Facebook Twitter WhatsApp

Qadınlar müəyyən günlərində ikən

Sual: Ramazanda bir qadının müəyyən halı baş versə, yeyib içə bilərmi? Müəyyən halı başa çatdıqda yeyib içməsi günah olarmı?

CAVAB

Ramazanda imsaq vaxtından sonra heyzi kəsilsə, o gün oruclu kimi olar. İmsaq vaxtından sonra heyz görən o gün gizli yeyər, içər. Hər iki vəziyyətdə də o günki orucunu sonra qəza edər. Vaxt içində namaz qılmadan əvvəl heyz görən o vaxtın namazını qəza etməz.
İmsaq vaxtından əvvəl qan kəsilsə, sübh namazı vaxtına yalnız qüsl edib paltarını geyəcək qədər zaman qalsa, ancaq Allahü Əkbər deyəcək qədər əlavə vaxt qalmasa, o günün orucunu tutar. Lakin, işa namazını qəza etməsi lazım olmaz. Təkbiri söyləyəcək qədər də vaxt qalsa, işanı qəza etməlidir. İftardan əvvəl heyz başlasa, oruc pozular. Ramazandan sonra qəza edər. Namaz içində heyz başlasa namaz pozular.

 

Sual: Bir qadın axşamdan sabahkı oruca niyyət etsə, sabahkı gün heyzi başlasa, o gün oruc tutacaqmı?

CAVAB

Heyz başladıqda oruc pozulmuş olur, yeyər, içər. Ancaq oruclu olanların yanında yemək olmaz.


Sual: Qadın gecədən niyyət etdiyi orucu günorta vaxtı pozsa, günortadan sonra da adəti başlasa, qəza etməlidir?

CAVAB

Adəti olmasaydı kəffarə lazım olardı. Adəti başladığı üçün qəza lazım olar. Bir şəxs də orucunu pozsa, sonra oruc tutamayacaq qədər xəstələnsə, yenə qəza lazım olar.  

 

Sual: Heyzli olanın Ramazanda oruc tutması caizdir?

CAVAB

Xeyir


Sual: Orucun əskik olmaması üçün heyzi dərmanla gecikdirmək caizdir?

CAVAB

Caizdir.

 

Sual: Adəti 13 və 15 olan Malikini təqlid edən qadın onuncu gündən sonra Ramazan orucunu tuta bilərmi?

CAVAB

Bəli tutmalıdır. On gündən sonra deyil, əsas adəti neçədirsə o gündən sonra oruc tutmalıdır. Hənəfiyə görə adəti bitmiş sayılır, qüsl edib orucları tutar. Qüsl etməsə də oruclar yenə səhih olar, lakin qüsllü olmaq əlbəttə yaxşıdır. Malikiyə görə də qan kəsildikdə də, yəni 15 gün bitdikdə, qüsl etməsi lazımdır.


Sual: Qəza orucu tutduğum gün adətim başladı. Adətim bitdikdə, yarıda qalan orucuma görə əlavə bir gün də oruc tutmalıyam?

CAVAB

Əlavə oruc tutmaq lazım deyil. Qəza orucunuz yarıda qalmışdır. Onu təkrar tutarsınız.

  
Maliki və oruc

Sual: Malikini təqlid edən qadının adəti 10 gün ikən, bundan sonra hər zaman 11-15 gün arasında olarsa, yəni 10 günü aşarsa, 10 gündən sonra heyzi davam edərkən oruc tutmalıdırmı?

CAVAB

10-cu gündən əvvəl heyzdən kəsilə bilər və ya əvvəlkilər üzrlü olub, Hənəfiyə görə heyzi 10-cu gündən sonra yeni başlamış da ola bilər. Orucda Maliki təqlid edilmədiyi üçün Hənəfiyə görə heyzli olmadığı günlərdə oruc tutular.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину