At üstündə yolda gedən bir nəfər, bulaq başında yatan bir nəfərin ağzına ilan girdiyini görər. Atlı yatan adama bir neçə dəyənək vuraraq oyandırdı. Ağacın altında çürümüş almalar var idi. Atlı oyandırdığı adama “bu almaları ye!” deyə əmr etdi. Adam dayaq qorxusundan o qədər alma yedi ki, almalar ağzından geri gəlməyə başladı. Kədərli adam danışmağa başladı
“Ey yolçu! Niyə heç bir səbəb olmadan mənə çürük almaları yedizdirərək zülm elədin Səninlə qarşılaşmağım nə böyük bir talehsizlikdir. Bir qüsur və günah işləmədən, dinsizə belə bu əziyyət edilməz.
Adamın belə qarğış etməsinə əhəmiyyət verməyib atlı onun arxasından qovaraq düzənlikdə qaçırtmağa başladı. O da bir müddət ağlaya-ağlaya qaçdı. Nəhayət mədəsi bulandı və içindəkilərin hamısını qaytardı. Bu arada da o ilan da çölə çıxdı. Adam ilanı görəndə çox qorxdu və vəziyyəti başa düşdü. Çəkdiyi əziyyətləri unutdu. Atlıya qarşı xəcalətli şəkildə dedi
“Ey yolçu! Məgər sən mələk kimi bir insan imişsən. Mənə Allahü təalanın bir rəhmətisən. Mən öləcək ikən həyatımı qurtardın. Sən məni bir ana kimi qoruduğun zaman mən də səndən aslandan qaçan kimi qaçırdım. Sənin üzünü görən, səni mühitində olan adam nə bəxtiyardır. Sənin üçün bu qiymətli canım fəda olsun! Mən isə sənə qarşı sərt, həyasızca davrandım. Ey əfəndi! Ey şahların şahı. Sənə dediyim sözlər ancaq bilgisizliyimin nəticəsidir. Vəziyyəti bir az bilsəydim, pis sözlərdən çəkinərdim. Ey gözəl xasiyyətli adam! Ey yaxşı xasiyyətli adam! Lazımsız, dəlicə danışmağımdan dolayı üzr istəyirəm, məni bağışla.”
Atlı da belə cavab verdi
“Əgər sənə ilanın qarnına girdiyini bildirsəydim, zəhərdən öncə səni qorxu öldürərdi.”
Bu məsələyə Peyğəmbər əfəndimiz buyurdu ki
“İçinizdə gizli olan düşməni sizə desəm, igidlərin ödü partlayar, ağılları məhv olardı. Nə ürəyinizdə dua edib yalvarmağa, nə oruc tutmağa və nə də namaz qılmağa qüvvət tapa bilməzdiniz.
В корзине: 0 шт.
на сумму: 0