Sual: Hər işdə, hər zaman əksəriyyətə uymaq yanlış deyildirmi? Məsələn, deyilir ki:
1- Çoxu, bir dinə inanmadığı üçün, mən də inanmıram.
2- Çoxu, namaz qılmadığı üçün, mən də qılmıram.
3- Çoxu, açıq gəzdiyi üçün, mən də açıq gəzirəm.
4- Çoxu, çalğı dinlədiyi üçün, mən də çalğı dinləyirəm.
5- Çoxu, musiqili ilahi dinlədiyi üçün, mən də dinləyirəm.
6- Çoxu, kilsəyə getdiği üçün, mən də ayinlərə qoşuluram.
7- Çoxu, qeyrimüslimlərin Cənnətə gedəcəyini söylədiyi üçün, mən də elə inanıram.
8- Çox kimsə, məzhəblər sonradan çıxdı dediyi üçün, mən də məzhəbi qəbul etmirəm.
9- Xristianlar, Müsəlmanlardan çox olduğu üçün, Xristianlığın haqq olduğu doğrudur.
10- Buddistlər, Xristianlardan daha çox olduğu üçün Buddizm haqqdır.
11- Dünyada dinə inanmayan çoxaldığı üçün, mən də ateistəm.
12- Mədəni və rütbəli insanlar mason olduğu üçün, masonluq doğru yolda olmaqdır.
13- Bütün dünya ibadətə Səsucaldıcı qarışdırır. Bu qədər insan bidət iş görəcək deyil ki...
14- Hənəfidə qüsulda ağzın içini yumaq fərzdir, amma dolğu dişi olan saysız insan var. Bunlar cünub gəzmir ki...
15- Dünyada İslam xəlifəsi olmadığı halda, xalqı Müsəlman olan ölkələrin dar-ül-İslam olduğu çox kimsə tərəfindən qəbul edilir. Əksəriyyətin yanılması mümkündürmü?
CAVAB
Yuxarıdakı yanlış nümunələrdə olduğu kimi, əksəriyyət nümunə göstərilərək, (Hər kəs belə
edir, mən də etsəm nə olar ki?) demək caiz olmaz.Sui misal əmsal olmaz. Yəni pis şey, yanlış şey nümunə göstərilə bilməz. Pis şeyləri, yanlışları hər kəs etsə belə, o şey pis olmaqdan, yanlış olmaqdan çıxmaz. Yaxşılıq, doğruluq, haqq kimi xüsuslar, hər zaman əksəriyyətin olduğu yerdə olmur.
Qurani-kərimdə bir çox xüsusda əksəriyyətin, insanların çoxu və ya onların çoxu ifadəsi istifadə edilərək yanlış yolda olduğu bildirilir. Çoxluğa uymanın zərərlərini bildirən ayəti-kərimə məallərindən bəzi nümunələr:
1- İnsanların çoxuna uyan yoldan çıxar. (Ənam 116)
2- Allahın möcüzə yarada biləcəyini çoxu bilməz. (Ənam 37)
3- Ruzini Allahın verdiyini çoxu bilməz. (Səbə 36)
4- İnsanların çoxu kafirdir. (Nəhl 83)
5- Çoxu fasiqdir. (Maidə 49, 81,Tövbə 8, Hadid 16, 27)
6- Çoxu müşrikdir. (Rum 42)
7- Çoxu inanmaz, iman etməz. (Bəqərə 100, Hud 17, Rad 1)
8- Çoxu inkarcıdır. (İsra 89)
9- Çoxu qafildir. (Yunus 92)
10- Çoxu şükr etməz. (Bəqərə 243, Yunus 60, Yusif 38)
11- Çoxu zənnə uyar. (Yunus 36)
12- Çoxu nankordur. (Furqan 50)
13- Çoxu yalançıdır. (Şüara 223)
14- Çoxu Allaha ortaq qoşar. (Yusif 106)
15- Çoxu haqqdan xoşlanmaz. (Zühruf 78)
16- Çoxu Qurandan üz çevirdi. (Füssilət 4)
17- Kafirlərin çoxunun ağlı çatmaz, başı işləməz. (Maidə 103)
18- Ölüləri Allahın dirildəcəyini çoxu bilməz. (Nəhl 38)
19- Qiyamətin gələcəyinə çoxu inanmaz. (Mömin 59)
20- Doğru olan dinin Müsəlmanlıq olduğunu, çoxu bilməz. (Rum 30, Yusif 40)
21- Qiyamətin nə zaman qopacağının bilinməyəcəyini çoxu bilə bilməz.(Əraf 187)
Ümumiyyətlə, dəyərli şeylər azdır. Bir neçə örnək verək:
1- Verilən nemətlərə şükr etmək çox yaxşıdır, lakin şükr edən azdır.
(Səbə 13, Əraf 10, Möminun 78, Səcdə 9, Mülk 23, Bəqərə 243,Yunus 60 Yusif 38, Mömin 61, Nəml 73) [Şükr, İslamiyyətə uymaq deməkdir. (Məktubatı Rəbbani)]
2- Həzrəti Nuha inanıb, gəmisinə minib qurtuluşa ərənlər çox azdı.
(Hud 40)
3- İman edib yaxşı işlər görən, haqqı və səbri tövsiyə edənlər xaric, insanlar zərərdədir. Zərərdə olmayan kimsələr isə azdır.
(Əsr surəsi, Sad 24)
4- Qeyrimüslimlərdən çox azının iman etdiyi bildirilir. Bu azlar təriflənir. (Bəqərə 88)
5- Musa əleyhissalamın qövmü, Allah üçün əlbəttə savaşarıq dedikləri halda, savaş əmri gəldikdə çox azı döyüşdə iştirak etdi.
Bu azlar təriflənir. (Bəqərə 246)
6- Allahü təala, (Bunları əmr etsəydik çox azı xaric heç kim əmrimizi dinləməzdi) buyuraraq az olan təriflənməkdədir. (Nisə 66)
7- Əhli-kitabdan çox azının iman edəcəyi bildirilir. Bu az təriflənir. (Nisə 155)
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Yaxşılıq çoxdur; edən azdır.” (Xatib)
“Susmaq hikmətdir; susan azdır.” (Deyləmi)
“Malını xeyrə xərcləyib qurtulacaq olan zənginlər azdır.” (İbni Macə)
“Ağıllı, kibriti-ahmərdən daha azdır.” (Hakim) (Kibriti-ahmər,
qızıl kimi az tapılan maddədir.)
“Halal bəlli, haram bəllidir. Bunların arasında şübhəli olanlar
vardır ki, insanların çoxu bunları bilməz.’’ (Buxari)
Hikmət əhli buyurur ki:
1- Xalq, çox əməllə məşğul olarkən sən az da olsa yaxşı, gözəl əməllə məşğul ol!
2- Xalq, nafilə ibadətlərlə vaxt keçirərkən, sən fərzləri tam etməyə çalış!
3- Hər kəs, xaricini bəzəyərkən sən, daxilini, qəlbini bəzə!
4- Hər kəs, başqasının ayıbını araşdırarkən, sən öz ayıblarınla məşğul ol!
5- Hər kəs, dünyadakı faydasız şeyləri abadlaşdırarkən, sən axirətini abad et!
6- Hər kəs, insanlara yaranmağa çalışarkən, sən Allahın rizasını qazanmağa çalış!
7- Hər kəs, fanilərlə dost olarkən, sən baki olan Allah ilə dost ol!
8- Hər kəs, bir şeyə güvənərkən, sən yalnız Allaha güvən!
9- Hər kəs, nəfsini bəyənərkən, sən onu pisləməyə çalış!
10- Hər kəs, mal yığarkən, sən səxavətli ol!
Pislər çox olsa da, onlara uymaq doğru deyildir.
Dinimizin əmrinə uyan kimsə, yaxşını, gözəli, doğrunu tapmış olur.
В корзине: 0 шт.
на сумму: 0