Sual: Ramazan ayının son cümə namazından sonra 4 rükət kəffarə namazı qılınsa, bütün qəza borclarının əfv olunacağını söyləyirlər. Bu, doğrudurmu?
CEVAP
Doğru deyildir. Bu namaz sadəcə, namazları vaxtında qılmama və gecikdirmə günahları üçün olan tövbənin qəbuluna vəsilə olur.
Kəffarə namazı və mübarək zamanlarda olan digər ibadətlər, qəzaya qalmış fərz namazların, qəzaya saxlama və qəzasını gecikdirmə günahlarının əfv olması məqsədilə olan tövbənin qəbul olması üçündür. Yoxsa ki, qılınmamış namazlar qəza edilmədikcə əfv olmaz. Belə ki, oruc kəffarəsi də, oruc borcunu ödəmir, gün sayı qədər orucun qəzası da lazımdır. (“Səadəti-Əbədiyyə’’)
Kəffarə namazı dörd rükətlidir, hər rükətində bir Fatihə, bir Ayətəl-kürsi və 10 Kövsər surəsi oxunur. “Qəzaya qalan və qəzası gecikən namazlarımın günahlarının əfv olması üçün kəffarə namazı qılmağa'' deyə niyyət edilir. Cümə namazından sonra əsr namazına qədər qılınır.
Eynilə əsrin sünnəti kimi qılınır. Ondan tək fərqi, hər rükətin qiyamında Fatihədən sonra 1 Ayətəl-kürsi ilə 10 Kövsər surəsi oxunur. Digərləri eynidir. Ayətəl-kürsidən və Kövsərdən əvvəl Bəsmələ oxumaq gərəkmir, oxunsa da zərəri olmaz.
В корзине: 0 шт.
на сумму: 0