Evini süpürər, qoyununu sağar, ayaqqabısının söküyünü tikər, paltarını yamayardı. Xidmətçisiylə birlikdə yemək yeyər, onun işinə yardım edərdi. Dükan-bazardan xırdavat alıb evə gətirərdi. Yoxsulla, zənginlə, böyüklə, kiçiklə qarşılaşdıqda, birinci özü salam verərdi. Görüşmək üçün əlini birinci uzadardı. İrq və rəng ayrıseçkiliyi etməzdi. Hər kim olur-olsun, çağırılan yerə gedərdi.
Gözəl xasiyyətli idi, yaxşılıq etməyi sevərdi. Hər kəslə yaxşı dolanardı. Gülər üzlü, şirin sözlü idi. Danışarkən gülməzdi. Təvazökardı. Qəmgin görünərdi. Heybətli idi, yəni hörmət və ciddiyyəti vardı. Nəzakətli və səxavətli idi, israf etməzdi. Hər kəsə mərhəmət edərdi. Heç kimdən bir şey gözləməzdi.
Xidmətçisi, “10 il xidmət etdim. Bir dəfə mənə of demədi. Bunu nə üçün belə etdin deyə soruşmadı” deyir. Kafirlərin yox olması üçün dua etməsi istənildiyi vaxt “Mən, lənət etmək üçün deyil, hər kəsə yaxşılıq etmək üçün dua edərəm” deyərdi.
Bir şey istəndiyi zaman yox deməzdi. Bir yaşlı qadın qızını ona göndərmişdi. “Namaz qılmaq üçün örtünəcək paltarım yoxdur, bir geyim göndər” deyə yalvarır. Onun da o anda başqa geyimi olmadığına görə köynəyini çıxarıb verir. Namaz vaxtı gəldikdə, geyimsiz məscidə gedə bilmir. O gün kürəkəni gəlib, “Bu gün 8 manat borc almışdım. Bunun yarısını sizə verim. Özünüzə köynək alın” deyir.
Bazara çıxıb, 2 manatla bir köynək satın alır. Qalan 2 manatla yemək almağa gedərkən görür ki, bir kor, “Allah rızası üçün kim mənə bir köynək verər?” deyir. Aldığı köynəyi bu kora verir. Kor köynəyi götürdükdə, müşk kimi gözəl ətir hiss edir. Bunu kimin verdiyini anlayır, çünki onun bir dəfə geyindiyi hər şey köhnəlsə də, müşk kimi gözəl ətirli olurdu. Kor dua edib deyir ki, “Ya Rəbb, bu köynəyin hörmətinə gözlərimi aç” . İki gözü dərhal açılır. 1 manatla bir köynək satın alır. 1 manatla da yemək almağa gedərkən, bir xidmətçi qızın ağladığını görür. Nə üçün ağladığını soruşar. “Mən bir yəhudinin xidmətçisiyəm. Mənə 1 manat verdi. Bununla bir şüşə və yağ al gətir dedi. Alıb gələrkən əlimdən düşdü, həm şüşə, həm də yağ getdi” deyir. Son 1 manatı da uşağa verir. “Bununla şüşə və yağ al, evinə apar” deyir. Kızcığaz, “Evə gec getdiyim üçün yəhudi məni döyəcək deyə qorxuram” deyir. “Qorxma! Səninlə birlikdə gələrəm, nə lazımdırsa söyləyərəm” deyir.
Evə gəlib, qapını döyürlər. Yəhudi qapını açdıqda təəccüblənir. Qapıda yəhudiyə olanları danışır, qıza bir şey deməməsi üçün xahiş edir. Yəhudi, “Minlərlə insanın baş tacı olan, ey böyük şəxsiyyət! Bir xidmətçi qız üçün mənim kimi bir yoxsulun qapısını şərəfləndirdin. Bu qızı sənin şərəfinə azad etdim. Mənə İslamı öyrət, dərhal Müsəlman olum” deyir. Yəhudiyə Müsəlmanlığı öyrədir, o da Müsəlman olur. Evinə girib ailəsinə da öyrədir, hamısı Müsəlman olurlar.
Bütün bunlar, onun gözəl xasiyyətlərinin bərəkəti ilə olur. O, aləmlərə rəhmətdir.
В корзине: 0 шт.
на сумму: 0