Facebook Twitter WhatsApp

Bayramdan əvvəl nəzir deyən

Sual: Bayramdan əvvəl, “Allah rızası üçün bir qoyun qurban edəcəyəm” deyən zəngin və ya kasıb şəxsin, qurban bayramında bir qoyun kəsməsi vacibdirmi? Qurban niyyəti olmadan qoyun alan kasıb, bunu qurbanda kəssə vacib savabı alacaqmı?

CAVAB

Hindiyyədə deyilir ki, “Bayramdan əvvəl, “Allah rızası üçün bir qoyun və ya bu qoyunu qurban edəcəyəm” deyən zəngin və ya kasıb şəxsin, qurban bayramında bir qoyun kəsməsi vacibdir, nəzir olacaq. Bayram günlərindən əvvəl nəzir deyən kasıb, bayram günlərində zəngin olarsa, ayrıca bir də bayram qurbanı kəsməsi vacibdir. Zəngin, bunu bayram günlərində söylədisə, bayram qurbanını kəsməyi niyyət etsə, bir qoyun kəsər. Bunu bayramdan əvvəl söylədisə, mütləqdir ki, iki qoyun kəssin. Kasıb isə mütləq birini kəsər. Nəzir qurbanını satmaq olmaz. Qonağın və nəzri olmayan qurban niyyətilə almayan kasıbın, bayramda kəsdikləri qoyun, nafilə qurban olur. Zəngin və ya kasıb, mövcud qoyununu və ya qurban niyyətilə satın almadıqları qoyunu qurban kəsməyə niyyət etsələr, kəsmələri vacib olmaz, kəssələr, nafilə sayılacaq. Zənginin satın alarkən, bayram qurbanı kəsməyi niyyət etməyib, həyatının nemətinə şükür olaraq kəsməyi niyyət etdiyi qurbanı kəsməsi vacibdir”. (Tam Elmihal səh. 325)

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину