Facebook Twitter WhatsApp

Oruc tutmağın forması və vaxtı dəyişdirilə bilməz

Sual: Orucluq yay aylarına düşəndə insanlar çətinlik çəkir. Oruc tutarkən vaxtını və formasını dəyişmək olmazmı?

CAVAB

Oruc, Qurani-kərimdə müftəlif ayəti-kərimələrlə ağıllı və həddi-büluğ çağına çatmış bütün müsəlman kişi və qadın hər kəsə açıq-aydın fərz olunan bir ibadətdir.

İslam dini Allahu təalanın əmr və qadağaları üzərində qurulmuşdur. Bu əmr və qadağalar üzərində heç kim söz sahibi deyil.  Nə əmr edilib və necə əmr edilmişdirsə, elə də yerinə yetirilir. Oruc ibadətinin də forması, vaxtı necə yerinə yetiriləcəyi açıq şəkildə bildirilmişdir. Ona görə də orucun formasını, vaxtını dəyişdirməyə hər hansısa bir şəxsin gücü çatmaz. İslamiyyət xristiyanlıq kimi deyil.

Müsəlman özünü Allahu təalanın aciz bir bəndəsi kimi  tanıyar. Allahu təalanı isə hər şeyin yaradıcısı, sahibi və ruzi verəni bilər və inanar. Buna görə də cənabı Haqqın əmri ilə hərəkət edər və həyatını ona uyğun nizama salar. Bu utanmalı deyil, qürur duyulmalı bir haldır. Çünki Yaradanın rizasına uyğun hərəkət etmək və Ona qul olmağa çalışmaqdır. Allahu təalaya qul olmaqdan üz döndərmək etirazçı, təkəbbürlü insanların işidir.

Qeyri-müsəlman mənbələrdən qaynaqlanaraq müsəlmanların oruc ibadətinə hücum edənlərdən bəziləri:

“Bir ay ərzində, xüsusən də yay günlərində gündüzlər yeyib-içməmək, adətin əksinə olaraq gecə yeyib-içmək sağlamlığa zərərlidir, müxtəlif xəstəliklərin yaranmasına səbəb olduğu mütəxəssis həkimlər tərəfindən iddia edilmişdir” deyirlər.

Belə deyənlərin və yazanların bu sözləri, yazıları həqiqətə uyğun deyildir. Olanların əksini söyləməkdir, bu da böhtandır. Çünki orucun qaydalarından biri də budur ki, iftar zamanı mədəni doldurmamaq, hələ iştah varkən yeməkdən əl çəkməkdir. Bütün həkimlər tərəfindən yekdilliklə bildirilmişdir ki, bu qaydalara əməl edənlər xəstəlik deyil, əksinə sağlamlıq tapacaqlar.

Oruc Allahu təalanın əmr etdiyi bir ibadətdir. Necə əmr edilmişdirsə, elə də yerinə yetirilər. Necə ki zöhr namazı zöhr vaxtında, ikindi namazı ikindi vaxtında fərz olduğu kimi, fərz olan orucun vaxtı da Ramazan ayıdır. Beş vaxt namazın, həccin, orucun vaxtları və yerinə yetirilmə qaydaları heç bir formada dəyişməz və dəyişdiriliə bilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину