Facebook Twitter WhatsApp

Kainatın əfəndisi

Sual: “Quranda aləmlərə rəhmət olduğu bildirilən, Peyğəmbərin özü deyil, Qurandır. Quranı gətirmiş və işi bitmişdir. Buna görə Peyğəmbərə “Kainatın əfəndisi” və ya “Aləmlərin əfəndisi” demək küfür sayılır” deyənlər olur. Əslində, belə söyləyərək Rəsulullahı kiçiltmək küfür sayılmır?
CAVAB
Rəsulullahı kiçiltmək əlbəttə küfür sayılır. O, bütün insanların ən yaxşısıdır. Bir hədisi-şərifdə də, “Məni insanların ən yaxşısı bilməyən kafirdir” buyurulur. (Hatib)

Qurani-kərim Peyğəmbər əfəndimizin tərifi ilə doludur. Fətih surəsinin, “Bütün dinlərdən üstün qılmaq üçün Rəsulunu hidayət və haq din ilə göndərən Odur” məalindəki 28-ci ayəti-kəriməsi də Rəsulunun ən üstün olduğunu göstərir. Peyğəmbər əfəndimiz, “sallallahü aleyhi və səlləm” bir millətə, bir bölgəyə deyil, bütün dünyaya, bütün insanlara peyğəmbər olaraq göndərilmişdir. Səbə surəsinin “Biz səni bütün insanlara müjdələyən və xəbərdarlıq edən göndərdik” məalindəki 28-ci ayəti-kəriməsi bütün insanlara peyğəmbər olaraq gəldiyini bildirir.

Ənbiya surəsinin, “Biz səni aləmlərə rəhmət olaraq göndərdik” məalindəki 107-ci ayəsi də, bütün insanlar üçün rəhmət olduğunu bildirir. Bunun əksini iddia etmək din düşmənliyidir. Peyğəmbər əfəndimiz, bütün insanların, bütün Peyğəmbərlərin, yəni aləmlərin əfəndisidir, kainatın əfəndisidir. Bu mövzuda bir neçə hədisi- şərif:
“Mən aləmlərin əfəndisiyəm.” [Bəyhəki]

“Mən bütün insanların əfəndisiyəm.” [Buxari, Tirmizi, İbni Macə, İ. Əhməd, Darimi]

“Mən bütün Peyğəmbərlərin seyyidiyəm, əfəndisiyəm.” [Darimi İ. Nəccar]

“Qiyamətdə insanların seyyidiyəm, əfəndisiyəm.” [Buxari, Müslim, Tirmizi]

Peyğəmbər əfəndimiz “sallallahü aleyhi və səlləm” bunları bildirərkən, “Bunları öyünmək üçün söyləmirəm, həqiqəti bildirirəm. Həqiqəti bildirmək mənim vəzifəmdir. Bunları söyləməsəm vəzifəmi yerinə yetirməmiş olaram” buyurur.

Aləmlərə rəhmət olaraq göndərildi
Sual: Peyğəmbər Əfəndimiz, sadəcə insanlaramı, yoxsa kainatda olan hər varlıq üçün rəhmət olaraq göndərildi?
Cavab:
 Allahü təala, Muhamməd əleyhissalamı aləmlərə rəhmət olaraq göndərmişdir. Ənbiya surəsinin 107-ci ayəsində məalən:

“Səni, aləmlərə rəhmət, yaxşılıq üçün göndərdik” buyuruldu.

Əbu Hüreyrə həzrətləri:
“Bir döyüşdə, Rəsulullah Əfəndimizə, kafirlərin yox olması üçün dua buyurmasını söylədik. Cavabında:
“Mən, lənət etmək, insanların əzab çəkməsi üçün göndərilmədim. Mən, hər kəsə yaxşılıq etmək, insanların hüzura qovuşması üçün göndərildim” buyurdu.”

Rəsulullah Əfəndimizin bütün varlıqlara rəhməti, faydası yayılmışdır. Möminlərə faydası isə meydandadır. Başqa Peyğəmbərlərin dövründə inkar edənlərə, dünyada əzablar olunur, yox edilirdilər. Muhamməd əleyhissalamın dövründə isə, iman etməyənlərə dünyada əzab olunmadı. Bir gün Peyğəmbər Əfəndimiz, Cəbrayıl əleyhissalama:
-Allahü təala mənim aləmlərə rəhmət olduğumu bildirdi. Mənim rəhmətimdən sənə də nəsib oldumu? buyurduqda Cəbrayıl əlehissəlam:
-Allahü təalanın böyüklüyü, dəhşəti qarşısında, sonumun necə olacağından həmişə qorxu içindəydim. Əmin olduğumu bildirən Təkvir surəsindəki 20-ci və 21-ci ayələri gətirdikdə, bu dəhşətli qorxudan qurtuldum, əmin oldum. Bundan böyük rəhmət ola bilərmi? dedi.

Muhamməd əleyhissalam, "hatəmün nəbiyyin" yəni Peyğəmbərlərin sonuncusu, son Peyğəmbər və "Seyyidil mürsəlin" yəni bütün Rəsulların ən üstünü olaraq, aləmlərə rəhmət və qiyamət gününün şəfaətçisidir. Məhşər günü, bütün insanlara məhşər əzabının qaldırılması üçün şəfaət edəcək və bu şəfaəti qəbul olunacaq, məhşər əzabı hamısının üzərindən qaldırılacaqdır. Belə ki, hədisi-şərifdə:
“Qiyamət günü, ən birinci mən şəfaət edəcəyəm” buyuruldu.

İmam Rabbani həzrətlərinin atası Abdül-əhad həzrətləri:
“Günlərin uğursuzluğu, aləmlərə rəhmət olan Muhamməd əleyhissalamın gəlməsi ilə bitmişdir. Uğursuz günlər, keçmiş ümmətlərdə var idi” buyurmuşdur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину