Sual: “Həzrəti Davud, mizmar, yəni çalğının müşayiətilə zikr edərdi. Səudiyyə Ərəbistanı və digər İslam ölkələri də daxil olmaqla bu günkü Müsəlmanların hamısı ibadətlərdə mikrofondan istifadə edir. Bu qədər insanın səhv iş görməsi mümkündürmü?” deyirlər. Hər kəsin bunu etməsi bu mövzuda icma olduğunu və bunun caiz olduğunu göstərməzmi?
CAVAB
Mizmar, çalğı deməkdir. Mikrofon da mizmardır. Bir çox hədisi-şərif Qurani-kərimin oxuducu və mikrofon kimi çalğı çalınan alətlərdə oxunacağını xəbər verir. Mikrofonla Qurani-kərim oxumaq, dinləmək, ibadəti dəyişdirmək sayılır, yəni bidət və günahdır. (S. Əbədiyyə)
Hər kəsin ibadətlərdə mikrofondan istifadə etməsi, o işin caiz olduğunu göstərməz. İnsanların çoxuna uyan zərərdədir, çünki Qurani-kərimdə məalən, “Yer üzündəki insanların çoxuna uysan, səni Allah yolundan azdırarlar” buyurulur. (Ənam 116)
Müasir insanların söz birliyinə icma da deyilməz. Din kitablarımızda deyilir ki:
Dördüncü əsrdən sonra mütləq müctəhid yetişmədiyi üçün, icma qalmadı. Öncəki əsrlərdəki icmalar, sonrakı əsrlərdə gələn alimlər üçün dəlil sayılır. Müqəllidlərin (təqlid edənlərin), cahillərin və hələ dində reformçuların söz birliyinə isə icma deyilə bilməz. (F. Bilgilər)
Nəğmənin haram və caiz olan qismləri olduğu kimi, mizmar gözəl səs anlamına da gəlməkdədir. Davud əleyhissalam gözəl səsliydi. Gözəl səsli olana Davudi səsli deyirlər. Davud əleyhissalam Zəburu gözəl səslə oxuyardı. Buna çalğı ilə oxuyardı demək, böyük iftiradır. Əshabı-kiramdan Əbu Musa əl-Əşari Qurani-kərim oxuyardu. Bunu eşidən Rəsulullah əfəndimiz, “Bunun səsi, eynən Əl-i Davudun mizmarları [gözəl səsi] kimidir” buyurdu. (Məcmaüz-Zəvaid)
Aşağıdakı hədisi-şəriflərdə isə mizmar, səs çıxaran hər cür çalğı aləti və mikrofon mənasında istifadə olunmuşdur:
“Quranı mizmarlardan oxuyanlara Allah lənət edər.” (Müsamərə)
“Quran mizmarlardan oxunmadan öncə saleh əməl işləməkdə tələsin.” (Tabərani)
“Quran mizmarlardan oxunduğu zaman ölə bilərsənsə öl!” (Tabərani)
Bundan başqa, öncəki dinlərdə halal olub, bizim dinimizdə haram olan çox şey vardır. Məsələn, içki içmək öncəki dinlərin bəzilərində haram deyildi. “Qədim bir dində çalğı çalınırdı, deməli, indi də halaldır” demək, “O zaman içki içmək sərbəst idi, indi niyə qadağan olsun” deməyə bənzəyir. Mizmar, yəni çalğı haqqındakı bir neçə hədisi-şərif məali də belədir:
“Zəng, şeytanın mizmarıdır.” (Müslim, Əbu Davud, Nəsai)
“Allahü təala, İblisə, “sənin müəzzinin mizmarlardır” buyurdu.” (Tabərani, İ. Cərir)
“Bir zaman gələcək, zina, içki və mizmarı halal sayanlar çıxacaqdır.” (Buxari)
“Mizmarları, bütləri yox etmək üçün göndərildim.” (İ.Əhməd, Əbu Nuaym, İ. Nəccar)
“Nemətə qovuşduqda mizmar çalmaq, qəzabi-ilahiyə səbəb olur.” (Deyləmi)
В корзине: 0 шт.
на сумму: 0