Facebook Twitter WhatsApp

Ana, Ana Allah bizi görür

  Həzrət Ömər xəlifəliyi dövründə bir gecə asayişi yoxlamaq üçün Mədinə küçələrində gəzirdi. Gecənin qaranlığında önündən keçməkdə olduğu bir evdən yüksək səslər eşitdi. Bir ana qızına belə deyirdi

- Qızım, sabah satacağımız südə su qarışdır!

- Ana, Xəlifə südə su qarışdırmağı qadağan etdi axı.

- Qızım, gecənin bu vaxtında Xəlifənin haradan xəbəri olacaq, o indi yatağında yatır.

- Ana! Ana! Xəlifə yatır, xəbəri olmaz deyirsən. Hər şeyi bilən, görən və hər şeyə qadir olan Allahü təala bizi görür, halımızı bilir! Hiyləmizi insanlardan gizləyə bilərik, lakin hər şeyi bilən və görən Allahdan necə gizlədək

Həzrət Ömər bu qızın gözəl əxlaqına çox heyran qaldı. Bu vəziyyəti xanımına danışdı. Sonra da o qızı oğlu Asim ilə evləndirdi. Asimin bu qadından bir qızı oldu. Bu qızdan da adil xəlifələrdən Ömər bin Abdüləziz həzrətləri doğuldu.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину