Bir gün Əbu Cəhil Peyğəmbər Əfəndimizə bir tələ hazırlayır. Evinin önündə bir quyu qazdıraraq Peyğəmbər Əfəndimizi evinə dəvət edər. Peyğəmbər Əfəndimiz Əbu Cəhilin evinə gələrkən Cəbrayıl aleyhissəlam Əbu Cəhilin evinin önündə bir quyu qazdığını xəbər verər.
Bu vəziyyət qarşısında Peyğəmbər Əfəndimiz evə yaxınlaşdığı halda geri qayıdar. Əbu Cəhil isə Peyğəmbər Əfəndimizin nə üçün geri qayıtdığını özündən soruşmaq üçün arxasından yüyürdükdə, qapısının önündəki quyunu unudaraq öz əliylə qazdığı quyuya düşər.
Çıxartmaq üçün ip uzatdıqları zaman heç cür ipi tuta bilməz. İpləri uzatdıqca quyu dərinləşər. Bu vəziyyətdən Əbu Cəhil qaranlıq quyuda dəli olacaq vəziyyətə gəldi.
Peyğəmbər Əfəndimizə xəbər göndərərək onu quyudan çıxarılmasını istəyər. Vəziyyəti Peyğəmbər Əfəndimizə xəbər verdilər. Dərhal quyunun başına gələrək deyər “Səni quyudan çıxartsam, iman edərsənmi” “Məni quyudan çıxartsam iman edərəm” Peyğəmbər Əfəndimiz mübarək əllərini uzadaraq Əbu Cəhili quyudan çıxardır. Əbu Cəhil quyudan çıxan kimi” Həyatımda sənin qədər güclü sehrbaz görmədim” deyərək həyasızlıq edər və iman etməz.
В корзине: 0 шт.
на сумму: 0