Facebook Twitter WhatsApp

Cinlər nə üçün yaradıldı

Ateist deyir ki:

Sual: “Cinlər qulluq üçün, yoxsa Cəhənnəm üçün yaradıldı? Budur təzadlı ayələr:

Mən cinləri və insanları ancaq Mənə qulluq etmələri, ibadət etmələri üçün yaratdım. (Zariyət 56)

Biz cin və insanların çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri var, anlamazlar; gözləri var, görməzlər; qulaqları var, eşitməzlər. Onlar heyvanlar kimidir; hətta daha da aşağıdır. Budur əsl qafil onlardır. (Əraf 179)
CAVAB
Sadəcə cinlər deyil, insanlar da eyni ifadədə keçir. Cinləri də, insanları da qulluq etmələri, yəni ibadət etmələri üçün yaratdığı bildirilir. İkinci ayədə isə Allahü təala əzəli və əbədi elmi ilə bilir ki, cinlərin və insanların çoxu iman etməyəcəklər, Cəhənnəmə gedəcəklər. Burada cin və insanların kafirləri, yəni bütün dinsizlər, ateistlər bildirilir. Qəlbləri olduğu halda anlamazlar, gözləri olduğu halda görməzlər. Nəyi görməzlər? Ay, ulduz, günəş, planetlər var. Bunlar boş yerə yaradıldı? Bunları kim yaratdı? İnsanı yoxdan kim yaratdı? Öküzün qatara baxdığı kimi, aya, günəşə baxar, amma ibrət almazlar, deyilir. Həqiqətləri, oxunan azanları eşitməzlər. Heyvan kimidirlər, hətta daha da aşağıdırlar, deyilir. Öküzün qatara baxması ilə ateistin günəşə baxması arasında nə fərq var. Günəş indiki yerindən çox uzaqda olsaydı, soyuqdan hər yer donardı. İndikindən çox yaxın olsaydı, bu dəfə də hər yer yanardı, həyat olmazdı. Bunları tam yerinə kimin qoyduğunu düşünməyənin heyvandan nə fərqi var ki.

Bu iki ayədə ixtisarla deyilir ki:

Biz insanları da, cinləri də qulluq etmələri üçün yaratdıq; ancaq çoxu kafir olacağı və qulluq etməyəcəyi üçün Cəhənnəmə gedəcəkdir. 
Burada heç bir təzad yoxdur. Dünya işlərində də belə deyildirmi? Məsələn, dövlət, “Bütün məktəbləri təhsil üçün açdıq. Amma bu qiyməti ala bilməyənlər sinifdə qalacaq, bu qədər il ard-arda sinifdə qalan da məktəbdən çıxarılacaq” deyir. İndi dövlətə, tələbəyə təhsil verəcəkdin, bəs niyə məktəbdən kənarlaşdırdın demək olarmı? Bu iki söz arasında ziddiyyət axtaranın öz ağlında  ziddiyyət olmazmı?


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину