Facebook Twitter WhatsApp

Namaz Üçün Fədakarlıq

Bursa osmanlılara keçmədən əvvəl, şəhərdə qalan yunanlardan biri gizlicə müsəlman olmuşdu. Çox yaxın bir dostu bunun səbəbini yunandan soruşdu

“Ata və babalarının dinıni necə oldu ki, tərk etdin”- deyə ona giley etdi. Yunanın cavabı ibrətli olmuşdu. Yoldaşına bunu belə anlatdı

Bir ara əsir edilən müsəlmanlardan biri mənim yanıma buraxıldı. Bir gün gördüm ki, bu əsir həbs edildiyi otaqda əyilib-qalxır. Yanına gedərək nə etdiyini soruşdum. Hərəkətləri bitincə əllərini üzünə sürtdü və mənə namaz qıldığını,  əgər icazə verərsəm, hər namaz üçün bir qızıl verəcəyini ifadə etdi. Mən də tamaha qapıldım. Gün keçdikçə maaşı artırdım. Elə oldu ki, hər vaxt üçün on qızıl istədim. O da qəbul etdi. İbadəti üçün etdiyi fədakarlığa təəccüb etdim. Bir gün ona “səni sərbəst buraxacağam”- deyincə, çox sevindi və əllərini qaldırıb; mənim üçün belə dua etdi “Ey Allahım! Bu qulunu iman ilə şərəfləndir!” O anda qəlbimdə müsəlman olmaq arzusu meydana gəldi və o qədər çoxaldı ki, dərhal “Kəlmeyi-şəhadət” gətirərək müsəlman oldum.