Facebook Twitter WhatsApp

Ölüyə qurban kəsmək

Sual: Ölü üçün kəsilən qurbanın şərtləri nələrdir?

CAVAB

Maddələrlə bildirək:

1-Savabını ölüyə göndərmək üçün kəsiləcək qurban da hər qurban kimi, yalnız Allah rizası üçün kəsilir. Kəsilən qurbanın savabı ölüyə və ölülərə göndərilə bilinər. İstər fərz olsun, istərsə də nafilə, hər hansısa bir ibadəti edərkən və ya etdikdən sonra savabını ölüyə, diriyə hər kəsə hədiyyə etmək olar. Namaz, oruc, həcc, ümrə, sədəqə, Qurani-kərim oxumaq, övliyanın qəbrini ziyarət etmək, qurban, zikir kimi ibadətlərin savabları başqasına hədiyyə edilə bilinər. Hədiyyə edənin savabından heç bir azalma olmadan bütün möminlərə də savabı çatar. Yəni savab hədiyyə edilən şəxslərə bölüşdürülmədən bütövlükdə hər birinə çatar.
2-
Bir qurban kəsib savabını ölü və diri bütün müsəlmanlara göndərsək, heç əksilmədən hər kəsə bir-bir qurban savabı gedər. Bu Allahu təalanın bizlərə bir lütfüdür. Buna görə də, qazandığımız savabları ölü və diri bütün müsəlmanlara bağışlamalıyıq.
3-
Rəsulullah əfəndimiz üçün də qurban kəsmək müstəhəbdir və çox savabdır. Rəsulullah əfəndimiz iki qurban kəsərdi. Biri özü üçün, birini də ümməti üçün kəsərdi. Kəsdiyi iki qurban üçün “Biri özüm və övladlarım üçün, biri də qurban kəsə bilməyən ümmətim üçün” buyurardı. Rəsulullah əfəndimiz Vəda həccinə gedərkən yüz qurbanlıq dəvə apardı. 63-nü özü kəsdi. Sonra bıçağı Həzrəti Əliyə verdi. Yerdə qalanı o kəsdi. Beləlikə, 63 il yaşayacağına işarət etdi. Peyğəmbər əfəndimiz üçün qurban kəsərkən, “Allah rizası üçün qurban kəsməyə və savabını Rəsulullah əfəndimizə hədiyyə etməyə” deyə niyyət edilir.

4- Bir şəxs adaq, əqiq, vacib bayram qurbanı, nafilə, ölü üçün, bir də Peyğəmbər əfəndimiz üçün qurban kəsmək istəsə, bir inək alıb kəsə bilər.

5- Qurban kəsə bilməyən müsəlman vəfat edən zaman qoyub getdiyi malından özü üçün qurban kəsməyi varisinə vəsiyyət etsə, vəsiyyət edilən qurban bayram günləri kəsilər. Kəsən adam kasıb olsa da onun ətindən yeyə bilməz. Ətin hamısını yoxsullara paylamalıdır.

6- Vəsiyyət etməmiş ölü üçün varisi və ya başqaları hər zaman öz mallarından heyvan kəsib, savabını ölüyə hədiyyə edə bilərlər. Savabı kəsənin olar. Onun ətindən kəsən də yeyə bilər.

7- Savabı ölüyə göndərilən heyvan hər zaman kəsilə bilər.

Qurban demək, bayramın ilk üç günündə zənginlərə vacib, kasıblara isə nafilə kəsilən qoyun, keçi, mal-qara və ya dəvə deməkdir. Qurban kəsən adam bayramın ilk üç günü içində kəsməlidir. Bundan sonraya qalarsa, əgər varsa, diri olaraq sədəqə verilər. Adaq qurbanını bayramın ilk üç günündə kəsmək lazımdır. Bu günlərdən əvvəl kəsilsə, nə qurban sayılmaz, nə də adaq yerinə yetirilmiş olar. Adaq qurbanı bəlli üç gündə kəsilməsə, onun qiyməti qədər qızıl, gümüş və ya alınmışdırsa diri olaraq yoxsullara verilər.
Bəlli üç gündən sonra kəsilib əti yoxsullara paylanılsa, ətin qiyməti diri qurbanın qiymətindən az olmamalıdır. Az olsa, aradakı fərq qədər pul da paylanmalıdır. Qurban demədən kəsilsə, məsələn, bir qoyun kəsəcəyəm deyilsə, günü və yeri müəyyən edilsə, qurban bayramı günləri daxil olmaqla, istənilən zaman və istənilən yerdə kəsilə bilər.

Ölü üçün qurban kəsmək

Sual: “ Ömründə heç qurban kəsməyən insan, vəfat etmiş yaxınları üçün qurban kəsə bilməz” deyirlər. Belə bir şey vardırmı?
CAVAB

Belə bir şey yoxdur. Əlbəttə ki, vacib deyilsə, özü üçün kəsməz, əgər kəsərsə, nafilə savabı qazanar. Vəfat etmiş yaxınları üçün də kəsə bilər.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину