Facebook Twitter WhatsApp

Xəstələrin oruc tutması

Sual: Oruc tuta bilməyəcək qədər yaşlı və ya xəstə olan nə etməlidir?

CAVAB

Yaşı çox olan, ölənə qədər Ramazan orucunu və ya qəza oruclarını tuta bilməyəcək qədər yaşlı olan insan və ya sağalacağından ümid kəsilən xəstə oruc tumaz. Əgər yoxsul deyilsə, tuta bilmədiyi gün qədər fidyə verər. Bir hədisi-şərifdə “Oruc tuta bilməyəcək qədər yaşlı olan və ya sağalmasından ümidini kəsən xəstə fidyə verər” buyurulur. [Nəsai]
Yaşlanıb oruc tuta bilməyən insan və sağalmasından ümidini kəsən xəstə yoxsul deyilsə, hər günün orucu üçün fidyə verər. Əgər yoxsuldursa, fidyə verməz, dua edər. Fidyə olaraq hər gün üçün bir fitrə miqdarında un verilər. Bir fitrə miqdarı un 1750 qramdır. Bir aylıq oruc üçün 53 kq un vermək yetərlidir. Yaxud Ramazan aynının əvvəlində, ya da sonunda bir və ya bir neçə yoxsula tutulmayan bir aylıq orucun fidyəsi olaraq, unun dəyəri qədər qızıl verilə bilər. Yoxsul aldığı fidyəni özü istifadə etdiyi kimi başqasına da verə bilər. Fidyə verdikdən sonra oruc tutacaq hala gələn xəstə tuta bilmədiyi oruclarının qəzasını tutmalıdır. (Nəhr-ül-faiq)

Xəstəlik və ya qocalıq səbəbindən Ramazan orucunu tuta bilməyən zəngin insanın ölənə qədər bu vəziyyəti davam edərsə, yoxsullara yemək verilməsini vəsiyyət edər. Vəlisi də tuta bilmədiyi hər oruc üçün yoxsullara fidyə verər. (Bədayi)

Sual: Oruc tuta bilməyən xəstə nə vaxt fidyə verər?

CAVAB

Ramazan ayı içində də,  bayramdan sonra da verə bilər.

Bədənin zəkatı

Sual: Xəstə oruc tutmamalıdırmı?

CAVAB

Orucun bir çox xəstəliklərə faydalı olduğu bildirilmişdir. Hədisi-şərifdə “Hər şeyin bir zəkatı vardır. Bədənin də zəkatı orucdur” buyuruldu. (Beyhəqı)
Oruc tutan orqanizmini xəstəliklərdən qoruyur. Bir hədisi-şərifdə “Sağlamlığa qovuşmaq üçün oruc tutun!” buyuruldu. (Tabərani)
Oruc tutmağa mane olan çox az xəstəlik vardır. Saleh bir həkimdən soruşmamış, bu həkim də “oruc tutmamalısan” deməyincə və ya öz təcrübəsi ilə orucun zərərli olduğunu başa düşməyincə orucu qəza etməməlidir! Saleh olmayan həkimin sözü ilə hərəkət etmək olmaz. Dərman istifadə edən xəstələr də həkimin məsləhətinə uyğun olaraq sahur və iftarda dərmanların dozasını tənzimləyərək oruc tuta bilərlər.

Şəkər xəstəsi və süd verən qadın

Sual: Şəkər xəstəsi, hamilə və süd verən qadın oruc tutmasa olarmı?

CAVAB

Şəkər xəstəliyi müxtəlifdir. Saleh bir həkim oruc tuta bilməz deyirsə, tutmamalı, fidyə verməlidir. Hamilə və ya süd verən qadın zəifdirsə, oruc tutmaz, yaxşı olanda isə orucun qəzasını tutar.
Bir şəxs oruc tutanda orucun sağlamlığına zərər verib-vermədiyini bilməyə bilər, çünki tuta bilərəm deyib oruc tutar və xəstəliyi artar. Əksinə deyə bilər ki, mən oruc tuta bilmərəm, halbuki oruc tutmaq ona xeyirli ola bilər. Buna görə də xəstə insan oruc tutsa da, tutmasa da saleh bir həkimə müraciət edib onun məsləhətinə əməl etməlidir. İki hədis-şərif məalı belədir:

“Uşağına zərər verməkdən qorxan xəstə, hamilə qadın, oruc tutamağa gücü çatmayan yaşlı, oruc tutarsa öləcəyindən qorxan çox zəif insan oruc tutmaz.” (Deyləmi)
“Hamilə, süd verən qadına və ya uşağına hər hansısa bir zərər gələcəksə, oruc tutmaz.” (Buxari)
“Allahu təala hamilə və süd verən qadına oruc tutmamaq üçün rüsxət vermişdir.” (Əbu Davud, Tirmizi, Nəsai)


Sual: Hamilə qadın “Ramazanda oruc tutmamaq haramdır” deyərək oruc tutur, özünü və doğulacaq körpəsini riskə atır. Özünü riskə atması doğrudurmu?

CAVAB

Müsəlman, saleh və mütəxəssis bir həkim oruc tutma deyərsə, onun sözünə əməl edilər, kafir və ya fasiq bir həkimin sözü ilə orucu pozmaq olmaz.

Sual: Xalamın böyrəyində daş olduğu üçün həkim daima su içməsini məsləhət bilmişdi. Əgər fidyə verməlidirsə, nə qədər verməlidir? Bu fidyəni  mənə verməsi uyğun olarmı?

Oruc tuta bilməyəcək qədər xəstədirsə, Ramazan ayının 30 günü üçün 53 kq un verər. Yaxud da bunun dəyərində qızıl da verə bilər. Siz yoxsulsunuzsa, sizə də verə bilər.

Sual: Ürəyimdə problem var. Normalda oruc tuta bilirəm. Ürək infarktından narahatam. Fidyə verib oruc tutmasam olarmı?

CAVAB

Oruc tuta bilən insanın fidyə verməsi caiz deyil. Ürək xəstəliyində sinə üstünə nitroderm tərkibli dərman [TTN] qoyulur. O dəri vasitəsilə sovrulur. Dərman sağlam dəridən daxil olduğu üçün orucu pozmur. İnfarkt olarsa, ağızdan çıxarılan dərmanlar götürülür və oruc pozulur. Yəni tuta bildiyiniz qədər oruc tutmalısınız.

Sual: Ramazanda narahatçılığa görə 10 gün tuta bilmədiyim orucun qəzasını bir-birinin ardınca tutmalıyam?

CAVAB

Bir-birinin ardınca tutmaq lazım deyil, fürsət tapdıqca tuta bilərsiniz.


Sual: Mütəmadi olaraq iynə istifadə etməli olan xəstə tuta bilmədiyi Ramazan oruclarını necə ödəməlidir?

CAVAB

Bir aylıq 53 kq un, yaxud da unun dəyəri qədər qızıl verər. Xəstə zəngin deyilsə bunu da verməz, dua edər.

Sual: Atam xəstəliyi səbəbindən son iki ilin Ramazanı-şərif orucunu tuta bilmədi. Hələ də oruc tuta bilməyəcək vəziyyətdədir. Yaşının çox olmasından yenidən sağlamlığına qayıtması çətin görünür. Dinən zəngindir. Nə etməlidir?

CAVAB

Oruc fidyəsi veməlidir, lakin sağaldığı vaxt yenə də oruc tutmalıdır. Bir aylıq oruc üçün 53 kq unu bir və ya bir neçə yoxsula verməlidir.

Sual: Bir xəstə dərman qəbul edərək orucunu pozarsa, kəffarəsi lazımdırmı?

CAVAB

Lazım deyil. Çünki dinimizin bildirdiyi bir səbəblə, yəni zərurətlə oruc pozulduqda ancaq qəza lazımdır.

Sual: Şüursuz olaraq depressiyaya düşüb orucu pozduqda kəffarə lazımdırmı?

CAVAB

İmsaq vaxtından sonra azan oxunarkən nə etdiyinizi bilmədən orucu pozsanız, orucun qəzası tutulmalıdır. Əgər orucun pozulduğunu bilirsinizsə, kəffarə lazımdır. Anlatdığınız depressiya vəziyyətindən sanki şüursuz olaraq orucu pozduğunuz başa düşülür. Şüursuz pozulanda da qəza orucu tutmaq lazımdır.

Sual: Morfinlə diş çəkdirdikdən sonra “orucum pozuldu” deyərək yeyib-içən adama kəffarə vermək lazımdırmı?

CAVAB

Kəffarə deyil, orucun qəzası tutulmalıdır. Xəstəlik səbəbindən iynə vurularkən oruc pozulur və orucun qəzası tutular. Oruc pozulduqdan sonra yeyib-içmək kəffarə tələb etmir.

Sual: Ramazanda oruc tutarkən ağır xəstələnən adama su vermək caizdirmi?

CAVAB

Caizdir. Hədisi-şərifdə buyuruldu ki:

“Oruc tutarkən vəfat edənə qiyamətə qədər oruc tutmuş kimi savab yazılır.” [Deyləmi]

Ramazani-şərifdən başqa ölüm ayağında olan oruc tutan xəstələrə su vermək müstəhəbdir.

Sual: Ayağına əməliyyatla protez qoyulan bir xəstənin Ramazan ayında göründüyü qədər bir ağrısı, sızıntısı olmasa, namaz qılıb, oruc tutmasına mane olarmı?

CAVAB

Mane olmaz. Ayaq üstə qıla bilməsə, oturub qılar.

Sual: Ölümcül xəstəliyi olan oruc tutana Zəmzəm vermək lazımdırmı?

CAVAB

Oruc tutaraq ölməsi daha yaxşıdır.

Oruc tutmağa dözə bilməyən

Sual: Aclığa və suszluğa dözə bilmədiyi üçün qəza orucunu pozmaq günahdırmı?

CAVAB

Həqiqətən dözə bilmədiyi üçün pozsa, günah deyil.

Aldığı fidyəni başqasına vermək

Sual: Bir yoxsul aldığı fidyələri başqa yoxsula verə bilərmi?

CAVAB

Bəli, verə bilər.

Fidyəsi verilən oruc

Sual: Ramazan ayında oruc tuta bilməyən xəstə sağaldıqdan sonra orucun qəzasını tutsa, yenə də qəzaya qalan orucun fidyəsini verməlidirmi?

CAVAB

Xeyir, orucun qəzalarını tutan fidyə verməz. Əgər fidyə versə, sağalanda orucun qəzasını tutmalıdır.

Sual: Tamamilə mədəsi götürülən şəxs oruc tuta bilərmi?

CAVAB

Həkimlər oruc tutmasının təhlükəli olmadığını söyləyirlər.

 

Sual: Xəstə, səfərdə olan və hamilə qadınlar necə oruc tutmalıdır?

CAVAB

Mədəsində problem olan, hamilə, uşağına süd verən qadın, xəstəliyinin şiddətlənəcəyindən ehtiyat edən, döyüşən əsgər və səfəri, yəni insan yürüyüşü ilə üç günlük yola, bu da Hənəfi məzhəbində yüz dörd, digər məzhəbdə səksən kilometr yol gedən yolçular oruc tutmaya bilərlər. Onlar sonradan tuta bilmədikıəri oruclarının qəzasını tutarlar.

 

Sual: Xəstə, hamilə qadın və döyüşən əsgər oruc tutmalıdırmı?

CAVAB Xəstənin xəstəliyi artacaqsa, hamilə, süd verən qadın, döyüşən əsgər zəif olarsa, oruc tutmaz. Sağalanda qəza orucu tutar.

 

Xəstələr oruc tuta bilməzmi?

Sual: Bir insanın oruc tutarsa xəstələnmə və ya xəstəliyinin artması təhlükəsi varsa, belə bir şəxs oruc tutmaqla bağlı nə etməlidir?

CAVAB Mövzu ilə əlaqəli olaraq İbni Abidində deyilir ki:

Xəstə xəstəliyinin artacağından və ya sağalmasının gecikməsindən, yaxud da şiddətli ağrıların gəlməsindən və ya xəstə baxıcısı xəstələnib onlara baxa bilmədiyi üçün dünyasını dəyişmələrindən qorxarsa, oruc tutmaz, sonra qəzasını tutar. Sağlam insan xəstələnəcəyini düşünərsə, çay təmizləmək kimi ağır bir iş görərkən, dövlətin göstərişi ilə işləyərkən çox isti və ya soyuğun təsiri ilə məhv olacağını, tənha qalıb heç bir yerdən kömək görməyən qadın nəfəqəsini qazanmaq üçün paltar yumaq, yemək bişirməklə həlak olacağını düşünüb anlasa, oruc tutmaması və niyyətli orucu pozması caizdir, başqa bir vaxt orucun qəzasını tutar. Çox zənn etməklə, ölüm əlamətlərini görməklə, öz təcrübəsi ilə və ya saleh, müsəlman təbibin xəbər verməsi ilə başa düşülür. Kafir və fasiq həkimə müayinə və müalicə etdirmək caizdir. Lakin onların sözləri ilə ibadəti pozmaq olmaz. Oruc pozularsa, kəffarrəsi verilməlidir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину