Sistem və iynə dörd məzhəbdə də orucu pozur. Səadəti-Əbədiyyədə Mərakıl-fəlah şərhindən alınaraq belə yazılıb: “Başda və bədəndəki yaraya qoyulan dərmanın, maye və ya qatı halda, beynə və həzm yoluna getdiyi dəqiq bilinirsə, oruc pozulur. Daxilə getdiyi dəqiq bilinmirsə, dərman mayedirsə, İmam azam pozulur dedi. İki imam isə, daxilə getdiyi dəqiq bilinmədikcə pozulmaz dedi. Daxilə sızdığı dəqiq bilinməyən dərman qatıdırsa, üç imam da pozulmaz dedi.”
Bundan aydın olur ki, sızdığı dəqiq bilinən dərman, qatı da olsa, maye də olsa, üç imam da “Orucu pozur” buyurmuşdur. Qoldan, ayaqdan, hər yerdən dəri altına, əzələyə iynə ilə vurulan peyvənd, dərman inyeksiyalarının orucu pozacağı, buradan məlum olur.
Görüldüyü kimi, inyeksiyaların, sistemlərin orucu pozduğu açıq-aydın bildirilirkən, “pozmaz” deyənlərə etibar etmək olmaz. Əgər oruc tutarkən peyvənd olmağa məcbur qalınsa, altmış gün kəffarə deyil, Ramazandan sonra bir gün qəzasını tutmaq lazımdır...
В корзине: 0 шт.
на сумму: 0