Rəsuli-əkrəm əfəndimiz Kəbəni təvaf edən birinin göz yaşları içində, “Ey Beytin sahibi, bu beytin hörmətinə məni bağışla”, deyə ağlayaraq dua etdiyini görüb buyurdu ki:
- Günahın nədir ki, bu qədər yalvarırsan?
- Çox böyükdür izah edə bilmərəm.
- Təəssüflər olsun sənə! Qurulardan da böyük və ağırdır?
- Bəli.
- Eyvah! Dənizlərdən də böyükdür?
- Bəli.
- Göylərdən də böyükdür?
- Bəli.
- Ərşdən də böyükdür?
- Bəli.
- Allahın rəhmətindən də böyükdür?
- Xeyr.
- O halda nə imiş bu günah?
- Çox zənginəm. Məndən kiçik bir şey istəsələr, içimdə bir atəş var, o atəş məni bir qəpik verməyə qoymur.
Rəsulullah əfəndimiz buyurdu ki:
- Aman atəşinle məni də yandırma! (İ. Qəzali)
В корзине: 0 шт.
на сумму: 0