Bir qaramala yeddi nəfər şərik olub kəsə bilər. Bunlara adaq qurbanı da şərik etmək olar. Dürr-ül-muxtarda deyilir ki:
Böyük baş heyvana şərik olan yeddi nəfərdən biri xristian olsa və ya bir müsəlman sırf əti üçün şərik olsa, onlardan heç birinin qurbanı sayılmaz. Çünki qan axıtmaq parçalanmaz. (Hidayə)
Bunu şərh edən İbni Abidin həzrətləri deyir ki:
Qan axıtmaq parçalanmaz sözünün mənası [səbəbi, hikməti] budur: Bəzi qurbanlarda qürbət nəzərdə tutulmamışdır. Yəni Allah rizası üçün, savab qazanmaq üçün kəsilməmişdir.
Deməli, bir şəxs yalnız əti üçün qurban kəssə savab gözləmədiyi üçün o heyvan qurban sayılmaz. Amma əqiqdə, şükür qurbanında, adaqda qürbət vardır. Yəni Allah rizası üçün kəsilir. Qürbət olan adaq heyvanını xristian şəriki tərəfindən kəsdiyi və ya yalnız eti üçün kəsilən heyvana, yaxud da keçən il kəsilə bilməyən və onu sədəqə kimi verilməli olan heyvanla müqayisə etmək çox yanlışdır.
Keçən il kəsilməli olan qurban kəsilməmişdirsə, artıq bu il kəsilməz. Sahibi onu kəsib yeyə bilməz, dəyərini bir yoxsula verər. Bir nəfər qurban nəzir edib qurban bayramı gələndə kəsməsə, artıq onu kəsə bilməz, dəyərini kasıblara verməlidir. Bir insan “Mən öləndə mənim üçün qurban kəsin” desə sahibi qurbanın ətindən yeyə bilməz, kasıblara verməlidir. Həmçinin qurbanlıq heyvanın qarnından çıxan balanı yemək olmaz, kasıblara verilər. Bir qövlə görə də kasıbların kəsdiyi qurban adaq sayılacağı üçün sahibi bu ətdən yeyə bilməz. Başqa bir səhih qövlə görə isə ətindən yemək caizdir.
Bu mövzuda yenə İbni Abidin həzrətləri deyir ki:
“Əvvəlcə nəzir edib, bayram günləri keçdikdən sonra sədəqə kimi verilməsi vacib olan qurbanın əti ilə, ölən insanın vəsiyyətilə kəsilən qurbanın ətini sahibi yeyə bilməz. Biz bunu Bəzzaziyədən nəql edirik. Həmçinin, qurban almaqla yoxsullara vacib olan qurban ətidir ki, bu da əvvəlki iki qövldən birinə uyğundur. Bir də qurbanlıq heyvandan doğulan bala. Bunu da Haniyədən nəql etmişik. Hətta bəzi şəriklərin öz payları ilə keçən ilin qurbanını qəza etməyə niyyət etdikləri yeddi nəfər arasında şərik heyvanın əti. Bunu da haniyədən nəql etdik. Burada saydığımız bu qurbanların hamısının istifadə edilən yerləri kasıblara sədəqə kimi verilir. Bu yazını fürsət bil” (Rədd-ül Muxtar)
Göründüyü kimi İbni Abidində adaq heyvanı bayram qurbanı olaraq kəsilən yeddi nəfərlik qaramala şərik edilə bilməz deyə, bir ifadə yoxdur. Kimsənin “adaq qurbanının ətindən sahibi yeyə bilməz” ifadəsini yanlış şərh edib
“yeddi nəfər şərik olan qurbana adaq heyvanı daxil edilə bilməz” deməsi yanlışdır.
Belə ki, Əbu Bəkir Kəşani deyir ki:
“Şəriklər bayram qurbanı və ya digər qurbanlarla qürbəti [Allaha yaxınlığı, yəni savabını] arzu edərlərsə, onlara bu qurban səhihdir. Qurbanın vacib, nafilə və ya bəzilərinə vacib, bəzilərinə isə vacib olmamasının fərqi yoxdur. Eynilə, şəriklərin bəziləri vacib qurbanına, bəziləri cəza qurbanına, bəziləri kəffarə, bəziləri nafilə, bəziləri də Həcci təməttü və Həcci qıran qurbanına niyyətlə qürbətin cəhətlərinin eyni və ya fərqli olması fərq etməz.” (Bədayı-us-sənayi fi-tərtibiş-şərayı)
В корзине: 0 шт.
на сумму: 0