Facebook Twitter WhatsApp

Allahu Təala dörd böyük xəlifə hörmətinə bu şəxsi bağışladı

    Övliyalardan Süleyman ibn Sezə (rahmətullahi əleyh) həzrətlərinin, namazını qılmaqla bərabər daim içki içən bir qonşusu vardı. Onun içki içməsindən narahat olan Süleyman ibn Sezə həzrətləri, oğluyla məsləhətləşərək evlərini qoyub başqa bir yerdə bir ev satın alaraq oraya köçdülər. Aradan zaman keçdi. O içki içən qonşuları öldü. Onlar da artıq ondan narahat olmayacaqlarını düşünərək köhnə evlərinə qayıtdılar. Gəldikləri ilk günlərdə Süleyman bin Sezə bir yuxu gördü. Yuxusunda evlərinin qapısı döyüldü. Qapını açanda onu uzun boylu bir şəxs qarşılaşdı. Boyu çox uzun olan bu şəxsdən qorxunca, o şəxs “Qorxma, mənimlə gəl” dedi.

    Onu izləyərək getməyə başladı və bir qəbirə yanına gəldilər. Uzun boylu şəxs Bu qəbiri qaz dedi.

    Dediyi kimi etdi. O qəbiri qazdı. Qəbirin içindəki kərpici də qaldırdıqdan sonra qəbirdə çox böyük bir bağça göründü. Bağçanın ortasında çox gözəl köşklər, bəzəkli taxtlar vardı. Bir də baxdı ki, bir zamanlar sərxoşluğundan narahat olduğu və evini tərk etməsinə səbəb olan qonşusu bir taxtın üzərində yatır. Uzun boylu adam Bunu tanıyırsanmı dedi. O da Tanıyıram amma, bu daim içki içən biri idi. Bu dərəcəyə necə qovuşdu deyə soruşdu. Uzun boylu şəxs cavab verdi

 

    Bu sənin qonşundur, hər namazın arxasından dörd böyük xəlifə üçün “Ya Rəbbi, Əbubəkr, Ömər, Osman, Əli (radıyallahu anhum əcmain) həzrətlərinə rəhmət et” deyə dua edərdi. Bax ona görə də Allahu təala o dua və dörd böyük xəlifə hörmətinə bu şəxsi bağışladı.”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину