Facebook Twitter WhatsApp

Sən bizi kiminlə sanırdın

Yavuz Sultan Səlim həyatının son anlarında yanından ayırmadığı həkimi Həsən Cana xəstə yatağında olduğu bir sırada:

- Həsən, məni necə görürsən, dedi. Həsən Can:

- Sultanım, Allahu Təalaya qovuşma zamanıdır. Artıq Ona yönəlin! dedi.

Yavuz:

- Ey Həsən, bu qədər zamandır sən bizi kiminlə sanırdın? dedi.

Həsən Can, “Sultanım heç bir zaman sizin üçün elə düşünmədim və düşünmərəm. Yalnız bu şey var ki, hər zamanki halınızla indiki halınız müqayisə edilə bilməz... Mən bu baxımdan sizə xatırlatmaq istədim” demişdi ki, Padşahın ağzından artıq son dəfə La ilahə illəllah, Muhammədun Rəsulullah dediyi eşidildi.

Yavuz Sultan Səlim Xan şəhadət gətirərək ruhunu təslim etdi.