Qurani-kərimin digər ilahi kitablardan bir üstünlüyü də, bu günə qədər dəyişməmiş qalmasıdır.
Sual: Qurani-kərimdə nazil olduğu gündən etibarən hər hansı bir dəyişiklik olmuşdurmu?
Cavab: Qurani-kərimin hədisi-şəriflərdən və digər ilahi kitablardan bir fərqi və üstünlüyü də, bu günə qədər nazil olduğu kimi dəyişməmiş qalmasıdır. Hərfləri və nöqtələri belə dəyişməmişdir demək kifayət deyil. Çünki Qurani-kərimdəki kəlmələrin oxunuşundan başqa, bu kəlmələrin uzun, qısa, açıq, qapalı, qalın, incə kimi oxunmaları da, Rəsulullah əfəndimizin bildirdiyi və oxuduğu şəkildə qalmışdır. “Elmi-qiraət” adlanan, bir çox kitabı olan böyük bir elmə və İslam alimlərinin bu yoldakı çalışmalarına, xidmətlərinə baxıb təəccüblənməmək əldə deyil. Qurandan olan, amma çıxarılmış və yaxud Qurandan olmayıb sonradan daxil edilmiş tək bir kəlmə yoxdur. Çünki İslam alimləri Qurani-kərimə toxunulmaması, cüzi bir şübhənin belə ona yaxınlaşmaması üçün çox sağlam bir əsas qoymuşdurlar. Yəni, Qurani-kərimin hər əsrdə söz birliyi ilə gəlməsi şərtdir. Əshabı-kiramdan bu günə qədər hər əsrdə, yalan üzərində söz birliyi edəcəkləri düşünülməyən yüz minlərlə hafizlər vasitəsilə biz gəlib çatmışdır. Sanki bir an durmayan coşğun bir çay kimi əbədiyyətə doğru axıb gedir. Bu gün İslam düşmənlərinin yer üzünü bürüdüyü bir dövrdə belə, əlhamdülillah, dünyanın hər tərəfində Allahın kitabının hər kəlməsi, hər nöqtəsi bir-birinə bənzəyir. Qurani- kərimin nə qədər çox sağlam olduğu buradan da aydın olur ki, Əshabı-kiramın böyüklərindən bəziləri bildirdiyi halda təvatur, yəni söz birliyi halını almayan oxuma şəkilləri nə qədər qüvvətli olsa da, Qurandan olmaq üçün kafi görülməmişdir. Məsələn, andiçmə kəffarəsini bildirən “üç gün oruc” ayəti- kəriməsini Abdullah ibni Məsud həzrətləri, “üç gün ard-arda oruc” şəklində bildirmiş və bunu fiqh alimləri sübut hesab edərək, kəffarə orucunun üç gün, “mütətabiət” olaraq, yəni ard-arda tutulması lazım olmuşdur. Lakin Abdullah ibni Məsud həzrətləri, Əshabı-kiramın böyüklərindən çox etimad olunan və çox sağlam bir şəxsiyyət olması ilə yanaşı, sözündə tək qaldığı üçün Mütətabiət kəlməsi Qurani-kərimə daxil ola bilməmişdir. Ehtiyatla hərəkət edilərək bu kəlmənin mənası çıxarılmış və yenə ehtiyat edilərək Qurani-kərimə salınmamışdır. Bunlara “Qiraəti-şazzə” deyilir.
В корзине: 0 шт.
на сумму: 0