Facebook Twitter WhatsApp

Nəbadə bu işdən çıxasan

Mübarək bir şəxs əvvəllər faizciliklı məşğul olurdu. Borcunu ödəyə bilməyənlərin nəyini tapsa alırdı. Bir gün alacağını almaq üçün bir evə getdi. Evdə yalnız qadın vardı. Qadın, verəcək pulumuz yoxdur, deyincə, mənə dəxli yoxdur, nə tapsam aparacam, dedi. O sırada evdə yalnız, bir heyvan kəlləsi vardı. Qadın bunu təklif etdi, başqa bir şeyimiz yoxdur, dedi. Olsun, nə götürsəm qənimətdir, dedi, kəlləni götürüb evinə apardı.

Xanımına, bunu bişir yeyək, dedi. Qadın kəlləni qazana qoydu, qaynatdı-qaynatdı, amma heç cür bişmədi. Sonunda qapağını açıb baxdı ki, qazan ağzına qədər irin ilə doludur. Dərhal faizçi ərini çağırıb, buna bir bax dedi. Əri gəlib baxanda çox üzüldü, demək ki, böyük bir yanlışımız var, etdiyimiz iş hər halda çox pis bir işdir, dedi və tövbə etməyə qərar verdi.

Dərhal evdən çıxdı. Gedərkən küçədə oynayan uşaqlar bunu görüncə, çəkilin faizçi əmi gəlir, üzərimizə ayağındakı zülmət tozları bulaşmasın, deyirdilər.

Gedib, bir Allah dostuna olub bitənləri danışdı. Huzurunda tövbə etdi. Dönüşdə, eyni uşaq bu dəfə, tövbə əmi gəlir, yanına yaxınlaşaq da, ayaq tozlarından bərəkətlənək, deyirdilər.

Evinə gəlincə, xanımına, evdə nə var, nə yox hamısını paylayaq, heç bir şey qalmasın. Faizçilikdən bir şey qalmasın. Çünki, az da olsa pislik qarışdığı şeyin hamısını pis edər. Bir damla da olsa, zəmzəmə qarışan nəcasət onu zəmzəm olmaqdan çıxardır, dedi.

Hər şeyini dağıtdıqtan sonra, hər gün Dəclə kənarına gedib, ağlayıb tövbə edir, axşama qədər namaz qılırdı. Xanımına da, bir işə girdim. Maaşımı həftə sonu verəcəklər, deyirdi. Həftə sonu gəldi. Evə gedib nə deyəcəkdi. Çox ağlayıb, dua etdi, “Ya Rəbbi, faizçilikdən xilas oldum, yalan da haram, məni xanıma qarşı yalan söyləməyə məcbur etmə. Mənə kömək et” deyə yalvardı. Evə gələndə çox gözəl yemək qoxuları ilə qarşılaşdı.

Evə girəndə, xanımı sevinc içində onu qarşıladı və “Allah ondan razı olsan, nə yaxşı sahibin [işəgötürənin, müdirin] varmış, çuvalla, yemək, ət göndərdi. Onları bişirdim, əsla bu işdən ayrılma” dedi. Xanımı sonra da, bunu əlavə etdi, bunları gətirənlər, “Ərin işini artırsa biz də yeməkləri artıracağıq” dedilər. Adam öz-özünə etdi, “Ah bir adam ola bilsəydim, daha yaxşı çalışa bilsəydim, daha nələr verərdi nələr ....”

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину