sağ-salamat Türkiyəyə çatanda bir qoç kəsəcəyəm deyərək adaq adayır və bunu yerinə yetirir, özü də adaq ətindən alıb yeyir, lakin biz bunu bilmədiyimiz üçün dinən zəngin olduğumuz halda, yedik. İndi bunu necə düzəldək? Vəfat edən anamız olduğu halda, biz bunu yedik. İndi bunu necə düzəldəcəyik? Vəfat edən anam üçün də bunu düzəldə bilərikmi?
CAVAB

Yeyilən ətin qiymətinə uyğun pulu bir yoxsula sədəqə olaraq verilər.

Sual: Anam nəvəm olsa, Allah rizası üçün 2 qurban kəsərəm dedi və bir nəvəsi oldu. Lakin bir qurban bayramı keçdi, 1-ni Qurban bayramından sonra kəsdi, o biri qurbanını isə kəsə bilmədi. Bu qurbanda qurban kəsməsi lazımdırmı və necə etməlidir? Kimlər kəsilən qurban ətindən yeyə bilməz?

CAVAB

Qurban bayramında kəsmək lazım idi. Digəri isə vaxtında kəsilməyib. Yəni iki borcu var. Bu bayramda ikisini də kəsərsə, borcu yerinə yetməz. İki qurbanın pulunu qızıl olaraq yoxsul bir adama bu niyyətlə versəniz borcdan azad olarsınız.
Adaq ətinndən kəsən özü, ata-anası, uşaqları və nəvələri, bir də zəngin insanlar yeyə bilməz. Zəngin dedikdə borclarını çıxdıqdan sonra, 96 qram qızılı və ya bu dəyərdə pulu olan şəxs nəzərdə tutulur.

Sual: Bizim adaq qurbanımız vardı, amma vaxtı keçdi. Yəni ilk qurban bayramı keçdi. Dəyərini qızıl olaraq vermək vacibdirmi?

CAVAB

Vacibdir.

 

Sual: Adaq adamaq kimi bir şey varmı?
CAVAB

Əlbəttə ki, var. Məsələn, qardaşım namaz qılmağa başlasa, yeddi Yasin oxuyub savabını Übeydullahi Əhrar həzrətlərinə bağışlayacağam demək, adaq adamaqdır.
Yaxud da filankəslə evlənsəm, Allah rizası üçün qurban kəsərəm demək, adaq adamaqdır.

Sual: Külli miqdarda borcu olan bir tanışım var. Yavaş-yavaş borcunu ödəyir. İşləri də pis deyil, kənardan bir az nəzarət edirlər. Allah rizası üçün qan axıdıb ətləri işçilərinə vermək istəyir. Həm də Allahın izni ilə nəzərdən, qəzadan, bəladan qorunarıq deyir. Sualım budur ki, borcu olan şəxsin sədəqə verməsi düzgündürmü? Belə sədəqələrlə borc verənin haqqına girilirmi? Sədəqə verməyin bir dərəcəsi vardırmı?

CAVAB

Dərhal verilməli olan borcla, hissə-hissə borcların verilmə qaydası fərqlidir. Hissə-hissə borcları olan hər sədəqəni verər, adaq kəsər. Amma adaq heyvanını yalnız yoxsul işçilər yeyə bilər, aralarında nisaba malik olan işçi varsa, yeyə bilməz. Yeyərsə,  pulunu kasıba verməlidir. Təcili verilməli kredit borcu olanlar belə, az miqdarda sədəqə verə bilərlər.

Sual: Amerikada yaşayıram. Adaq qurbanım var. Vəkalət yolu ilə Türkiyədə kəsdirə bilərəmmi? Yoxsa, şəxsən özüm kəsməliyəm?

CAVAB

Bəli, vəkalət yolu ilə olar. Şəxsən sizin kəsməyiniz lazım deyil. Vəkiliniz kəsib yoxsullara paylaya bilər.

Sual: Allahu təalanın rizası üçün qurban kəsəcəm. Adaq deyil. Ev almışıq, maşın almışıq buna görə qurban kəsəcəyik. Ailə üzvlərimiz qurban ətindən yeyə bilərmi?

CAVAB

Aldığımız evə və ya maşına görə Allah rizası üçün heyvan dedikdə adaq olur. Başıma gələn bəlalardan qorunmaq niyyətilə Allah rizası üçün qoyun kəsərəm demək də adaq sayılır. Qurban dedikdə həm adaq deyilir, həm də qurban bayramında bu adağı kəsmək lazımdır. Ətini kəsənlər və zənginlər yeyə bilməz. Əti yoxsullara verilir.

Sual: Təzə maşın alanda maşının təkərlərinin yanında və ya bünövrə qoyularkən bünövrənin içində qurban kəsmək düzgündürmü?

CAVAB

Səfərdə olan və ya sevib, hörmət etdiyi bir insan gələndə, o insan üçün hörmət olaraq heyvan, ya da şükür heyvanı kəsmək caiz deyil. Səfərdə olan adam gəlməmiş və ya gələndə adaq edilir və adaq olaraq, yəni Allahu təala üçün kəsilir və əti yoxsullara yedizdirilərsə, caizdir.
Allahu təalanın rizası üçün deyil, yalnız həcdən gələnlər və ya gələn rəisi qarşılamaq üçün kəsilən heyvan leş olur. Kəsmək və yemək haramdır. Gələnlərə ziyafət üçün heyvan kəsməyin heç bir zərəri yoxdur.
Maşın alanda, bünövrə qoyulanda və ya xəstə sağalanda Allah rizası üçün heyvan kəsməyi adayıb ətini yoxsullara sədəqə vermək caizdir.
Bir şəxs kəsdiyi heyvanı Allah rizası üçün kəsirsə, istər maşının təkərinin yanında, istərsə də maşının üstündə kəssin heç bir zərəri yoxdur. Adaq kəsilən heyvan yalnız Allah rizası üçün kəsilməlidir. İnsanlara və bütlara görə kəsilənlər yeyilməz.
İstər yoxsul olsun, istərsə də zəngin adaq adayan şəxs adaq adanıb kəsilən heyvanın ətini yeyə bilməz və zəkat verməyi caiz olmayanlara yedirə bilməz.
Yoxsul olsalar da valideynlərinə, övladlarına, ər-arvad bir-birinə yedirə bilməz. Yeyərsə və ya onlara yedirərsə, yeyilən ətin qiymətində yoxsullara sədəqə verər.


Sual: Qurban kəsəcəksənmi soruşsaq, yoxsul da kəsəcəyəm desə adaq sayılarmı?
CAVAB

Adaq sayılmaz.

Adaq qurbana daxildir

Sual: Bir nəfər adaq, biri əqiq, biri vacib bayram qurbanı, biri nafilə, biri ölü üçün, biri də Peyğəmbər əfəndimiz üçün olmaq üzrə qurban kəsmək istənilsə, bir inək kəsmək olarmı?
CAVAB

Bəli, kəsmək olar. Yeddi nəfərə qədər şərik olmaq caizdir.

Sual: Adaq ətini süd anası, süd atası və süd bacı-qardaşı yeyə bilərmi?

CAVAB

Yoxsul, ya da zəngin adaq adasa, adaq heyvanının ətindən yeyə bilməz, zəkat verməsi caiz olmayan anasına, atasına, babasına, övladına, nəvəsinə, xanımına və ya ərinə yoxsul olsalar da yedirdə bilməz. Yeyərsə və ya onlara yedirərsə, yeyilən ətin qiymətində yoxsullara sədəqə verər. Yenidən heyvan kəsmək lazım deyil.
Qohumlarından və evdə olanlardan, zəkat verməsi caiz olan böyük-kiçik hər kəs yeyə bilər. Bacı-qardaş, qaynana, qaynata, gəlin, ögey ana, ögey ata, ögey övlad, süd anası, süd atası və süd bacı-qardaşı da yeyə bilər. Onların arasında zəngin olanlar yeyə bilməz. Yeyərlərsə, adaq sahibi onların yediklərinin qiymətini yoxsullara verər. (Hindiyyə)

Sual:
Adaq orucu ard-arda tutulmalıdırmı?

CAVAB

Necə niyyət edilmişdirsə, elə tutular. Neçə gün oruc tutacağını desə, yəni bir-birinin ardınca tutacağam deməyibsə, öz seçimidir, istədiyi kimi tutar.

 

Sual: İllərdir yerinə yetirə bilmədiyimiz bir qurban adağımız var. Həyat yoldaşım kəsilməyən bu qurbanın pulunu kasıb bacısına verə bilərmi?

CAVAB

Bir şəxs, “Bir heyvan kəsərəm” deyib adaq adasa, istədiyi vaxt, istədiyi yerdə kəsə bilər. Dəyərini vermək caiz deyil.
Niyyət edərkən heyvan yox, qurban deyən şəxs, Qurban bayramında kəsməlidir. Bütün qurbanlıqlar Qurban bayramında kəsilər. İlk Qurban bayramında kəsilməyən qurbanlar başqa vaxt və ya ondan sonrakı Qurban bayramında kəsilmir. Yəni vaxtında kəsilməyən qurbanların qəzası qurban olaraq deyil, dəyəri qızıl olaraq bir yoxsula verilər.
Həyat yoldaşınız da Qurban bayramını ötürdüyü üçün dəyərini istənilən bir yoxsula verməlidir. Yoxsul bir qohuma vermək daha yaxşıdır. Zəkatı da yaxın qohuma vermək yaxşı olar.
Qızıl olaraq vermək çətindirsə, bunun da asan tərəfi var. Adaq yoldaşınızındırsa, bacısına telefonla zəng edərək və ya məktub yazaraq, yaxud da yanınızdadırsa sözlə vəkalət ala bilərsiniz. Məsələn, “Sənə verilən qurban dəyərini almaq və istifadə etmək üzrə məni vəkil et!” deyə bilərsiniz. O da “Vəkil etdim” desə, yoldaşınız bir qurban dəyərini qızıl olaraq sizə verər. Siz də qızılın miqdarı qədər yoldaşınızın bacısına verə və ya göndərə bilərsiniz. Qızıl sizin olar.

Adağın dəyərini vermək

Sual: Xoruz adayan şəxsin xoruz kəsməsi vacibdirmi?

CAVAB

Xeyir, kəsməsi vacib deyil. Xoruz diri olaraq bir kasıba verə bilər, çünki xoruzdan qurban olmur. Qoyun kəsmək adansaydı dəyəri verilməz, istənilən bir zamanda kəsmək lazım olardı.
Əgər qoyun qurban olaraq adanarsa, arzusu yerinə yetirildikdə ilk Qurban bayramının ilk üç günündə kəsilməlidir. Kəsilməsə, dəyəri qızıl olaraq bir yoxsula verilər.

Qoyun əvəzinə keçi

Sual: Qoyun adayan şəxs onun əvəzinə keçi kəsə bilərmi?

CAVAB

Bəli.

 

Sual: Bir şəxs, “Bu iş belə olmasa, bunu edəcəm” deyə nəzir etsə və bu işi alınmasa nəzir şeyi etməlidirmi?

CAVAB

O iş alınmadan, nəzirini yerinə yetirməməlidir.


Allah rizası üçün

Sual: Adaq adayarkən “Allah rizası üçün” demədən yalnız namaz qılmağı, oruc tutmağı və ya qurban kəsməyi adayanın adağı səhihdirmi?

CAVAB

Bəli, səhihdir. Onsuz da bunlar Allah rizası üçün edilir. Allah rizası üçün deyilməsə də, adaq  səhihdir.

 

Qoç adamaq

Sual: Qoç adayan şəxs mütləq qoç kəsməlidir? Başqa heyvan kəsə bilməzmi?
CAVAB

Qoç kəsmək vacib deyil. Qoyun, keçi, inək də kəsə bilər, amma inək adayan bir qoç kəsə bilməz. Yeddi qoç kəsməlidir.

Adağı gecikdirmək

Sual: Zəngin, “Xəstəm sağalarsa, bir qoç kəsərəm” deyib adaq adasa, xəstəsi sağaldıqdan sonra yoxsullaşıb adağını kəsə bilməsə, maddi vəziyyəti düzələnə qədər adağı gecikdirməsi caizdirmi?

CAVAB

Bəli, caizdir.

Xoruzdan qurban olmaz.

Sual: Xoruzdan qurban olmadığını bilməyib, “Xoruz qurban edərəm” deyib nəzir edən şəxs xoruz kəsməlidirmi?

CAVAB

Xoruzdan qurban olmasa da əti sədəqə olaraq və ya diri olaraq yoxsullara verilər. Adağın yerinə yetirilməsi lazımdır.

Oruc adamaq

Sual “Xəstəm sağalarsa, Allah rizası üçün oruc tutaram” deyən şəxsin xəstəsi sağaldıqda neçə gün oruc tutmalıdır?

CAVAB

Üç gün oruc tutmalıdır. Bir şəxs “Allah rizası üçün oruc tutum” dedikdə neçə gün tutacağını deməsə, bu oruc adaq sayılır və üç gün oruc tutar.

Sədəqə adayan

Sual: Adadığımız pulu ağıllı və büluğ olmayan bir uşağa vermək olarmı?

CAVAB

Bəli, uşaq da, atası da yoxsuldursa, səhihdir.

Pul əvəzinə dəyəri

Sual: Bu qədər pul verəcəm deyib nəzir etdim. Pulun əvəzinə qızıl və ya eyni dəyərdə istənilən bir əşya vermək caizdirmi?

CAVAB

Bəli, caizdir.

İki nəfərə bir adaq

Sual: İki nəfərin bir qoyunu qurban kəsməsi caiz olmadığı kimi, iki nəfərin də bir qoyun adaması səhih deyilmi?

CAVAB

Bəli, səhih deyil.

Sədəqə adamaq

Sual: Bir şəxs, 100 manat sədəqə adasa, onu zəkatını verməli olan maldan verməlidirmi?
CAVAB

Bəli, zəkat malından verməlidir. Ticarət malı yoxdursa, qızıl verər. Başqa maldan verə bilməz. (İxtiyar – İslam Əxlaqı )

Qan adamaq

Sual: “Bu işin alınsa, bu qədər qan verəcəm” deyib adaq adadıqda, işimiz alınan kimi adağımızı yerinə yetirməliyikmi?

CAVAB

Bu cür adaq səhih deyil, günah olduğu üçün, adanan qanı vermək lazım deyil. Adanan bir şey fərz və ya vacib olan ibadətə oxşamalı, yaxud ayrıca bir ibadət olmalıdır. Qan daxil olmaqla, insanın heç bir orqanları mal olmadığı üçün nəzir edilməz. Məsələn, “Bu işim alınsa, böyrəyimin birini böyrək xəstəsinə bağışlayacam” demək səhih deyil. Mal olmayan bir şey bağışlanmır və ibadət olmadığı üçün adaq sayılmır. Lakin ondan qan alınmasına və ya başqa bir xəstəyə orqanının verilməsinə icazə verməyin heç bir zərəri yoxdur. İcazə verməklə bağışlamağı bir-birinə qarışdırılmamalıdır.

 

Səhih olmayan adaq

Sual: Heyvan kəsmək imkanı olmadığı halda “Bu işim alınsa, Allah rizası üçün bir qoyun kəsməyi nəzir edirəm” deyən şəxsin işi düzələndə, adağı kəsməsi vacibdirmi?

CAVAB

Vacib deyil. Belə səhih olmayan nəziri qəsdən etmək günahdır.

İtirilmiş adaq

Sual: Bir qoçum oğurlandı. Mən də “Əgər oğurlanmış qoçum tapılsa, həmin qoçu kəsib yoxsullara yedirdəcəm” deyib adaq adadım. Tanışlar qoçu tapıb gətirdilər. Bu qoçu kəsməliyəmmi?

CAVAB

İnsan ancaq öz mülkü olan heyvanı adaya bilər. Oğurlanandan sonra sizin mülkünüzdən çıxır. Həmin qoçu adamaq səhih deyil. Səhih olmadığı üçün indi bu qoçu kəsməməlisiniz. Yanlış adaq adadığınız üçün tövbə isiğfar etməlisiniz.

Allaha sui-zənn

Sual: Televizorda bir din adamı, “İşin alınsa da, alınmasa da dərhal qoç kəsib Allahı borclandır! Allah borcdan azad olmaq üçün istəyini yerinə yetirər” deyir. Belə demək düzgündürmü?

CAVAB

Allahı borclandırmaq ifadəsi həm ədəb, həm də elmi cəhətdən yanlışdır. Bəndə Allahı bir iş görməyə necə məcbur edə bilər ki?
Adaq üçün söylənilən şərtlər həyata keçməmiş nəzir edilən qoç kəsilmir. Əgər kəsilsə, adaq həyata keçdikdə yenidən başqa bir qoç kəsilməlidir.

Dəstəmazsız namaz qılmaq

Sual: Dəstəmazsız namaz qılmaq hər bir halda küfrdürmü? “Dəstəmazsız iki təkat namaz qılacam” deyə adaq edən bu namazı dəstəmazsız qılmalıdır?

CAVAB

Dəstəmazsız namaz qılmağın vəziyyətdən asılı olaraq küfr olduğunu deyənlər olduğu kimi, küfr olmadığını söyləyən alimlər də vardır. [Bəriqa]
Yalnız namazı ələ salmaq üçün dəstəmazsız namaz qılınarsa, küfr olar, lakin başqa səbəblərlə qılınarsa küfr olmadığı bildirilmişdir. Bu mövzuda dini kitablarda deyilir ki:

Qəsdən, heç bir üzr olmadan dəstəmazsız namaz qılan kafir olar. (Hindiyyə)
Dəstəmaz almaq üçün su,  təyəmmüm üçün də torpaq tapa bilməyən şəxs, özünü namaz qılanlara bənzədər. Bu niyyətlə qəsdən dəstəmazsız namaz qılmaq küfr olmaz. [Dürr-ül muxtar]
Dəstəmazsız namaz qılmağı adamaq qəbul olunmazdır. [Hindiyyə]
Dəstəmazsız iki rükət namaz qılmağı adamaq imam Muhammədə görə keçərli deyil, imam Əbu Yusifə görə isə dəstəmaz alaraq həmin namazı qılmaq lazımdır. [Hələbi]

Bir rükət namaz qılmağı adayan iki rükət, üç rükət adayan isə dörd rükət qılmalıdır. [İbni Abidin]
Bu ifadələrdən belə qənaətə gəlinir ki, yanlış bir şey adayan şəxs həmin işə uyğun olanı etməlidir. Məsələn, camaatla namaz qılmağı adayan şəxs, bu namazı yalnız qılmalıdır. Çünki camaatla namaz qılmağı adamaq yanlışdır. Dəstəmazsız namaz qılmağı adayan şəxs də dəstəmaz alıb qılmalıdır.

Günorta iki rükət namazı ucadan qılmağı adayan şəxs də səssiz qılmalıdır. Orucunu içki ilə açmağı adayan şəxs də içki ilə orucunu aça bilməz.

 

Sual: Bu qədər pulu yoxsula verəcəm deyib adaq adayan şəxs, dediyi məbləği verməlidirmi?

CAVAB

İstənilən bir yoxsula vermək üçün sədəqə adayan şəxs, verdiyi pulun məbləğini desə, həmin miqdarı verər. Əgər məbləği deməsə and kəffarəsi, yəni 1750 qram buğda və ya bunun dəyərini on yoxsula verər.

 

Sual: Şərtə əsasən adanan adaq, nəzərdə tutulan şey olmamış yerinə yetirilərmi?

CAVAB

Şərtə tabe olmayan nəzri, adağı təyin olunmuş vaxtdan əvvəl etmək caizdir. Lakin şərtə tabe olan nəzri və adağı isə istənilən şərt yerinə yetirilmədən əvvəl etmək səhih deyil.

 

Sual: Şaban ayında bir ay oruc tutaram deyib adaq adayan bir şəxs, bütün ayı oruc tutmalıdırmı?

CAVAB: Adından məlumdur ki, adaq adayan şəxs, bu ay hər gün oruc tutar, pozduğu günləri isə qəza edər. Ayın adını söyləməsə, başqa aylarda bir ay, otuz gün tutar.

 

Sual: Xəstə olan adam, bir ay oruc tutmağı adayıb, sonra da vəfat etsə nə etməlidir?

CAVAB

Xəstə olan adam Allah rizası üçün bir ay oruc tutaram deyib, sağalmamış ölsə, bir şey lazım deyil. Yaxşılaşıb bir gün belə tuta bilməsə, hamısı üçün isqat  edilməsini vəsiyyət edər.

 

Sual: Qurban bayramında oruc tutaram deyib, adaq adadım. Bayramda oruc tutulmadığına görə başqa gün tutmalıyammı?

CAVAB

Bəli, başqa gün tutulmalıdır.


 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину