Facebook Twitter WhatsApp

Sənə əzabı-ilahi gələr

Bir nəfər tək başına səfər edərkən, şeytan insan cildində yanına gəlib, ona yoldaş olur. Adam günorta namazını, ikindi namazını, axşam namazını və işa namazını qılmır. Şeytan heyrətlər içində qalır. Hər səfərində bəlkə vaxtın sonunda edər, bəlkə unutdu qəza edər deyə gözləyir. Amma olmur.

Yatmaq vaxtı gəldi, adam yıxılıb yatdı. Sabah oldu, adam səhər namazını da qılmayınca, şeytan adamdan ayrılmaq istədiyini ifadə etdi. Adam, “Nə gözəl yoldaşlıq edirik, səni üzdümmü? Bir şey etdimsə söylə” dedi. Şeytan cavab vermədi. Adam təkid etdi, “Yoxsa söyləmədən buraxmaram” dedi.

Şeytan, “Sən mənim kim olduğumu bilirsənmi?” dedi. Adam, “Sən söylədin axı, filan şəxssən” dedi. Şeytan, “Xeyr mən şeytanam. Tam iki yüz min il ibadət etdim. Bu qədər zaman içində bir dəfə Allaha qarşı çıxdım və ona görə də qovuldum. Sən isə bir gündə tam beş dəfə üsyan etdin. Bəlkə indi sənə əzabı ilahi gələr. Sənin yanında olduğuma görə mən də əzaba düçar olmaqdan qorxuram” deyərək adamdan uzaqlaşdı.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину