Sual: S. Əbədiyyə kitabında, “Ağız bəzən bədənin içi sayılır. Bunun üçün oruclu olan tüpürcəyini udsa orucu pozulmaz. İnsanın içindəki nəcasətin mədədən bağırsağa keçməsi kimidir. Ağızdakı yaradan və ya diş çəkdirdikdən sonra və iynə vurulan yerdən yaxud mədədən ağıza qan çıxması dəstəmazı və orucu pozmaz” deyilir. Buradan iynə vurdurmağın orucu pozmadığı anlaşılır?
CAVAB
Xeyr, iynə vurdurmaq dörd məzhəbdə də orucu pozar. Orada orucla dəstəmaz bir yerdə bildirilmişdir. Tək-tək yazsaq anlaşılması asan olar:
1- Ağızdakı yaradan qan çıxdıqda, oruc da dəstəmaz da pozulmaz. Qan udulsa oruc pozular, dəstəmaz pozulmaz. Qan ağızdan çıxdıqda dəstəmaz pozular, oruc pozulmaz.
2- Diş çəkdirdikdə gələn qan udulmadıqca oruc pozulmaz, ağızdan çölə çıxmadıqca dəstəmaz pozulmaz.
3- İynə vurulan yerdən gələn qan ağızdan çölə çıxmadıqca dəstəmazı pozmaz, udulmadıqca oruc pozulmaz. Orada bildirmək istənilən budur. Oruclu ikən iynə vurdurmaq orucu pozar.
4- Mədədən ağıza qan gəlsə orucu da dəstəmazı da pozmaz.
В корзине: 0 шт.
на сумму: 0