Sual: Qurani-kərimi səsucaldıcıdan oxumaq və maqnitofondan dinləmək caizdirmi?
CAVAB
Caiz deyildir. Bu alətlərdən sadəcə öyrənmək niyyətilə dinləmək olar. Məsələn, namaz surələrini bilməyən bunlardan öyrənə bilər. Bunun xaricində savab qazanmaq niyyətilə dinləmək caiz olmaz. Səsucaldıcıdan çıxan səslə ibadət olmayacağı Almalılı təfsirində də bildirilmişdir. (c.3 s.2361)
Səs çıxaran əyləncə alətləri, davul, təbil, ney, tütək, mikrofon, bunların hər biri çalğıdır. Çalğı, öz-özünə səs çıxarmaz. Səs çıxarmaq, yəni istifadə etmək üçün, davulun toxmağını gərilmiş dəriyə vurmaq, tütəyə üfürmək, mikrofona söyləmək lazımdır. Bunlardan çıxan səs bu çalğıların hasil etdiyi səsdir. Üfürən və söyləyən insanın səsi deyildir. Səsucaldıcıdan eşidilən Qurani-kərim səsucaldıcının hasil etdiyi səslərdir. Mühyiddini-Ərəbi həzrətləri buyurur ki: Əshabı-kiramdan Əbu Hüreyrə həzrətlərinin xəbər verdiyi hədisi-şərifdə, “Bir zaman gələcək ki, Qurani-kərimi mizmarlardan [çalğılardan] oxuyacaqlar. Belə oxuyanlara və dinləyənlərə heç savab verilməz. Allahü təala bunlara lənət edər” buyuruldu. (Müsamərə)
Mizmar, çalğı deməkdir. Səsucaldıcı da mizmardır. Bunun kimi bir çox hədisi-şərif Qurani-kərimin maqnitofon və mikrofon kimi çalğı çalınan alətlərdə oxunacağını xəbər verir. Mikrofonla Qurani-kərim, mövlud oxumaq, dinləmək ibadəti dəyişdirməkdir, yəni bidət və günahdır. (S. Əbədiyyə)
Bunun kimi səbəblərlə Qurani-kərimi disklərə, kompyuterə və mobil telefonlara yazmamaq lazımdır. Sadəcə, oxumağı öyrənmək üçün yazmaq olar.
Qəbirdə səsucaldıcıdan Quran dinlətmək
Sual: Mobil telefona Yasini-şərifi yazdıq. Qəbristana gedib, ölülərə dinlətsək savab olarmı?
CAVAB
Heç savab olmadığı kimi, hələ bidət və böyük günah olar. Radio, TV və mikrofonla, faydalı yayınlar aparılması savabdır; ancaq ibadətləri [Qurani-kərimi, azanı, namazı] mikrofonla oxumaq caiz deyildir.
Səsucaldıcıdan çıxan səsə qiraət, yəni Quran oxumaq deyilməz, əks-səda deyilir. (Almalılı təfsiri)
Maşın sürərkən
Sual: Maşın sürərkən əzbərdən Qurani-kərim oxumaq və dinləmək caizdirmi?
CAVAB
Əzbərdən oxumaq yaxşıdır. Radiodan və ya hər hansı bir cihazdan dinləmək isə öyrənmək niyyətindən başqa caiz deyildir. Öyrənmək niyyətilə dinləyərkən də, yenə başqa işlə məşğul olunmamalıdır.
Cihazdan Qurani-kərim oxumaq
Sual: S. Əbədiyyədə, “Mizanı-Şarani” kitabından götürülərək, “Çirkin şeylər söylədikdən sonra Qurani-kərim oxuyan kimsə, Müshafı nəcasət içinə salan kimsə kimidir” deyilir. Sonra, “Qurani-kərimi mizmarlardan oxuyanlara Allahü təala lənət edər” hədisi-şərifi bildirilir. İçərisinə musiqi yazılmış CD-yə, Quran yazıb, dinləmək və ya toylarda, mövludlarda mikrofonla oxunan Qurani-kərimi, səsucaldıcıdan dinləmək caiz olmurmu?
CAVAB
Bəli, caiz olmur. Hətta heç musiqi çalınmasa da, sadəcə öyrənmək niyyətilə CD-dən, kompyuterdən, radiodan, TV-dən və səsucaldıcıdan Quran dinləmək caizdirsə də, dinləmə savabı hasil olmaz. Savab niyyətilə dinləmək bidət və günah olur. İbni Həcəri-Məkki həzrətləri buyurur ki: Hədisi-şərifdə, “Bir zaman gələr ki, Qurani-kərim mizmarlardan oxunar. Oxuyanlara və dinləyənlərə Allahü təala lənət edər” buyuruldu. (Kəffür-rəa an muharramat-ila ləhvi vessima, Müsamərə, S. Əbədiyyə)
Mizmar, səs çıxaran hər növ çalğı aləti deməkdir. Mikrofon və səsucaldıcı da mizmardır.
Sırf Qurani-kərim öyrənmək üçün heç səs yazılmamış boş bir cihaza ayə və ya surə yazmaq caizdir. Bundan başqa Qurani-kərimi mizmarlara yazılmamalı və bu cihazlardan dinlənilməməlidir. Allahü təalanın lənətinə düşməkdən çox çəkinmək lazımdır.
Cihazlardan Quran dinləmək
Sual: Qurani-kərim oxumağı bilməyənin, savab qazanmaq üçün TV, kompyuter, CD və ya telefon kimi cihazlardan dinləməsində zərər vardırmı?
CAVAB
Savab qazanmaq niyyətilə dinləmək caiz olmaz. Sadəcə oxumağı öyrənmək niyyətilə dinləmək olar. Çünki səsucaldıcıdan çıxan səs elektrikin təsirilə hasil olan maqnit qüvvələrinin titrətdiyi dəmir lövhənin meydana gətirdiyi bir səsdir. O səsi dinləmək, birbaşa oxuyan insanı dinləmək kimi sayılmaz. Səsucaldıcıdan Quran dinləyən də birbaşa oxuyandan dinləmiş olmaz. Mizmardan dinləmiş sayılır.
Səs çıxaran hər cür alətə mizmar “çalğı aləti” deyilir. (Müncid)
Mizmar, hər növ çalğı, çalğı aləti deməkdir. Mikrofon da mizmardır. (İslam Əxlaqı)
Hər cür səs çıxaran alətlərə “Mizmar” deyilir. Davul, dəf, ney, zurna, kaman, ud, mikrofon, maqnitofon, TV bunlar hamısı mizmardır. Bir çox hədisi-şərif axır zamanda Qurani-kərimin maqnitofon və mikrofon kimi çalğı çalınan alətlərdən oxunacağını xəbər verir. Mikrofonla Qurani-kərim, mövlud oxumaq, dinləmək, ibadəti dəyişdirmək sayılır, yəni bidət və günahdır. (S. Əbədiyyə)
“Allahü təala, İblisə, “Sənin müəzzinin mizmarlardır” buyurdu.” (Tabərani, İbni Cərir)
“Bir zaman gələcək ümmətimdən bəzisi zinanı, ipək geyinməyi, içki içməyi, mizmarı [çalğını] halal sayacaqdır.” (Buxari)
“Nemətə qovuşduqda mizmar çalmaq Allahın qəzəbinə səbəb olur.” (Deyləmi, Bəzzar)
“Mizmarları, bütləri yox etmək üçün göndərildim.” (İ. Əhməd, Əbu Nuaym, İbni Nəccar)
“Mizmarları yox etmək üçün göndərildim” hədisi-şərifi, “Hər növ çalğını qadağan etməklə əmr olundum” deməkdir. (Qırx Hədis kitabı)
В корзине: 0 шт.
на сумму: 0